Məhkəmə qərarları › İş №2(058)-87/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-87/2025

13.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-87/2025 13.01.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehə məxsus cehiz əşyaların onun mülkiyyətində olan evdən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyətində olan, Samux rayonu Füzuli kəndində yerləşən evdən cavabdehə məxsus 1 ədəd divan, 1 ədəd kreslo, 1 ədə uşaq çarpayısı, 2 ədəd döşək, 1 ədəd yorğan və 4 ədəd yastıqdan ibarət cehiz əşyalarının çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə 2000-ci ildə ailə həyatı qurmuş və cavabdeh onun evinə gəlin gəlmişdir. Həmin vaxt cavabdeh müxtəlif cehiz əşyaları gətirərək, ona məxsus Samux rayonu, Füzuli kəndində yerləşən evə yığmışdır. Birgə nikahdan iki övladları doğulmuşdur. Aralarında olan narazılıqlara görə cavabdehlə məhkəmə qaydasında nikahları pozulmuşdur. Cavabdeh başqa şəxslə ailə həyatı quraraq ayrı yerdə yaşayır, lakin hazırkı vaxtda cavabdehin cehiz əşyaları ona məxsus Samux rayonu, Füzuli kəndində yerləşən evindədir. O, 2016-cı ildə ikinci dəfə ailə həyatı qurmuş və birgə nikahdan iki övladları doğulmuşdur. Cavabdehin cehiz əşyaları ona məxsus evdə qalması ona və ailə üzvlərinə maneçilik törədir. Dəfələrlə cavabdehə cehiz əşyalarının ona məxsus fərdi yaşayış evindən götürülməsini tələb etsədə də o, hər dəfə müxtəlif bəhanələr gətirərərk əşyalarını götürməmişdir. Buna görə də məcbur qalıb, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilən hazırlıq iclasında iştirak edən cavabdeh iddianı etiraf etməyərək bildirdi ki, sözügedən ev onların birgə nikah dövründə tikilib, evin sənədi olmayıb, lakin məhkəmənin müvafiq qətnaməsi ilə o və azyaşlı uşaqları həmin evə köçürülüb, onun və uşaqlarının o evdən istifadə hüququ var, bu səbəbdən də cehiz əşyalarının həmin evdən çıxarılmasına razı deyil. Cavabdehə hazırki məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ünvan 1inin iş materiallarına əlavə olunaraq nəzərə alınmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərlə aşağıdakılar müəyyən olunur: 11 may 2016-cı il tarixli qətnamənin surətindən görünür ki, iddiaçı Cavabdeh azyaşlı övladları xx.xx.2011-cı il tarixdə anadan olmuş X9 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 ilə birgə Samux rayonun Füzuli kəndində yerləşən, cavabdeh İddiaçı istifadəsində olan evə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Samux Rayon Füzuli Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı adına 0.08 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Samux Rayon İcra Hakimmiyyəti Başçısının Füzuli kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin arayışından görünür ki, X4 nümayəndəliyin ərzisində yaşayır və onun əri İddiaçı, oğlu X7 və qızı X2 ibarət tərkibdə ailə üzvləri var. . AZ İİ №101782 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X3 arasında xx.xx.2016-cı il tarixdə nikah bağlanılmışdır. Nikah bağlandıqdan sonra ərə Quliyev, arvada Quliyeva soyadı verilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, cavabdehin məhkəməyə ünvanladığı ərizəsini nəzərə alıb və iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının, cavabdehin cehiz əşyalarının çıxarılmasını tələb etdiyi evə dair mülkiyyət sənədi yoxdur. Buna baxmayaraq cavabdeh tərəfindən ərizəsinə əlavə edərək məhkəməyə göndərdiyi və nəzərə alınmasını xahiş etdiyi Samux Rayon Məhkəməsinin 2(058)558/2016 saylı, 11 may 2016-cı il tarixli qətnaməsindən aydın olur ki, həmin qətnaməyə əsasən hazırki iş üzrə cavabdeh, yəni Cavabdeh və onun azyaşlı uşaqları İddiaçı istifadəsində olan evə köçürülmüşlər. Sözügedən qətnamədə qeyd olunmuşdur ki, mübahisə predmeti olan evin heç bir sənədi mövcud olmamışdır, lakin məhkəmə tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan qanunvericilik normalarını tətbiq edərək cavabdehin və uşaqlarının həmin evə köçürülməsini qərara almışdır. Hazırda cavabdeh sözügedən qətnamənin nəzərə alınmasını və tələbin həmin əsasla rədd edilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyil. Belə ki, cavabdeh və onun uşaqları Samux Rayon Məhkəməsinin 2(058)558/2016 saylı, 11 may 2016-cı il tarixli qətnaməsinə əsasən hazırda iddia tələbində sözügedən evə köçürülmüşdür. Məhkəmənin arxivindən götürülərək nəzərdən keçirilmiş 2(058)558/2016 saylı mülki iş materiallarından müəyyən edilmişdir ki, həmin qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, icra sənədi icra orqanı tərəfindən icra olunmuşdur. Burdan da aydın olur ki, cavabdehin və uşaqlarının sözügedən evdən istifadə hüququ var və bu əsasla da cavabdehin cehiz əşyalarının həmin evdən çıxarılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına yekun qiymət verərək iddianı əsassız saymaqla tələbin rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar