Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-624/2023 22.05.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Məhkəmə iclasının katibi Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehlər X4 və Cavabdeh2 iştirakları ilə, İddiaçı X1 cavabdehlər X5 və Cavabdeh2 qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X6 cavabdehlər X5 və Cavabdeh2 qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hər birindən 220 manat olmaqla, hər ay cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Aytac Priyeva və Cavabdeh2 onun qızlarıdır. Onun əmək qabiliyyəti yoxdur, 326 manat yaşa görə pensiya alır, başqa heç bir gəliri olmadığı üçün maddi cəhətdən çətinlik çəkir. Səhhətindəki narahatçılıqlarla əlaqədar müalicə olunmağa və dərmanlarını almağa maddi imkanı çatmır. Qızları ona heç bir yardım göstərmir. Ona görə də cavabdehlərin hər birindən, hər ay 220 manat məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək iddianın təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iclasında cavabdeh X10 iddianı qəbul etməyərək izahatında bildirdi ki, onun maddi imkan yaxşı deyil, gündəlik 12 manat əməkhaqqı ilə işləyir, azyaşlı uşaqları var, iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Samux rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli doğum haqqında arayışdan görünür ki, X10 xx.xx.1999-cu ildə doğlumuşdur, atası X6, anası X7r. İş materiallarına əlavə edilmiş AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1969-cu ildə doğulmuşdur, atası X6, anası X2. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı X6 caavdehlərin atasıdır. İddiaçı yaşa görə aylıq 326 manat əmək pensiyası alır. Cavabdehlər isə rəsmi olaraq heç bir yerdə işləmirlər. Həmçinin cavabdeh X4 himayəsində 2 nəfər azyaşlı uşaqları vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Qanunun mənasına görə valideynlərini saxlamaq və onlara qayğı göstərmək vəzifəsi daşıyan yetkinlik yaşına çatmış övlad əmək qabiliyyətli olmalı, valideyn isə maddi yardıma ehtiyacı olan şəxs olmalıdır. Lakin məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı X6 yaşa görə aylıq 326 manat pensiya alır. Həmçinin iddiaçı məhkəməyə əmək qabiliyyətinin olmamasına dair heç bir sübut təqdim etməmişdir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında» Qanuna əsasən 2023-cü ilin yaşayış minumumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 83.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, şikəst olduqda, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər. İşin müəyyən olunmuş hallarına və qanunvericiliyin tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan şəxs hesab olunmadığından onun övladlarından aliment tələb etməsi əsassızdır, ona görə də iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-624/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-624/2023
22.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver