Məhkəmə qərarları › İş №2(058)-861/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-861/2023

31.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-861/2023 31.08.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X4 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı «qızıl-zinət və cehiz əşyaları» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı «qızıl-zinət və cehiz əşyaları» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 ona məxsus 800 (səkkiz yüz) manatlıq qızıl-zinət əşyalarının, 2508 (iki min beş yüz səkkiz) manatlıq cehiz əşyalarının və əyin paltarının, ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun, mediasiya sessiyası üçün ödədiyi 55 (əlli beş) manat pulun və 50 (əlli) manat vəkil xidmət haqqının alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 onun əridir, X3 onun qaynatasıdır. O, Cavabdeh1 ilə xx.xx.2022-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmiş, evlənən vaxt cehiz əşyalarını Cavabdeh1 Samux rayonu, Hacallı kəndində yerləşən evinə aparmış, 11 aprel 2023-cü il tarixdə aralarında olan narazılığa görə faktiki olaraq Cavabdeh1 ilə ayrılmışlar. Toyda ona hədiyyə olaraq bir ədəd brilyant qaşlı üzük alınmış, onlar da Əliyə nişan üzüyü hədiyyə etmişlər. Toydan bir ay sonra ərinin anası Cavabdeh3 həm onun aldığı üzüyü, həm də cavabdehlərin ona toy hədiyyəsi kimi aldığı nişan üzüyünü götürüb demişdir ki, evin böyüyü olduğu üçün üzük Cavabdeh3 qalsın. Ondan sonra heç vaxt üzüyü ona verməmiş, ayrılıb gedəndə üzüyü tələb etsə də, cavabdehlər üzüyü verməkdən imtina etmişlər. Bundan başqa onun apardığı cehiz əşyaları da cavabdehlərin evində qalmış, həmin müddət ərzində anası ilə birlikdə yük avtomaşını ilə cavabdehlərin evinə cehizi götürmək üçün gedəndə cavabdehlər onları döymüş, təhqir edərək evdən qovmuşlar, cehiz qaytarası olmadıqlarını, kimə istəyirsiz şikayət edin demişlər. Toy hədiyyəsi olaraq ona alınmış brilyant qaşlı nişan üzüyü - 583 əyyarlı qızıldan 6 qram çəkidə, 0.60 sot brilyant qaşlı - 800 manatlıq qızıl-zinət əşyası cavabdehlərdə qalmışdır. Toy hədiyyəsi olaraq ona alınmış brilyant qaşlı dəsti dövlət rüsumunu keçirə bilmədiyinə görə tələb etməmiş, mediasiya sessiyasında Cavabdeh1 bildirmişdir ki, həmin dəsti başqa adamdan müvəqqəti almış və ona hədiyyə etmişdir, onu da sahibinə qaytarmışdır. Ona məxsus pəncərə pərdəsi - 3 ədəd - 80 manat, əyal gəlincik - 1 ədəd - 100 manat, yorğan - 1 dəst - 40 manat, balınc - 2 ədəd - 20 manat, yataq dəsti - 4 dəst – 200 manat, əl-üz məhraba dəsti – 4 ədəd – 20 manat, qətifə - 2 ədəd -20 manat, alça – 1 ədəd – 200 manat, dividi - 1 ədəd - 100 manat, stakan və nəlbəki 12 ədəd – 20 manat, qazan - 2 dəst – 300 manat, çəngəl-bıçaq-qaşıq dəsti - 1ədəd - 20 manat, boşqab dəsti 1 ədəd - 70 manat, bulud – 2 ədəd - 8 manat, ləyən - 2 ədəd - 10 manat, ütü - 1 ədəd – 50 manat, tozsoran - 1 ədəd - 100 manat, duxovka - 1 ədəd - 150 manat, paltaryuyan maşın (Eurolux) – 1000 manat, cəmi: 3308 (üç min üç yüz səkkiz) manat dəyərində cehiz əşyaları və özünə məxsus əyin paltarları cavabehlərdə qalmışdır. İddiaçı məhkəmə iclasında əlavə olaraq bildirdi ki, məhkəmə gedişində cavabdehlər ona məxsus olan iddia ərizəsində göstərdiyi cehiz və qızıl-zinət əşyalarını ona təhvil vermişlər, lakin götürdüyü 1 (ədəd) ütü nasaz vəziyyətdə təhvil verilmişdir. Onun cavabdehlərdə yalnız bir neçə dəst alt paltarları qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, o, iddia tələbi ilə razı deyil. İddiaçıya məxsus cehiz və qızıl-zinət əşyalarını iddiaçıya tam olaraq təhvil vermiş, həmin əşyaların içərisində olan ütü işlək vəziyyətdə olmuşdur. İddiaçıya məxsus hər hansı cehiz və qızıl-zinət əşyaları ona məxsus evdə deyildir. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilmiş Samux Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, cavabdeh X3 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli 2(058)-861/2023 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı «qızıl-zinət və cehiz əşyaları» tələbinə dair mülki işə ölüm səbəbindən cavabdeh X2 münasibətdə xitam verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh1 ailə qurmuş, sonradan onların aralarında olan ailə münasibətləri pozulmuşdur. İddiaçıya məxsus iddia ərizəsində cehiz, qızıl-zinət və geyim əşyalarının cavabdehlərə məxsus evdə qalması göstərilmiş, lakin məhkəmə prosesi zamanı cavabdehlər iddiaçıya məxsus cehiz və qızıl-zinət əşyalarını könüllü olaraq iddiaçıya qaytarmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə görə daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də hər bir iddia üzrə iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş cehiz və qızıl-zinət əşyalarının mövcudluğunu, onların cavabdehdə olduğunu və cavabdeh tərəfindən qaytarılmadığını, sübut etməlidir. Mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin olunmamalıdır. Belə ki, iddiaçı tərəf 2508 (iki min beş yüz səkkiz) manat dəyərində olan cehiz əşyalarının və 800 (səkkiz yüz) manat dəyərində olan qızıl-zinət əşyalarının cavabdehdə olmasını məhkəmə iclasında israrlı şəkildə qeyd etmiş, sonradan həmin əşyaların cavabdehlər tərəfindən ona qaytarıldığını etiraf etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı «qızıl-zinət və cehiz əşyaları» tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı «qızıl-zinət və cehiz əşyaları» tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar