Məhkəmə qərarları › İş №2(058)-650/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-650/2025

08.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-650/2025 08.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X12 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 iddia ərizəsinin təsviri hissəsində 7 (yeddi) adda göstərilən qızıl-zinət əşyalarının naturada olanların, mümkün olmadıqda onların ümumi dəyəri olan 3540 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, xx.xx.2024-cü il tarixdə nikahları pozulmuşdur. Onun birgə nikahdan bir övladı olmuşdur. Toyları zamanı atası tərəfindən ona cehiz əşyaları hədiyyə edilmiş, qızıl-zinət əşyaları və əlavə zinət əşyaları qohum-övlad tərəfindən hədiyyə edilmişdir. Cavabdehlə onun arasında söz-söhbət olarkən o, evdən çıxanda toy zamanı alınan və hədiyyə edilən qızıl-zinət əşyaları həyat yoldaşının evində qalmışdır. O, cavabdehlə əlaqə saxlayaraq qızıl-zinət əşyalarını tələb etsə də qaytaracağına söz vemiş, lakin sonradan başa düşmüşdür ki, həyat yoldaşı onu aldadaraq vaxt udur. Sonuncu danışıqlarında onun həyat yoldaşı qızıl-zinət əşyalarından tamamilə imtina etmişdir. Qızıl-zinət əşyaları-583 əyarlı, 3 qram brilyant qaşlı 1 dəst sırğa-330 manat, 583 əyarlı 3.05 qram brilyant qaşlı 1 ədəd nişan üzüyü-600 manat, 583 əyarlı 1 qram 1 ədəd klon-90 manat, 583 əyarlı 2 qram 1 ədəd üzük-180 manat, 583 əyarlı 8 qram 1 ədəd qolbağ-720 manat, 583 əyarlı 3 qram 1 ədəd üzük-270 manat, 583 əyarlı 15 qram 1 ədəd boyunbağı-1350 manat ibarətdir və ümumi qızıl-zinət əşyalarının cəmi dəyəri 3540 manat təşkil edir. Cavabdeh göstərilən qızıl-zinət əşyalarını ona geri qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul edərək, bildirdi ki, onlar qızılların dəyərini qaytaracaqlar. Onun əmlakı vardır və o, həmin əmlakı sataraq iddia tələbində qeyd edilən qızıl-zinət əşyalarının dəyərini iddiaçıya ödəyəcəkdir. İddia tələbinin təmin edilməsinə etiraz etmədi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “X7” MMC-ti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, sırğa-1 dəst 583 əyar, 3 qram brilyant qaşlı (1 qr 110 manat)-330 manat, nişan üzüyü-1 ədəd 583 əyar, 3.5 qram brilyant qaşlı-600 manat, klon- 1 ədəd 583 əyar, 1 qram (1 qr 90 manat)-90 manat, üzük-1 ədəd 583 əyar, 2 qram (1 qr 90 manat)-180 manat, qolbağ-1 ədəd 583 əyar, 8 qram (1 qr 90 manat)-720 manat, üzük-1 ədəd 583 əyar, 3 qram (1 qr 90 manat)-270 manat, boyunbağı-1 ədəd 583 əyar, 15 qram (1 qr 90 manat)-1350 manat, ümumi qızıl-zinət əşyalarının dəyəri 3540 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə Samux 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdə anadan olmuşdur, anası X4, atası X5r. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 181.1-ci maddəsinin tələbinə görə daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. - 181.2-ci maddəsinin tələbinə görə əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi sahib kimi qala bilər, mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. - 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və cavabdehin evinə gəlin köçmüş, iddiaçıya toy ərəfəsində qızıl-zinət əşyaları hədiyyə verilmişdir. Sonradan aralarında olan ailə münasibətləri pozulduğundan iddiaçı cavabdehin evindən çıxmışdır. İddiaçıya məxsus qızıl-zinət əşyaları cavabdehin evində qalmışdır. İddiaçı həmin əşyalar üzərində mülkiyyət hüququnun bərpa edilməsi və əmlakın qanunsuz sahiblikdən geri qaytarılması ilə əlaqədar məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı özünə məxsus olan qızıl-zinət əşyalarının ona qaytarılmasını tələb etməsinə baxmayaraq, cavabdeh iddiaçıya məxsus qızıl-zinət əşyalarını könüllü olaraq iddiaçıya qaytarmamış, bununla da iddiaçıya hədiyyə verilmiş qızıllar üzərində əldə etdiyi mülkiyyətdən onu məhrum etmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də hər bir iddia üzrə iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş qızıl-zinət əşyalarının mövcudluğunu, onların cavabdehdə olduğunu və cavabdeh tərəfindən qaytarılmadığını, sübut etməlidir. Beləliklə, iddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdən görünür ki, cavabdehin nümayəndəsinin etiraf etdiyi qızıl-zinət əşyaları iddiaçının istifadəsində olmuşdur. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 1 dəst dəyəri 330 manat - çəkisi 3 qram 583 əyarlı brilyant qaşlı sırğa, 1 ədəd dəyəri 600 manat - çəkisi 3.5 qram 583 əyarlı brilyant qaşlı nişan üzüyü, 1 ədəd dəyəri 90 manat - çəkisi 1 qram 583 əyarlı klon, 1 ədəd dəyəri 180 manat - çəkisi 2 qram 583 əyarlı üzük, 1 ədəd dəyəri 720 manat - çəkisi 8 qram 583 əyarlı qolbağ, 1 ədəd dəyəri 270 manat - çəkisi 3 qram 583 əyarlı üzük, 1 ədəd dəyəri 1350 manat - çəkisi 15 qram 583 əyarlı boyunbağı, onların qətnamə icra olunan zaman naturada alınması mümkün olmadıqda isə dəyəri Cavabdeh alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1 dəst dəyəri 330 manat - çəkisi 3 qram 583 əyarlı brilyant qaşlı sırğa, 1 ədəd dəyəri 600 manat - çəkisi 3.5 qram 583 əyarlı brilyant qaşlı nişan üzüyü, 1 ədəd dəyəri 90 manat - çəkisi 1 qram 583 əyarlı klon, 1 ədəd dəyəri 180 manat - çəkisi 2 qram 583 əyarlı üzük, 1 ədəd dəyəri 720 manat - çəkisi 8 qram 583 əyarlı qolbağ, 1 ədəd dəyəri 270 manat - çəkisi 3 qram 583 əyarlı üzük, 1 ədəd dəyəri 1350 manat - çəkisi 15 qram 583 əyarlı boyunbağı, onların qətnamə icra olunan zaman naturada alınması mümkün olmadıqda isə dəyəri alınaraq, İddiaçı verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar