Məhkəmə qərarları › İş №2(058)-964/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-964/2025

06.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-964/2025 06.11.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin azaldılması tələbinə dair məhkəmədə iddia qaldıraraq, xx.xx.2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş aliment məbləğinin azaldılaraq ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqınnın 0.37 misli həddində yəni 150 manat olaraq müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır, Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(058)-82/2025 nömrəli qərarı ilə xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün minimum əmək haqqının 0.76 misli yəni hər ay 304 manat alimentin ondan Cavabdeh xeyirinə tutulması qərara almışdır. O, 3-cü qrup əlildir və heç bir yerdə işləmir. Əlilliyinə görə aylıq aldığı 150 manat pensiya ilə həyatını davam etdirir. Heç bir yerdən əlavə gəliri yoxdur. O, yenidən ailə həyatı qurmuşdur və nikahından xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X3 adlı uşaqları anadan oİmuşdur. Himayəsində iki azyaşlı övladı olduğuna görə sözügedən alimenti ödəməkdə çətinlik çəkir. Mütəmadi olaraq xəstəliyi ilə əlaqədar müalicə alır. Bu səbəbdən təyin olunmuş alimentin məhkəmə yolu ilə azaldılmasına zərurət yaranmışdır. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, məhkəmənin müvafiq qərarı ilə müəyyən edilən aliment məbləğini ödəmək üçün iddiaçının kifayət qədər maddi imkanı var. İddia tələbi əsassızdır və təmin olunmamlıdır. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Samux Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(058)–478/2016 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı hər ay 80 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq, 03 iyun 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşıma çatana kimi saxlanılması üçün Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(058)-82/2025 saylı qərardadından görünür ki, Samux Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli, 2(058)-478/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunmuş, xx.xx.2025-ci il tarixdən başlayaraq, 03 iyun 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,76 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, Samux Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(058)–478/2016 saylı qətnaməsi ilə tərəflərin birgə nikah dövründə anadan olmuş 03 iyun 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh xeyrinə İddiaçı hər ay 80 manat sabit pul məbləğində aliment (vəsait) tutulması qət edilmişdir. Daha sonra Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(058)-82/2025 saylı qərardadı ilə müəyyən olunmuş aliment məbləği indeksasiya olunaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,76 misli həddində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1–ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə alınmaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, iddiaçının 3-cü qurup əlil olması səbəbilə işləmək imkanının məhdud olmasını, onun ikinci evliliyindən 2 azyaşlı uşağı olmasını iddiaçının ailə və ya maddi vəziyyətində dəyişiklik kimi qiymətləndirir və bu halı nəzərə alaraq Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(058)-82/2025 saylı qərardadı ilə müəyyən (indeksasiya) olunmuş alimentin miqdarının dəyişdirilməsini (azaldılmasını) zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2015-ci tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(058)–82/2025 saylı qərardadına əsasən müəyyən (indeksasiya) olunmuş alimentin miqdarı azaldılsın. xx.xx.2015-ci tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.43 misli həddində aliment tutulsun. Alimentin azaldılmış miqdarda tutulmasına qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar