Məhkəmə qərarları › İş №2(058)-84/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-84/2024

23.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-84/2024 23.07.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X7 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «cehiz əşyalarının çıxarılması» tələbinə dair iddiası üzrə mülki işə Samux Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «cehiz əşyalarının çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xüsusi mülkiyyətində olan evində qalan cehiz əmlakın Cavabdeh tərəfindən çıxarılması tələbinə dair qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, oğlu X2 Cavabdeh ilə xx.xx.2017-ci ildə el adəti ilə toy edib faktiki nikaha daxil olmuşdur. Nikahlarını xx.xx.2020-ci il tarixdə Samux rayon Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahdan 01 oktyabr 2020-ci il təvəllüdlü X4 adlı övladı doğulmuşdur. Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. X2 Cavabdeh ilə evlənən zaman onun evinə gəlin gəlmişdir. O, birinçi qarabağ müharibəsinin İİİ qrup əlilidir, müharibə əlilərinə dövlət tərəfindən verilən əlilər binasında olan iki otağlı evdə yaşayır. Cavabdeh gəlin gələn zaman cehiz əşyalarını onun evinə yığmışdır. Cavabdeh boşanandan sonra cehiz əşyaları onun evindən yığıb aparmır. Cehizlərin orada qalması onun evində sərbəst yaşamağına maneçilik törədir. O, dəfələrlə cavabdehə bildirsə də öz cehiz əşyalarını evdən çıxarmır. Cehizin evindən çıxarılması ilə əlaqədar onunla aparılan söhbətlər heç bir nəticə verməmişdir. Cavabdehin cehizi orada saxlamasının səbəbi mülkiyyət hüququnun əldə edilməsi ilə əsaslandırır. Dəfələrlə ona izah edİlsədə mülkiyyət istəyi qanunveriçiliyin tələbinə ziddir. Cehiz əşyaların aparılması ilə əlaqədar onunla aparılmış söhbətlər heç bir nəticə verməyərək aralarında münaqişə yaratmışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehin cehiz əşyaları Samux rayon Kolayır kəndində ona verilən xüsusi mülkiyyətində olan evdə qalmışdır. Cavabdeh cehizi çıxartmaq tələbini rədd edir və yersiz mübahisə yaradır. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, bildirmişdir ki, ət çəkən maşın – 1 ədəd, soba – 1 ədəd, böyük xalça – 2 ədəd, əl ilə işləyən paltaryuyan maşın – 1 ədəd, aş süzən – 5 ədəd, dəmir fincan – 1 ədəd, ləpə qabı – 2 ədəd, balaca şirəli qazan – 2 ədəd, tort qabı – 1 dəst, sərinkeş – 1 ədəd, dovğa kasası – 12 ədəd, salat kasası – 12 ədəd, qənd qabı – 2 ədəd, şüşə balonunu bağlayan alət – 1 ədəd, kül qabı – 2 ədəd, böyük meyvə qabı – 2 ədəd, üç mərtəbə meyvə qabı – 2 ədəd, soba – 1 ədəd, yemək boşqabı – 1 dəst, gül qabı – 1 ədəd, kapron dolab – 1 ədəd, döşək – 3 dəst, yorğan – 1 dəst, ayaqqabı rəfi – 1 ədəd, ön masa – 1 ədəd, oturacaq – 6 ədəd, yataq dəsti (çarpayı, kupe dolab, termo, dolab 2 ədəd), uşaq çarpayısı – 1 ədəd, dəmir vanna – 1 ədəd, dəmir podnos – 2 ədəd, böyük qazan – 1 ədəd, aliminum ləyən – 2 ədəd, kapron ləyən – 1 ədəd, paltar qaynatmağı üçün qazan – 1 ədəd, aş qazanı – 1 ədəd, aliminum qazan – 2 ədəd, qazan dəsti pastlanmayan – 1 dəst, şirəli qazan – 3 ədəd, şirəli qab - 2 ədəd, taxta yayqı – 1 ədəd, dəmir asılqan – 1 ədəd, paltar süzgəci – 1 ədəd, əl yumaq üçün lüləli qazan – 2 ədəd, dəm çaydanı – 1 ədəd, çaydan – 1 ədəd, gül qabı – 2 ədəd, su qabı – 1 dəst, un ələmək üçün qab – 1 ədəd, çəngəl – 30 ədəd, xörək qaşığı – 24 ədəd, çay qaşığı – 27 ədəd, dondurma qabı – 6 ədəd, ədviyyət üçün qab – 3 ədəd, çay fincanı – 11 ədəd, bıçaq – 1 dəsti, vaza – 1 ədəd, çömçə – 7 ədəd, tort bıçağı – 3 ədəd, salfetlərin qoyulması üçün qab – 3 ədəd onun xüsusi mülkiyyətində olan evində qalan cehiz əşyalarını Cavabdeh tərəfindən çıxarılması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, birinçi qarabağ müharibəsinin İİİ qrup əlili olduğu üçün ona dövlət tərəfindən 2011-ci ildə iki otağlı ev verilmişdir. Cavabdeh onun oğlu X2 ilə ailə həyatı qurduğdan sonra 2019-cu ildə həmin evə gəlin gəlmişdir. Samux Rayon Məhkəməsində X2 ilə Cavabdeh aralarında olan nikah pozulmuşdur. Cavabdehin cehiz əşyaları ərizədə göstərilmişdir. Onun oğlu X2 alimenti vaxtı vaxtında ödəyir. Məhkəmədən Cavabdeh tərəfindən ona məxsus qeyd olunan cehiz əşyalarının onun evindən çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, X2 ilə aralarında bağlanmış nikah 1 il əvvəl Samux Rayon Məhkəməsi tərəfindən pozulmuşdur. Hazırda həmin əşyaları iddiaçının evindən çıxarıb yerləşdirəcəyi yeri yoxdur. Məhkəmədən 1 otağın onda qalmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(058)-158/2024 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh X1 qarşı “istifadə hüququnun verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. (Qətnamə qanuni qüvvəsini almışdır.) Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(058)-171/2024 nömrəli qətnaməsinə əsasən X2 ilə Cavabdeh arasında 15 sentyabr 2020-ci il tarixli 36 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Samux Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İ 413347 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə Cavabdeh nikahları pozulmuşdur. 2011-ci il tarixli 11/7-115 nömrəli əmrlə yaradılmış komissiyanın 03 noyabr 2011-ci il tarixli iclasının qərarından çıxarışın surətiundən görünür ki, İddiaçı İİİ qrup qarabağ müharibəsinin əlili olduğundan Kolayır kəndində İV mərtəbədə yerləşən 2 otaqlı 23 nömrəli mənzil verilmişdir. Azərbaycan Respublikası Samux rayon İcra Hakimiyyəti Baçısının Samux şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1944 saylı arayışdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı ailə üzvlərinin və qonşularının sifahi sorğusuna əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdən İddiaçı məxsus təssərüfatda yaşamır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, 2011-ci il tarixli 11/7-115 nömrəli əmrlə yaradılmış komissiyanın 03 noyabr 2011-ci il tarixli iclasının qərarına əsasən Samux rayonu, Kolayır kəndində, İİİ qrup qarabağ müharibəsinin əlilləri üçün ayrılmış binanın İV mərtəbəsində yerləşən 2 otaqlı 23 nömrəli mənzil iddiaçının sahiblik və istifadəsinə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış mübahisə cavadehə məxsus olan əşyaları iddiaçının mülkiyyətindən cıxarılmaması üzrə yaranmış mübahisədir. Mübahisə aşağıda sadalanacaq maddi hüquq normaları əsasında təhlil edilməlidir. Məhkəmə tərəfindən iddia tələbinə hüquqi qiymət verərək, iddia tələbi üzrə iddiaçı mülkiyyətçi statusundan çıxış edərək, cavabdehə məxsus əşyaların mənzildən çıxarılmasına nail olmaq istəyir. Əsas kimi göstərir ki, 2011-ci il tarixli 11/7-115 nömrəli əmrlə yaradılmış komissiyanın 03 noyabr 2011-ci il tarixli iclasının qərarı əsasında Samux rayonu, Kolayır kəndində, İİİ qrup Qarabağ müharibəsinin əlilləri üçün ayrılmış binanın İV mərtəbəsində yerləşən 2 otaqlı 23 nömrəli mənzil onun adına qeyd edilmişdir. Belə ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus əmlak üzərində mümkün davranış həddi olmaqla sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusundan ibarətdir. Sahiblik hüququ əşyanı öz təsərrüfatında saxlamaqla ona faktiki sahiblik edilməsini, istifadə hüququ əşyadan təyinatına uyğun istifadə olunmaqla onun faydalı xassələrinin hasil edilməsini, sərəncam hüququ isə əşyanın hüquqi müqəddəratının müəyyən edilməsini nəzərdə tutur. Sərəncam hüququ yalnız mülkiyyətçiyə məxsus ola bildiyi halda, sahiblik və istifadə hüquqları mülkiyyətçi olmayan digər şəxslərə də məxsus ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.2-ci maddəsinə müvafiq olaraq, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasını təşkil edir. Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Mülki qanunvericiliyə əsasən, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir (Konstitusiya Məhkəməsi Plenumunun V.Q. Teryoxinin şikayəti üzrə 2010-cu il 15 yanvar tarixli Qərarı). Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda, mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının pozulmasına gətirib çıxara bilər (N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil: burada araşdırılmalı məqam işin təfərrüatlarının ərizəçinin həmin müddəada nəzərdə tutulan hüquqa aidiyyəti olubolmamasıdır. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə2010-cu il 27 may tarixli Qərar, § 103). Məhkəmə göstərir ki, iddiaçının mənzilə qanuni gözləntisi vardır. Çünki onun adına mənzil müharibə veteranı kimi 2011-ci il tarixli 11/7-115 nömrəli əmrlə yaradılmış komissiyanın 03 noyabr 2011-ci il tarixli iclasının qərarı əsasında qeyd edilmişdir. Bu amil onun mülkiyyətçi statusunun olmasında və hazırki iddianı qaldırmağa subyektiv hüququnun olmasına dəlalət edir. İddiaçının mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən toxunulmazdır və bu toxunulmazlığa təminat verilir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, Mülki Məcəllənin 157.8-ci maddəsinin mətnindən göründüyü kimi, bu normanın tətbiq edilməsi üçün şəxsin əmlaka bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş əsaslarla sahiblik etməsi, 158.4-cü maddəsinin mətninə görə isə mülkiyyətçi olmayan şəxsin müdafiə olunması üçün onun əmlak hüquqlarının olması tələb olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin. (Kopecky Slovakiyaya qarşı iş üzrə2004cü il 28 sentyabr tarixli, X3rşı iş üzrə2016-cı il 13 dekabr tarixli,Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir (N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərar). Məhkəmə göstərir ki, cavabdeh mənzildən istifadəsi qanuni əsaslara söykənmədiyindən onun iddiaçıya məxsus evdə olan əşyalarının saxlanılması iddiaçının mülkiyyət hüquqlarına müdaxilə hesab edilməlidir. Ona görə də, iddiaçının mülkiyyət hüququ real olaraq bərpa edilməli və cavabdeh ona məxsus əşyalar mübahisəli mənzildən çıxarılmalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında qeyd olunumuşdur: Mülki məhkəmə icraatında Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası ədalət mühakiməsinin əsas prinsipləri və şərtlərini müəyyən edən Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin “Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar”, həmin maddənin İV və Vİİ hissələrinin “Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir” və Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinin “Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır” müddəaları ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Məhkəmə tərəfindən həqiqətin müəyyən edilməsi müddəası konstitusiya norması olmaqla ümumi xarakter daşıyır. Lakin həqiqətin müəyyən edilməsinin məqsəd və qaydası məhkəmə icraatının növündən asılı olaraq fərqlənir. Belə ki, məhkəmə prosesinin mülki, inzibati və ya cinayət işi üzrə olmasından asılı olaraq həqiqətin xarakteri də dəyişir. Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Məhkəmə hesab edir ki, İddiaçı hüquqları müdafiə olunmalı, əmlakından maneəsiz istifadə etmək hüququ təmin olunmalı, Cavabdeh məxsus olan cehiz əşyaları: ət çəkən maşın – 1 ədəd, soba – 1 ədəd, böyük xalça – 2 ədəd, əl ilə işləyən paltaryuyan maşın – 1 ədəd, aş süzən – 5 ədəd, dəmir fincan – 1 ədəd, ləpə qabı – 2 ədəd, balaca şirəli qazan – 2 ədəd, tort qabı – 1 dəst, sərinkeş – 1 ədəd, dovğa kasası – 12 ədəd, salat kasası – 12 ədəd, qənd qabı – 2 ədəd, şüşə balonunu bağlayan alət – 1 ədəd, kül qabı – 2 ədəd, böyük meyvə qabı – 2 ədəd, üç mərtəbə meyvə qabı – 2 ədəd, soba – 1 ədəd, yemək boşqabı – 1 dəst, gül qabı – 1 ədəd, kapron dolab – 1 ədəd, döşək – 3 dəst, yorğan – 1 dəst, ayaqqabı rəfi – 1 ədəd, ön masa – 1 ədəd, oturacaq – 6 ədəd, yataq dəsti (çarpayı, kupe dolab, termo, dolab 2 ədəd), uşaq çarpayısı – 1 ədəd, dəmir vanna – 1 ədəd, dəmir podnos – 2 ədəd, böyük qazan – 1 ədəd, aliminum ləyən – 2 ədəd, kapron ləyən – 1 ədəd, paltar qaynatmağı üçün qazan – 1 ədəd, aş qazanı – 1 ədəd, aliminum qazan – 2 ədəd, qazan dəsti pastlanmayan – 1 dəst, şirəli qazan – 3 ədəd, şirəli qab - 2 ədəd, taxta yayqı – 1 ədəd, dəmir asılqan – 1 ədəd, paltar süzgəci – 1 ədəd, əl yumaq üçün lüləli qazan – 2 ədəd, dəm çaydanı – 1 ədəd, çaydan – 1 ədəd, gül qabı – 2 ədəd, su qabı – 1 dəst, un ələmək üçün qab – 1 ədəd, çəngəl – 30 ədəd, xörək qaşığı – 24 ədəd, çay qaşığı – 27 ədəd, dondurma qabı – 6 ədəd, ədviyyət üçün qab – 3 ədəd, çay fincanı – 11 ədəd, bıçaq – 1 dəsti, vaza – 1 ədəd, çömçə – 7 ədəd, tort bıçağı – 3 ədəd, salfetlərin qoyulması üçün qab – 3 ədəd İddiaçı məxsus Samux rayonu, Kolayır kəndində, Qarabağ müharibəsinin əlilləri üçün ayrılmış binanın İV mərtəbəsində yerləşən 2 otaqlı 23 nömrəli mənzildən çıxarılmalıdır. Şərh olununlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus cehiz əşyaları: ət çəkən maşın – 1 ədəd, soba – 1 ədəd, böyük xalça – 2 ədəd, əl ilə işləyən paltaryuyan maşın – 1 ədəd, aş süzən – 5 ədəd, dəmir fincan – 1 ədəd, ləpə qabı – 2 ədəd, balaca şirəli qazan – 2 ədəd, tort qabı – 1 dəst, sərinkeş – 1 ədəd, dovğa kasası – 12 ədəd, salat kasası – 12 ədəd, qənd qabı – 2 ədəd, şüşə balonunu bağlayan alət – 1 ədəd, kül qabı – 2 ədəd, böyük meyvə qabı – 2 ədəd, üç mərtəbə meyvə qabı – 2 ədəd, soba – 1 ədəd, yemək boşqabı – 1 dəst, gül qabı – 1 ədəd, kapron dolab – 1 ədəd, döşək – 3 dəst, yorğan – 1 dəst, ayaqqabı rəfi – 1 ədəd, ön masa – 1 ədəd, oturacaq – 6 ədəd, yataq dəsti (çarpayı, kupe dolab, termo, dolab 2 ədəd), uşaq çarpayısı – 1 ədəd, dəmir vanna – 1 ədəd, dəmir podnos – 2 ədəd, böyük qazan – 1 ədəd, aliminum ləyən – 2 ədəd, kapron ləyən – 1 ədəd, paltar qaynatmağı üçün qazan – 1 ədəd, aş qazanı – 1 ədəd, aliminum qazan – 2 ədəd, qazan dəsti pastlanmayan – 1 dəst, şirəli qazan – 3 ədəd, şirəli qab - 2 ədəd, taxta yayqı – 1 ədəd, dəmir asılqan – 1 ədəd, paltar süzgəci – 1 ədəd, əl yumaq üçün lüləli qazan – 2 ədəd, dəm çaydanı – 1 ədəd, çaydan – 1 ədəd, gül qabı – 2 ədəd, su qabı – 1 dəst, un ələmək üçün qab – 1 ədəd, çəngəl – 30 ədəd, xörək qaşığı – 24 ədəd, çay qaşığı – 27 ədəd, dondurma qabı – 6 ədəd, ədviyyət üçün qab – 3 ədəd, çay fincanı – 11 ədəd, bıçaq – 1 dəsti, vaza – 1 ədəd, çömçə – 7 ədəd, tort bıçağı – 3 ədəd, salfetlərin qoyulması üçün qab – 3 ədəd İddiaçı məxsus Samux rayonu, Kolayır kəndində, Qarabağ müharibəsinin əlilləri üçün ayrılmış binanın İV mərtəbəsində yerləşən 2 otaqlı 23 nömrəli mənzildən çıxarılsın. İddia üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar