Məhkəmə qərarları › İş №2(058)-808/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-808/2023

12.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-808/2023 12.07.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X6 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixdə anadan olmuş X1 üçün hər ay bir uşağa +220 manat sabit pul məbləğində aliment tutulmasına, uşağın üç yaşı tamam olana qədər uşağa qulluq üçün hər ay 100 manat pulun alınıb İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2021-ci ildə faktiki nikaha girib ailə həyatı qurmuş və onların nikahları xx.xx.2022-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X4 adlı övladları anadan olmuşdur. Ailə həyatı qurduqdan sonra cavabdeh ilə aralarında dəfələrlə narazılıq olmuş, o xx.xx.2022-ci il tarixdən Naxçıvan Muxtar Respublikası Şərur rayonundan çıxıb Samux rayon Nəbiağalı qəsəbəsinə valideynlərinin yanına gəlmiş və övladını orada dünyaya gətirmiş hazırda az yaşlı uşağı ilə birlikdə valideynlərinin himayəsində yaşayır. Birgə nikah dövründə doğulmuş övladına özü baxır və qayğısına qalır, uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkir, uşağın maddi tələbatını ödəyə bilmir. Bu səbəbdən də, xx.xx.2023-cü il tarixdə cavabdehlə himayəsində olan uşağın saxlanılması üçün aliment tələbinə dair mediasiya təşkilatına rəsmi müraciət etmiş, mediasiya onun iştirakı ilə mediator X5 tərəfindən keçirildi. Cavabdeh mediasiya sessiyasında iştirak etmədi. İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayış almış, ona görə də, alimentin onun mediasiya arayışı aldığı vaxtdan yəni xx.xx.2023-cü il tarixdən hesablanması zəruridir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə xx.xx.2023-cü ildə etiraz ərizəsi göndərərək, bildirmişdir ki, iddiaçının iddia tələbini qəbul etmir və iddia tələbini xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən tez-tez mübahisə etdiklərini qeyd etdiyi hissəsi ilə razı deyil. Belə ki, ailə qurduqdan sonra ilk vaxtlar münasibətləri yaxşı olmuş aralarında hər hansı bir ailə-məişət zəminində mübahisələri olmamışdır. Ailə təsarrüfatını birgə idarə etmişlər, bir müddət birgə yaşadıqdan sonra iddiaçı ünvan 1 ünvanda yerləşən mənzilin onun adına salmasını tələb etmiş, əks halda çıxıb gedəcəyini bildirmişdir. Buna görə də iddiaçı ilə aralarında mübahisə olmuş, axırıncı dəfə xx.xx.2022-ci il tarixdə aralarında olan mübahisədən sonra iddiaçı Samux rayonu, Nəbiağalı qəsəbəsində yaşayan valideyinlərinin yanına getmişdir. Onlar ayrı yaşadıqları müddətdə övladı doğulduqdan sonra dəfələrlə iddiaçıya qayıdıb gəlməsini, birlikdə övladlarını bir yerdə böyütmələrini bildirsə də, iddiaçı hər dəfə Şərur şəhərində yaşadığı mənzili onun adına saldırmağını irəli sürmüş, əks təqdirdə qayıtmayacağını birgə nikahdan övladları doğulduqdan sonra isə evi onun adına saldırmasa övladını ona göstərməyəcəyini və aliment tələb edəcəyini bildirmişdir. ünvan 2 ünvanda yerləşən mənzili mərhum atası, anası ilə birgə nikahları dövründə almışlar. Onlar ailədə 2 uşaqdırlar və anası ilə birlikdə həmin mənzildə yaşayırlar. İddiaçının ondan bir uşağa görə 220 manat aliment və uşağa 3 yaşına çatana qədər uşağa baxmaq üçün 100 manat miqdarında pul tələb etməkdə məqsədi ondan aliment tələb etmək deyil, yaşadığı mənzili onun adına saldırılması şərt kimi tələb etməkdir və yaşadığı mənzili onun adına saldıracağı təqdirdə iddia tələbindən imtina edəcəyini bildirmişdir. İddiaçı iddia ərizəsinə onun maddi vəziyyətində dəyişikliyin olması ilə əlaqədar hər hansı bir mötəbər sübut əlavə etməmiş, yalnız şifahi olaraq onun vəziyətinin yaxşı olması ilə əlaqədar iddia irəli sürmüşdür. O, heç bir yerdə işləmir, gündəlik işlərdə işləməklə zərurilik tələbatını ödəməyə çalışır. Hər ay 220 manat aliment və uşağa 3 yaşına çatana qədər baxmaq üçün 100 manat əlavə pul ödəmək maddi cəhətdən onun üçün çox çətindir. Birgə nikahdan doğulmuş övladının saxlanılması üçün alimentin ödənilməsi hissədə hər ay 130 manat miqdarında sabit pul məbləğində aliment ödənilməsinin müəyyən edilməsi maddi cəhətdən onu sıxıntıya salmır. Lakin uşağa 3 yaşına çatana qədər baxmaq üçün hər ay əlavə olaraq 100 manat məbləğində ödəniş etməsi maddi cəhətdən ona çətindir. Gələcəkdə maddi vəziyyəti ilə əlaqədar hər hansı bir dəyişiklik olarasa birgə nikahdan doğulmuş övladının maddi cəhətdən daha yaxşı təmin olunması üçün müəyyən olunmuş alimentin miqdarından artıq ödəniş edə bilər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. xx.xx.2023-cü il tarixdə Samux 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh iştirak etməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları 27 may 2022-ci il tarixdə bağlanmışdır. xx.xx.2022-ci il tarixdə Samux Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2022-cu il tarixdə X4 anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay sabit pul məbləğində müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən köməyin göstərilməsindən imtina etdikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixdə anadan olmuş X2 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək və uşağa qayğı göstərmək onun valideynlik borcudur. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2022-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay 180 (yüz səksən) manat aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 180 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 41,60 (qırx bir manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar