Məhkəmə qərarları › İş №2(058)-791/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-791/2024

18.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-791/2024 18.11.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın atası Cavabdeh razılığı olmadan ölkədən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «uşağın atası Cavabdeh razılığı olmadan ölkədən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 noyabr 2017-ci il tarixdə doğulmuş X2 atası Cavabdeh razılığı olmadan ölkədən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X7 ilə xx.xx.2016-ci il tarixində faktiki nigaha girib ailə həyatı qurmuş və nigahlarını xx.xx.2016-cı il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2017-cu il tarixdə X9 adlı övladları doğulmuşdur. Nikahları Kəpəz Rayon Məhkəməsinin 21 avqust 2020-cı il tarixli, 2-(043)-2330/2020 nomrəli qətnaməsi əsasında pozulmuşdur. Həmin qətnamə əsasında xx.xx.2017-ci il tarixdə doğulmuş X9 onun himayəsinə verilmişdir. O, X9 ilə xarici ölkəyə səfər etmək niyətindədir. Bu məqsədlə uşağın atası cavabdeh X3 müraciət edib X6 ölkə hüdudlarından kənara çıxarılmasına icazə versin. Cavabdeh uşağı xaricə çıxarmaq üçün könüllü olaraq razılıq vermir. Ona görə də, cavabdehin razılığı olmadan uşağın ölkədən çıxarılmasına dair məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə ünvanlayaraq xx.xx.2017-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi anası İddiaçı ilə birlikdə Azərbaycan Respublikasından kənara istənilən xarici ölkələrə gedib qayıtmasına heç bir etirazının olmadığını bildirmişdir. Cavabdehə hazırki məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, cavabdehin ərizəsini nəzərə alıb məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-2330/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X8 arasında 30 iyul 2017-ci il tarixdə Gəncə “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində 1488 nömrəli akt qeydi ilə rəşmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahdan 08 noyabr 2017-ci il tarixdə doğulmuş X10 cavabdeh X1 yanında saxlanılması və 08 noyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması uçün Cavabdeh 21 avqust 2020-ci il tarixdən başlayaraq, hər ay 100 (yuz) manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. AZ-İV seriyalı 044012 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 08 noyabr 2017-ci ildə anadan olmuş, atası Cavabdeh, anası X5r. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ və İV bəndlərinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.1-ci maddəsinə əsasən bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 9-cu maddəsinə görə, hər bir uşağın həyat və sağlamlığının mühafizə edilməsi hüququ, 25-ci maddəsinə görə isə, hər bir uşağın istirahət və asudə vaxtdan istifadə etmək hüququ vardır. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşı (bundan sonra - vətəndaş) dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə, vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. “Uşaq hüquqları haqqında” BMT Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyasının 31-ci maddəsinə görə, iştirakçı dövlətlər uşağın istirahət etmək və asudə vaxta malik olmaq hüququnu, onun yaşına uyğun gələn oyunlarda və əyləncəli tədbirlərdə iştirak etmək və sərbəst surətdə mədəni həyatda iştirak etmək və incəsənətlə məşqul olmaq hüququnu tanıyır. Avropa Məhkəməsinin “Maumousseau və Washington Fransaya qarşı” 06 dekabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, uşağın və valideynlərin hər ikisinin maraqları arasında ədalətli tarazlıq gözlənilməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixdə doğulmuş X10 hazırda iddiaçının yanında yaşayır. Uşağın atasının Cavabdeh olması iş materiallarından aydındır. Uşağın Azərbaycan Respublikasından kənara çıxması üçün cavabdehin razılığı tələb olunur və cavabdeh məhkəməyə ərizə ünvanlayaraq iddianı qəbul etdiyini bildirmişdir. Qanunvericiliyin yuxarıda istinad edilən normalarından görünür ki, sərbəst hərəkət etmək şəxsə verilmiş konstitusion hüquqdur. Bu hüququn məhdudlaşdırılması kifayət qədər əsaslandırılmalı və zəruri həddə tətbiq edilməlidir. Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsi ilə təsbit edilmiş məhdudiyyət ilk növbədə uşağın qanuni mənafeyinin qorunması və onun kənar şəxslər tərəfindən ölkədən icazəsiz aparılmasının qarşısının alınması məqsədini daşıyır. Qanunvericiliyin hər hansı normasını şərh və tətbiq edərkən həmin normanın mahiyyəti və məqsədi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsi uşağın qanuni mənafeyinə zidd surətdə tətbiq və təfsir oluna bilməz. Bu baxımdan valideynin hər hansı əsas gətirmədən uşağın digər valideyni ilə birlikdə və ya onun razılığı ilə ölkədən getməsinə razılıq verməməsi ilk növbədə uşağın konstitusion hüququnun pozulmasına səbəb olur. Belə ki, uşağın təhsil, müalicə, istirahət, əyləncə və s. məqsədlərlə ölkədən getmək istəyi anlaşılandır və bu hüququn əsassız olaraq uşağın yetkinlik yaşına çatanadək məhdudlaşdırılması yolverilməzdir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2017-ci il tarixdə doğulmuş X2 atası Cavabdeh razılığı olmadan Azərbaycan Respublikasından getməsinə icazə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2017-ci il tarixdə doğulmuş X2 atası Cavabdeh razılığı olmadan anası İddiaçı ilə birlikdə Azərbaycan Respublikasından getməsinə icazə verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar