Məhkəmə qərarları › İş №2(058)-903/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-903/2025

07.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-903/2025 07.10.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X15 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan evində Cavabdeh aid olan yataq dəsti, servant ağ rəngli-2 ədəd, güzgülü kamot-1 ədəd, stol-1 ədəd, stul-6 ədəd, künc divan-1 ədəd, mətbəx mebeli, sandıq-1 ədəd, yorğan sintifon tək nəfərlik- 2 ədəd, döşək-1 ədəd, tük yastıq (balınc)-6 ədəd, yataq örtüyü -1 ədəd, köhnə servant-1 ədəd cehiz əşyalarının çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, oğlu X3 Aygün Vəliyəddin qızı ilə xx.xx.2012-ci ildə el adəti ilə toy edib faktiki nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2015-cı il təvəllüdlü X13 adlı övladları doğulmuş, Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(058)-145/2025 nömrəli qətnaməsi ilə nikahları pozulmuşdur. X9 Cavabdeh ilə evlənən zaman onun evinə gəlin gəlmişdir. Ev onun mülkiyyətindədir. O, təqaüdçüdür, xəstədir. Cavabdeh gəlin gələn zaman cehiz əşyalarını onun evinə yığmış, boşandıqdan sonra yataq dəsti, servant ağ rəngli-2 ədəd, güzgülü kamot-1 ədəd, stol-1 ədəd, stul-6 ədəd, künc divan-1 ədəd, mətbəx mebeli, sandıq-1 ədəd, yorğan sintifon tək nəfərlik-2 ədəd, döşək-1 ədəd, tük yastıq (balınc)-6 ədəd, yataq örtüyü-1 ədəd, köhnə servant-1 ədəd cehiz əşyaları onun evində qalmışdır və cavabdeh onun evindən yığıb aparmamışdır. Cehizlərin orada qalması onun evində sərbəst yaşamağa maneçilik törədir. Belə ki, o, cavabdehə dəfələrlə bildirsə də, cavabdeh öz cehiz əşyalarını evdən çıxarmamışdır. Cehizin onun evindən çıxarılması ilə əlaqədar cavabdehlə aparılan söhbətlər heç bir nəticə verməmiş, aralarında münaqişə yaratmışdır. Cavabdeh cehizi orada saxlamasının səbəbini mülkiyyət hüququnun əldə edilməsi ilə əsaslandırır. Dəfələrlə cavabdehə izah edilsə də, mülkiyyət istəyi qanunvericiliyin tələbinə ziddir. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehin cehiz əşyaları Samux rayonu, Sərkar kəndində onun mülkiyyətində olan evdə qalmışdır. Cavabdeh cehizi çıxarmaq tələbini rədd edir və yersiz mübahisə yaradır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə etdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, o, 2012-ci ildə iddiaçının oğlu ilə nikaha girmiş və 2025-ci ilin iyun ayında boşanmışlar. O, atası ilə anasının evində qalır, cehiz əşyalarının çıxarılmasına maddi imkanı və yaşayış yeri yoxdur. Onun cavabdehə məxsus evdə çoxlu sayda birgə nkah dövründə qazanılmış əmlakları vardır. Məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(058)-145/2025 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X9 arasında xx.xx.2012-ci il tarixli 82 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2013-cü il tarixində doğulmuş X10 və xx.xx.2015-ci il tarixində doğulmuş X11 nikah pozulduqdan sonra iddiaçı Cavabdeh yanında qalması, cavabdeh X5 xx.xx.2013-cü il tarixində doğulmuş X10 və xx.xx.2015-ci il tarixində doğulmuş X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixdə Samux 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmişdir. İşdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Gəncə şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli **********18-10301 reyestr nömrəli Daşınmaz Əmlakın Texniki Pasportunun surətindən görünür ki, Samux rayonu, Sərkar kəndində yerləşən 0.09 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı Samux rayonu, Sərkar kəndində mülkiyyətində olan 0.09 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 75.5 kv.m yaşayış, 46.7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 178 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Sərkar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 745 nömrəli arayışdan görünür ki, Samux rayonu, Sərkar kənd sakini xx.xx.1985-ci il təvəllüdlü X1 qeydiyyatdadır, yaşayır və həqiqətən nümayəndəliyin təsərrüfatbaşına kitabında atası İddiaçı ilə bir təsərrüfatda yaşayır, adına heç bir iri və xırda buynuzlu mal-qarası və ev quşları yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Qeyd olunan Məcəllənin 14.1-ci maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hər tərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaqla yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 217.3-cü maddəsinə əsasən iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırki iş üzrə mübahisə predmeti olan əşyaların yerləşdiyi fərdi yaşayış evi, yəni Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışa (Qeydiyyat tarixi-xx.xx.2009; Qeydiyyat nömrəsi-**********; Reyestr nömrəsi-**********18-10301) əsasən Samux rayonu, Sərkar kəndində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri). 1952-ci il martın 20-də Parisdə imzalanmış İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun 1-ci maddəsində (mülkiyyətin müdafiəsi) təsbit olunmuşdur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beynəlxalq hüquq aktlarında İnsan Hüquqları Haqqında ümumi Bəyənnamənin 17-ci maddəsi, “İnsan Hüquqlarının və X7 Haqqında” Konvensiyaya əlavə (1 saylı) protokolun 1ci maddəsi ilə və s. və Azərbaycan Respublikası Konstitusiyasında (29-cü maddə) isə nəzərdə tutulma fundamental İnsan hüquqları sırasında mühüm yer tutur. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı). Mülkiyyət hüququ və məhkəmə müdafiə hüququ bir sıra beynəlxalq sənədlərdə də mühüm yer tutur. BMT-nin insan hüquqları haqqında Ümumi Bəyannaməsinin 17-ci maddəsinə görə, hər bir şəxsin həm təkbaşına, həm də müştərək mülkiyyətə sahib olmaq hüququ var. Heç kəs özbaşına olaraq mülkiyyətdən məhrum edilə bilməz. İnsan hüquqlarının və X7 haqqında Konvensiyaya dair bir saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşmasını nəzərdə tutur (Kuşoğlu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə görə sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi qanuni və əsaslıdır və təqdim etdiyi sübutlarla da təsdiq olunmaqdadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə işdə iştirak edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, yuxarıda sadalanan prosessual hüquq normalarının tələbləri baxımından qeyd edir ki, iddiaçı öz tələbinin hüquqi əsası kimi istinad etdiyi halları məhkəməyə təqdim etmiş və onun sübutları məhkəmə araşdırması zamanı tədqiq edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışa (Qeydiyyat tarixi-xx.xx.2009; Qeydiyyat nömrəsi-**********; Reyestr nömrəsi-**********18-10301) əsasən Samux rayonu, Sərkar kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus olan cehiz əşyaları: yataq dəsti, 2 ədəd ağ rəngli servant, 1 ədəd güzgülü kamot, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd künc divanı, mətbəx mebeli, 1 ədəd sandıq, 2 ədəd tək nəfərlik sintifon yorğan, 1 ədəd döşək, 6 ədəd tük yastıq (balınc), 1 ədəd yataq örtüyü, 1 ədəd köhnə servant çıxarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışa (Qeydiyyat tarixi-xx.xx.2009; Qeydiyyat nömrəsi- **********; Reyestr nömrəsi-**********18-10301) əsasən Samux rayonu, Sərkar kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus olan cehiz əşyaları: yataq dəsti, 2 ədəd ağ rəngli servant, 1 ədəd güzgülü kamot, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd künc divanı, mətbəx mebeli, 1 ədəd sandıq, 2 ədəd tək nəfərlik sintifon yorğan, 1 ədəd döşək, 6 ədəd tük yastıq (balınc), 1 ədəd yataq örtüyü, 1 ədəd köhnə servant çıxarılsın. İş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar