Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-70/2023 13.01.2023 SAMUX RAYON MƏKƏMƏSİ X8 Əhməd oğlunun sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı Əbdürrəhim qızının, Cavabdeh Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Əbdürrəhim qızının cavabdehlər Samux rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbinə və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əbdürrəhim qızı cavabdehlər Samux rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbinə və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, Samux rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbin qanunsuz verilmiş xx.xx.2020-ci il tarixli 11 nömrəli əmrin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Samux rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbində 01 iyun 2010-cu il tarixdən işdən çıxarılana kimi xadimə vəzifəsində işləmiş və işdən çıxarılana kimi şərəf və ləyaqətlə işinin öhdəsindən gələrək, həmişə əmək intizamına əməl etmiş, onun aylıq maaşı 2020-ci ilə kimi 50-60 manat olmuşdur. 2018-ci ildə məktəbin direktoru Təhsil Nazirliyindən guya onun işinin ixtisara düşməsini, ya da yarım ştat olmasını demişdir. O, 15 sentyabr 2020-ci il tarixli 11 nömrəli əmrlə işdən çıxarılarkən qeyri qanuni əmrləşdirmişlər ki, guya o, analıq məzuniyyəti yerinə işləmişdir. Onun işdən çıxarılma əmri ona indi verilmişdir, lakin əmək kitabçası hələ də ona verilməmişdir. O, 2020-ci ildən hal-hazıra kimi aidiyyatı orqanlara, eyni zamanda prokurorluğa müraciət etmiş və ona bildirilmişdir ki, məktəbin direktoru barədə apaşdırmalar aparılır. Tarixi dəqiq yadında deyil, məktəbin müəllimi Mayıl müəllim onun evinə gələrək, ona “sən şikayət etmə, səni işə bərpa edəcəyik, həm də kreditinə kömək edəcəyik” demişdir. Sonra ona məlum olmuşdur ki, Mayıl müəllim onu aldadaraq imza etdirmişdir ki, guya o, şikayətçi deyil. O, prokurorluğa müraciət edəndə ona şifahi məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Azərbaycan Respublikası İnsan Hüquqları Üzrə Müvəkkilinin (OMBUDSMAN) aparatının ona ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda, guya o, vəzifə funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə məktəb rəhbərliyinin 01 fevral 2020-ci il tarixli 03 nömrəli əmrinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Hazırda ona təqdim edilən xx.xx.2020-ci il tarixli 11 nömrəli əmrdə isə göstərilmişdir ki, o, analıq məzuniyyəti yerinə işlədiyi üçün işdən azad olunmuşdur. Hər iki əmrlər arasında ziddiyyət vardır. O, işdən qanunsuz çıxarılması barədə ilkin mediasiya şurasına, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Gəncə Regional ərazi şöbəsinə müraciət etmişdir. Əmək Müfəttişliyinin ona ünvanladığı məktubundan da görünür ki, onun işdən çıxarılma barədə əmri Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsi və 69.1-ci maddəsinin tələblərini pozmuşdur. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək Müqaviləsi bildirişi” alt sisteminə əsasən məktəbin sabiq direktoru Cəmilə Rəhimovanın xx.xx.2020-ci il tarixli 3 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi və xx.xx.2020-ci il tarixli 4 nömrəli əmrlə sosial məzuniyyətdə olan Çinarə Mustafayevanı əvəz etməsi barədə əmək müqaviləsi ilə bildirişlər Azərbaycan respublikası Əmək Məcəlləsinin 49.1-ci maddəsinə uyğun olaraq elektron informasiya sisteminə daxil edilmədiyi üçün həmin əmrlərin heç bir hüququ qüvvəsi yoxdur. İddiaçı Əbdürrəhim qızı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, əmrin surəti ona göndərilsə də o, əmrin surətini qəbul etməmiş, geri qaytarmışdır. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi X3 məhkəmə iclasında bildirdi ki, o, iddia tələbi ilə razı deyil və İddiaçı Əbdürrəhim qızı işdən çıxarılması ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 4-cü hissələrində göstərilən, müvafiq olaraq 1 təqvim ayı və 1 il müddətləri ötürülmüşdür. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Samux rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəb məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Samux rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. Məhkəmə iddiaçının və cavabdeh Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi Samux rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbin xx.xx.2020-ci il tarixli 11 nömrəli əmirdən çıxarışından görünür ki, İddiaçı analıq məzuniyyəti yerində işlədiyi üçün xx.xx.2020-ci ildən işdən azad olunması barədə əmr edilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (OMBUDSMANİN) Aparatının rəhbəri tərəfindən Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanova və İddiaçı ünvanlanmış 2/3354-22 nömrəli məktubdan görünür ki, şikayətdə əks etdirilmiş halların yoxlanılmasını, hüquq pozulması halları müəyyən edildiyi təqdirdə, aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini və nəticəsi barədə onlara məlumat verilməsi xahiş olunmuşdur. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (OMBUDSMANİN) Aparatının rəhbəri tərəfindən İddiaçı Əbdürrəhim qızına ünvanlanmış 2/7309-22 nömrəli məktubdan görünür ki, ümumi təhsil müəssisələrində texniki işçilərin işə qəbulu “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif- İxtisas Sorğu kitabçası”nda müəyyən olunmuş tələblərə riayət edilməklə müəssisə rəhbəri tərəfindən həyata keçirildiyi bildirilmişdir. İddiaçı Samux rayon Qaraağaclı qəsəbə tam orta məktəbin 01 iyun 2010-cu il tarixli, 12/1 nömrəli əmrinə əsasən xadimə vəzifəsinə təyin edilmiş və vəzifə funksiyalarının icrasında yol verilmiş nöqsanlara görə məktəb rəhbərliyinin 01 fevral 2020-ci il tarixli 3 nömrəli əmrinə əsasən tutduğu vəzifədən azad edilməsi bildirilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında X5 Xidməti Gəncə regional ərazi şöbəsi tərəfindən İddiaçı Əbdürrəhim qızına ünvanlanmış məktubdan görünür ki, Samux rayon Qaraağaclı qəsəbə tam orta məktəbin sabiq direktoru X1 İddiaçı Əbdürrəhim qızı ilə bağladığı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə 11/10 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilərkən Azərbycan Respublikasının Əmək Məcəlləsinin 69.1-ci maddəsinin (işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xbərdar etməklə əmək müqaviləsini ləğv edə bilr) tələbini pozmuşdur. Əmək qanunvericiliyinin tələbi pozularaq əmək müqviləsinə əsassız olaraq xitam verilməsi ilə əlaqədar tərəflərindən Samux rayon Qaraağaclı qəsəbə tam orta məktəbin sabiq direktoru barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək Müqaviləsi bildirişi” alt sisteminə əsasən məktəbin sabiq direktoru Cəmilə Rəhimovanın xx.xx.2020-ci il tarixli 3 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi və xx.xx.2020-ci il tarixli 4 nömrəli əmrlə sosial məzuniyyətdə olan Çinarə Mustafayevanı əvəz etməsi üçün müvəqqəti olaraq məktəbə texniki işçi təyin edilməsi barədə əmək müqaviləsi ilə bildirişlər Azərbaycan respublikası Əmək Məcəlləsinin 49.1-ci maddəsinə uyğun olaraq elektron informasiya sisteminə daxil edilmədiyinə görə həmin əmrlərin heç bir hüququ qüvvəsi yoxdur. İddiaçı Əbdürrəhim qızının əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli 11/10 nömrəli əmrin ləğv edilməsi və son haqq-hesab düzgün hesablanıb ödənilməsi ilə bağlı məktəbin direktoruna icrası məcburi məktub ünvanlanmışdır. Odur ki, qeyd olunanlarla razılaşmadığınız təqdirdə aidiyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı Əbdürrəhim qızı tərəfindən iddia müddəti buraxılmışıdr. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 294-cü maddəsinin 4-cü bəndinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Məhkəmə hesab edir ki, İddiaçı Əbdürrəhim qızının cavabdehlər Samux rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbinə və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Odur ki, şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Əbdürrəhim qızının cavabdehlər Samux rayon H.Məmmədov adına Qaraağaclı qəsəbə tam orta məktəbinə və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinə» dair iddia tələbi təmin edilməsin. Qətnamədən bir ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-70/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-70/2023
13.01.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver