Məhkəmə qərarları › İş №2(058)-709/2023

Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-709/2023

11.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-709/2023 11.05.2023 SAMUX RAYON MƏKƏMƏSİ X2 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh Nəsibova (Həsənova) Aygün Şahmalı qızının iştirakı ilə, İddiaçı cavabdeh Nəsibova (Həsənova) Aygün Şahmalı qızına qarşı “alimentin azaldılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Nəsibova (Həsənova) Aygün Şahmalı qızına qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında müəyyən olundu ki, cavabdeh Nəsibova (Həsənova) X1 rayonu, Mollacəlilli kəndində qeydiyyatdadır və həmin ünvan Göygöl rayon inzibati ərazi vahidinə aiddir. Cavabdeh Nəsibova (Həsənova) Aygün Şahmalı qızı mülki işin baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. İddiaçı mülki işin baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə öz icraatına götürdüyü işi baxılmaq üçün başqa məhkəməyə verir. Məhkəmə hesab edir ki, mülki iş baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 44.2.2 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh Nəsibova (Həsənova) Aygün Şahmalı qızına qarşı “alimentin azaldılması” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar