Məhkəmə qərarları › İş №2(058)-989/2025

Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-989/2025

05.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-989/2025 05.02.2026 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Məmədova Sevinc İsa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın atası olub-olmamasının müəyyən edilməsi, atalığın müəyyən edilməsinə dair akt qeydinin ləğv edilməsi və doğum haqqında şəhadətnamədə düzəliş edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 10 fevral 2024-cü ildə doğulmuş X1 atası olub-olmamağının müəyyən edilməsini, Samux Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 07 nömrəli atalığın müəyyən edilməsinə dair akt qeydinin ləğv edilməsi və uşağın doğum akt qeydində ananın ərizəsi əsasında düzəliş edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Samux Rayon Məhkəməsinin 2(058)989/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tibbi-genetik ekspertizası təyin olunmuş, sözügedən qərardada əsasən verilmiş ekspert rəyi məhkəmə iclasında elan olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı ekspert rəyi ilə razı olduğunu və məhkəmə tərəfindən onun iddia tələbinə mahiyyəti üzrə baxılmasına zərurət qalmadığını bildirdi və məhkəməyə ərizə təqdim edərək ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını, iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263-264, 267- 268-cı maddələrinə əsasən məhkəmə, qəraraaldı: İddiaçı Cavabdeh qarşı “uşağın atası olub-olmamasının müəyyən edilməsi, atalığın müəyyən edilməsinə dair akt qeydinin ləğv edilməsi və doğum haqqında şəhadətnamədə düzəliş edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar