Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-593/2025 14.04.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları” tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddia ərizəsinin təsviri hissəsində 7 (yeddi) adda göstərilən qızılzinət əşyalarının, naturada olanların mümkün olmadıqda onların ümumi dəyəri olan 3540 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. İddia ərizəsi nəzərdən keçirilərkən müəyyən edildi ki, ərizə geri qaytarılmalıdır. Belə ki, İddiaçı 50 manat məbləğində dövlət rüsumu ödəmişdir, halbuki iddia ərizəsində tələb etdiyi 3540 manat pula görə 55,40 (əlli beş manat qırx qəpik) manat ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilməlidir ki, qərardadın təsviri hissəsində göstərilən çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla məhkəməyə müraciət edə bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263- 264,266-269-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla məhkəməyə müraciət edə bilər. Qərardadan, həmin qərardad rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-593/2025
Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-593/2025
14.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver