Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-95/2023 10.02.2023 SAMUX RAYON MƏKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı, Cavabdeh, cavabdehin qəyyumu X2 və cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək himayəsində olan xx.xx.2013-cü il tarixdə doğulmuş X5 və xx.xx.2015-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 manat alimentin Cavabdeh tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı Cavabdeh ilə 2012-ci ildə nikahlarını rəsmiləşdirmədən ailə qurmuşlar, 11 mart 2014-cü il tarixdə isə rəsmi nikaha daxil olmuşlar. Onların birgə evliliyindən 03 dekabr 2013-cü il tarixdə Hüseynova Gülay və 23 dekabr 2015-ci il tarixdə Hüseynova Günay adlı övladları doğulmuşdur. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə uşaqlar onun yanında saxlanılmışdır. Nikahın pozulması barədə işə baxılarkən o, alimentdən imtina etmişdir. Hal-hazırda heç bir yerdə işləmir, maddi vəziyyəti olduqca ağırdır, uşaqların maddi ehtiyaclarını ödəyə bilmir. Cavabdeh isə uşaqlarına könüllü maddi yardım göstərmir. xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul formasında aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh qəyyumu X7 iddiaya etiraz edərək bildirdi ki, cavabdeh tam fəaliyyət qabiliyyətsiz şəxsdir, xəstədir, xəstəliyinə görə qəbul etdiyi dərmanlar müəyyən qədər xərc tələb edir. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili Vəkil iddiaya etiraz edərək bildirdi ki, cavabdeh məhkəmənin qətnaməsi ilə tam fəaliyyət qabiliyyətsiz elan olunub, İ qrup əlildir, anasının qəyyumluğundadır, əlilliyinə görə 200 manat təqaüd, 270 manat isə müavinət alır. Cavabdehin xəstəliyi, müalicə xərcləri və anasının qəyyumluğunda olması nəzərə alınaraq iddianın təmin edilməməsini, əgər məhkəmə tərəfindən uşaqların mənafeyinə uyğun qətnamə çıxarılacağı təqdirdə cavabdehin xəstəliyinə görə aldığı təqaüd və müavinətin məbləğinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli 2(044)3072/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh X3 arasında 11 mart 2014-cü il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 274 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından xx.xx.2013-cü il tarixdə anadan olmuş X5 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X6 nikah pozulduqdan sonra anaları X4 himayəsində saxlanılması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, 03 dekabr 2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, 23 oktyabr 1987-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısının 15 aprel 2019-cu il tarixli sərəncamın surətindən görünür ki, X7 xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh qəyyum təyin edilmişdir. İş materiallarına əlavə olunmuş sosial arayışdan görünür ki, Cavabdeh 1-ci qrup əlilliyinə görə 200 manat təqaüd, 270 manat müavinət alır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən çıxış edərək hesab edir ki, valideynlər ən azı uşağının minimum dolanacaq xərclərini təmin etmək öhdəliyini daşıyır. Bu baxımdan iddiaçının uşağın gündəlik qayğıları ilə məşğul olmasını və bilavasitə uşağı saxlamasını, tərəflərin maddi vəziyyətini, o cümlədən cavabdehin qazancının miqdarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 140 manat miqdarında aliment tutulub, İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Dövlət rüsumu haqqında Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırkı iddianın qiyməti 3360 manatdır (280x12). İddia tələbi qismən təmin edildiyindən ödənilməli olan dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 53,60 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 140 manat, cəmi 280 manat miqdarında aliment tutularaq, İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli 25 noyabr 2022-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Cavabdeh 53,60 (əlli üç manat altmış qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-95/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-95/2023
10.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver