Məhkəmə qərarları › İş №2(058)-742/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-742/2023

06.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-742/2023 06.06.2023 SAMUX RAYON MƏKƏMƏSİ X11 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2010-cu il tarixdə anadan olmuş X3, xx.xx.2012-ci il tarixdə anadan olmuş X2, və xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər uşağa görə 200 manat, cəmi 600 manat sabit pul məbləğdə alimentin cavabdehdən tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2010-cu il tarixdə X7, xx.xx.2012-ci il tarixdə X5 və xx.xx.2017-ci il tarixdə X4 adlı üç övladları doğulmuşdur. Onlar evləndiyi ilk vaxtlarda ailə münasibətləri normal olsa da, sonradan münasibətləri kəskinləşmiş, xasiyyətləri tutuşmamışdır. Uşaqlar onun himayəsindədir və o, heç bir yerdə işləmir. Ona və uşaqlarına valideyinləri kömək edir. Cavabdehin maddi imkanı yaxşı olsa da övladlarına maddi cəhətdən köməklik göstərmir. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, Şəmkir rayon Qaracəmirli bələdiyyəsində sədr müavini işləyir. O, hər ay hər uşağa 150 manat sabit pul məbləğində aliment ödəyəcəyini bildirdi. Məhkəmədən iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. xx.xx.2008-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları 28 iyul 2008-ci il tarixdə 537 nömrəli akt qeydi ilə bağlanmışdır. xx.xx.2010-cu il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 19 iyul 2010-cu il tarixdə X8 anadan olmuşdur. xx.xx.2012-ci il tarixdə Şəmkir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 14 sentyabr 2012-ci il tarixdə X5 anadan olmuşdur. xx.xx.2017-ci il tarixdə Şəmkir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 07 yanvar 2017-ci il tarixdə X4 anadan olmuşdur. xx.xx.2023-cü il tarixdə Samux 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir. xx.xx.2023-cü il tarixdə Samux rayonu, Sarıqamış kənd İƏD nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Samux rayonu, Sarıqamış kəndində yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il tarixdə anadan olmuş X3, xx.xx.2012-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay uşağa görə 160 (yüz altmış) manat, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2010-cu il tarixdə anadan olmuş X3, xx.xx.2012-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay uşağa görə 160 (yüz altmış) manat olmaqla ümumulikdə 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 39,2 (otuz doqquz manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilməsi onun alimentlə bağlı hissəsinin icrasını dayandırmır. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar