Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-114/2023 25.01.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçi İddiaçı, maraqlı şəxs Cavabdeh iştirakları ilə ərizəçi İddiaçı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: ərizəçi İddiaçı 16 yanvar 2023-cü il tarixdə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs Cavabdeh ilə onun arasında bağlanan 30 noyabr 2022-ci il tarixli barışıq sazişi üzrə Cavabdeh 03 iyun 2011-ci il təvəllüdlü X1, 04 aprel 2013-cü il təvəllüdlü X4 və 18 iyul 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsinin məhkəmə tərəfindən təsdiq edilməsi, eləcə də ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 06 avqust 2010-cu il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş, bu nikahdan 03 iyun 2011ci il tarixdə Aysel, 04 aprel 2013-cü il tarixdə Ayan, 18 iyul 2017-ci il tarixdə isə Murad adlı övladları doğulmuşdur. Maraqlı şəxslə rəsmi nikaha daxil olduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan aralarında münaqişələr yaranmağa başlamışdır. O, 10 may 2022-ci il tarixdən övladları ilə birlikdə Siyəzən şəhərindəki ata evində valideynlərinin yanında və himayəsində yaşayır. Borclu neft sənayesində mühəndis işləməklə aylıq yüksək əmək haqqı və qazanc əldə etsə də, bu müddət ərzində onun və övladlarının maddi təminatı ilə maraqlanmamışdır. Bundan sonra, o, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq mediasiya qurumuna müraciət etmiş, habelə mediasiya xidmətinin göstərilməsi üçün 100 manat məbləğində rüsumu ödəyərək, 30 noyabr 2022-ci il tarixdə iştirak etdiyi mediasiya sessiyasında Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək hər ay ümumilikdə 600 manat məbləğində alimenti onun təqdim etdiyi kart hesabına ödəyəcəyini öhdəsinə götürsə də, bu günədək öhdəliyini könüllü formada yerinə yetirməmişdir. Bu səbəbdən də o, məhkəməyə müraciət etmişdir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı müdafiə etdiyi ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, hazırda Cavabdehlə bir ailə kimi birlikdə yaşasalar da, sonuncu bədxərc olduğuna görə uşaqların bütün maddi tələbatını ödəmək üçün alimentin ödənilməsini tələb edir. Eyni zamanda, o, maraqlı şəxslə 10 may 2022-ci il tarixdən ayrı yaşasa da, 16 dekabr 2022-ci il tarixdən yenidən birlikdə yaşamağa başlamışdır. Aralarında barışıq sazişi olsa da, Cavabdeh aliment ödənişini könüllü olaraq ödəməmişdir. Bundan əlavə, hazırda o, uşaqların bütün tələbatını özü qarşılayır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Cavabdeh ərizənin təmin edilməsinə etiraz etməyərək izahatında göstərdi ki, o, hazırda Siyəzən NQÇİ-də aparıcı mühəndis işləməklə, aylıq 1250 manat əmək haqqı alır. Eyni zamanda, ərizəçi ilə aralarında aliment tələbinə dair barışıq sazişi olsa da, alimenti könüllü olaraq ödəməmişdir. Buna baxmayaraq, məhkəmə qətnaməsi çıxarılacağı təqdirdə, aliment ödənişlərini həyata keçirməyə razıdır. Ona görə də ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd edilən normalarına əsaslanaraq hesab edir ki, maraqlı şəxs Cavabdeh münasibətdə qətnamənin əsaslandırıcı hissəsində tələbin etiraf edilməsi və onun qəbul edilməsi ilə kifayətlənmək olsa belə, aşağıdakıların qeyd edilməsi zəruridir. Belə ki, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 06 avqust 2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 592331 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 06 avqust 2010-cu il tarixdə 149 saylı akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə "İsayeva" soyadı verilmişdir. Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 16 iyun 2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 640548 nömrəli, 29 aprel 2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 032489 nömrəli, 07 avqust 2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 942029 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq atası Cavabdeh, anası İddiaçı olan X6 03 iyun 2011-ci il tarixdə, X8 04 aprel 2013-cü il tarixdə, X7 isə 18 iyul 2017-ci il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İş materiallarında olan 30 noyabr 2022-ci il tarixli barışıq sazişinin mühüm şərtlərindən görünür ki, ikinci tərəf (Cavabdeh) hər ay 600 (altı üz) manat alimenti birinci tərəfə (İddiaçı) ödəməyi öhdəsinə götürmüşdür. İkinci tərəf ilk 600 (altı üz) manat ödənişi 09 dekabr 2022-ci il saat 23:59-dək birinci tərəfin təqdim etdiyi kart hesabına ödəməyi öhdəsinə götürmüşdür. Əgər sazişdə göstərilən müddətdə ödəniş edilməsə birinci tərəf məhkəməyə müraciət edərək tələbin məcburi icrasını tələb edə bilər. Bu saziş tam imzalandığı tarixdən qüvvəyə minir və tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir. İşdə olan 30 noyabr 2022-ci il tarixli, 083559 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ailə münasibətlərindən irəli gələn mübahisə ilə əlaqədar mediasiya sessiyasına müraciət edərkən, 100 (bir yüz) manat məbləğində mediasiya xərcini ödəmişdir. Məhkəmə nəzərə alır ki, bağlanması üçün ikitərəfli iradə ifadəsinin zəruri olduğu barışıq sazişinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilə hüququna dair müddəaları müvafiq surətdə tətbiq olunmalıdır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Bu Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Sözügedən Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Eyni Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49-cu maddəsinin İ hissəsinə əsasən, 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Bu Məcəllənin 22-ci maddəsinin İ hissəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Bu Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin İ, İİİ və İV hissələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, sözügedən barışıq sazişi 30 noyabr 2022-ci il tarixdən imzalanmaqla, həmin gündən tərəflər üçün məcburi xarakter daşımağa başlamış, eləcə də maraqlı şəxsi aliment öhdəliyinin icraçısına çevirmiş, həmçinin bu hal sazişin mühüm şərtlərində də öz əksini tapmışdır. Eyni zamanda, maraqlı şəxs 09 dekabr 2022-ci il saat 23:59-dan gec olmayaraq razılaşdığı aliment məbləğini ərizəçiyə könüllü şəkildə ödəməli olmasına baxmayaraq, bu öhdəliyi yerinə yetirməmiş, nəticədə ərizəçi barışıq sazişinin şərtlərinə əsaslanaraq, onun təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilmədiyindən, həmçinin Sazişdə alimentin hansı vaxtadək tutulması göstərilməsə də, Ailə Məcəlləsinin hüquqi təbiətinə əsasən alimentin uşaqların yetkinlik yaşına çatanadək tutulması nəzərdə tutulduğundan, ərizə təmin edilməli, 30 noyabr 2022-ci il tarixdən başlayaraq, 03 iyun 2011-ci il təvəllüdlü X3, 04 aprel 2013-cü il təvəllüdlü X4 və 18 iyul 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün maraqlı şəxs Cavabdeh ərizəçi İddiaçı xeyrinə hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində alimentin tutulmasına dair ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında 30 noyabr 2022-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməli, qətnamə dərhal icraya yönəldilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məhkəmə xərci maraqlı şəxs Cavabdeh tutularaq ərizəçi İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 234, 355-23, 355-24, 355-25-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 30 noyabr 2022-ci il tarixdən başlayaraq, 03 iyun 2011-ci il təvəllüdlü X3, 04 aprel 2013-cü il təvəllüdlü X4 və 18 iyul 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün maraqlı şəxs Cavabdeh ərizəçi İddiaçı xeyrinə hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində alimentin tutulmasına dair ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında 30 noyabr 2022-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin. Qətnamə aliment tutulmasına dair hissədə dərhal icraya yönəldilsin. Mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məhkəmə xərci maraqlı şəxs Cavabdeh tutularaq ərizəçi İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-114/2023
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-114/2023
25.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver