Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-179/2025 06.05.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Siyəzən rayon Beşdam bələdiyyəsinə qarşı “ödənilməmiş əmək haqlarının, istifadə edilməmiş əsas məzuniyyət günlərinə görə pul əvəzi və son haqq-hesab pullarının ödənilməsi (bələdiyyə qulluqçusuna münasibətdə)” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı Siyəzən rayon Beşdam bələdiyyəsinin sədrinin 15 oktyabr 2012-ci il tarixli, 02 nömrəli əmri ilə həmin bələdiyyədə xəzinədar vəzifəsinə təyin edilmiş və öz xahişinə əsasən 10 may 2015-ci il tarixli, 03 nömrəli əmrlə tutduğu vəzifədən azad olunmuşdur. Hazırda iddiaçı işdən azad olunduqdan sonra, onunla son haqq-hesab aparılmayaraq, ödənilməmiş əmək haqlarının, istifadə edilməmiş məzunuiyyət günlərinə görə pul əvəzi, habelə son haqq-hesab pulları ödənilmədiyini iddia edərək məhkəməyə müraciət etmişdir. İddia tələbi İddiaçı Səfərli X6 rayon Beşdam bələdiyyəsinə qarşı “ödənilməmiş əmək haqlarının, istifadə edilməmiş əsas məzuniyyət günlərinə görə pul əvəzi və son haqq-hesab pullarının ödənilməsi (bələdiyyə qulluqçusuna münasibətdə)” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hər iki, "xxxx" ASC-nin Siyəzən rayon filialındakı və Siyəzən rayon Poçt filialındakı hesabından iddiaçının xeyrinə 2013-cü ilin mart ayından, 2015-ci ilin iyul ayına qədər ödənilməmiş 4232,20 manat məbləğində əmək haqqı borcu, 15 oktyabr 2012-ci il tarixdən işdən çıxan 10 may 2015-ci il tarixinədək istifadə etmədiyi 02 il 07 ay mütənasib əsas məzuniyyətlərinə görə 439 manat pul əvəzi, son haqq-hesab müavinəti və mediyasiya sesiyasına görə ödənilmiş 60 manat pulun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Siyəzən rayon Beşdam bələdiyyəsi tərəfindən ödənilməli olan son haqqhesab məbləğindən 257,20 manatın ödənildiyini, hazırda qalıq qalan 4332,80 manat məbləğin və 60 manat mediyasiya xərcinin cavabdehdən cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Siyəzən rayon Beşdam bələdiyyəsinin sədrinin 15 oktyabr 2012-ci il tarixli, 02 nömrəli əmri ilə həmin bələdiyyədə xəzinədar vəzifəsinə təyin edilmiş və öz xahişinə əsasən 10 may 2015-ci il tarixli, 03 nömrəli əmrlə tutduğu vəzifədən azad olunmuşdur. Lakin, işdən azad olunduqdan sonra, onunla son haqq-hesab aparılmayaraq, ödənilməmiş əmək haqlarının, istifadə edilməmiş məzunuiyyət günlərinə görə pul əvəzi, habelə son haqq-hesab pulları ödənilməmişdir. İşlədiyi dövrlərdə aylıq əmək haqqısı 170 manat təşkil etmiş, habelə əmək haqqı ona sonuncu dəfə 2013-cü ilin fevral ayında verilsə də, 2013-cii ilin mart ayından 2015-ci ilin iyul ayına qədər əmək haqqı, habelə məzuniyyət, o cümlədən son işdən çıxma müavinəti verilməmişdir. Beləliklə, Xaçmaz Regional Ədliyyə İdarəsinin verdiyi 17 sentyabr 2021-ci il tarixli, 04/kol-342/2 nömrəli məktubunda “Beşdam bələdiyyəsi tərəfindən X4 4590 manat və X2 3740 manat ödənilməmiş əmək haqqı borcunun qaldığı, habelə qeyd olunan əmək haqqı borcundan 13 sentyabr 2021-ci il tarixdə adlarına barat hesab açılaraq, hər birinə ayrılıqda 257,80 manat vəsait köçürdüyü və bəldiyyə tərəfindən ödənilməmiş əmək haqqı borclarından bələdiyyə büdcəsinin imkanları daxilində hissə-hissə ödəniləcəyi qeyd edilmişdir. Yuxarıda göstərilən əmək haqqı borcundan 13 sentyabr 2021-ci il tarixdə 257,80 manat, bundan sonra 100 manat olamqla, cəmi 357,80 manat ödənildiyini nəzərə alsaq, hazırda cavabdehin 4232,20 manat ödənilməmiş əmək haqqı borcu, işçiyə işdən çıxan günədək istifadə etmədiyi bütün iş illərinin 2 il 07 ay görə əsas məzuniyyətlərinə görə pul əvəzi (2 ilə görə 340 manat, 7 ay görə isə 99 manat) cəmi 439 manat təşkil edir ki, bu məbləğlər cavabdehdən tutulmalıdır. Hazırki ərizəni təqdim etməzdən öncə adiyyəti üzrə müvafiq bələdiyyə sədrinə, ödənilməyən əmək haqqlarnın ödənilməsi və ödənilməmiş əmək haqqların barəsində çıxarışların verilməsi haqqında rəsmi müraciət etmiş, cavabdeh tərəfindən ona, 08 iyun 2021-ci il tarixli, 24 nömrəli, məktubla “2013-cü il üçün müvafiq əmək haqqı çıxarışları barədə “Kapital Bank" ASC-nin Siyəzən fılyalına sorğu göndərilməsi və bələdiyyənin büdcəsinə daxil olan vəsaitə uyğun olaraq qalmış əmək haqqı hissə-hissə ödəniləcəyi” bildirilmişdir. Lakin, cavabdeh borcun ödənilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyi icra etməməklə yanaşı, onu aldatdığı məlumu olmuşdur. Belə ki, cavabdehin "xxxx" ASC-nin Siyəzən filialında və Siyəzən rayon Poçt filialında iki bank hesabının mövcud olması müəyyən olunmuşdur. Bununla belə, cavabdeh “gözdən pərdə asmaqla” əmək haqlarının ödənilməsi üçün müvafiq sənədlərin "xxxx" ASC-nin Siyəzən filiyalına göndərməsin bildirmiş, eyni zamanda isə bütün maliyyə işlərini Siyəzən rayon Poçt filialında aparmaqla onu aldatmışdır. Bütün bu illər ərzində aldadıldığını bildikdən sonra, X7 Xidmətinin Quba regional ərazi şöbəsinə şikayət etmiş, habelə bu şikayətindən sonra cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən 19 oktyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, o cümlədən ona son haqq-hesabın ödənilməsi məqsədi ilə Beşdan Bələdiyyyəsinə göstəriş xarakterli məktub göndərilmişdir. Beləliklə, cavabdeh, Xaçmaz Regional Ədliyyə İdarəsi, X7 Xidmətinin Quba regional ərazi şöbəsi və Siyzən rayon İcra Hakimiyyətinin başçısı hazırki tələbin mahiyyəti üzrə ödənişlərinin hökmən ödənilcəyini bildirərək, onu arxayın salmışdır. Habelə, adiyyəti orqanlar tərəfindən sonda Beşdam bələdiyyəsi tərəfindən son haqq-hesab tam ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Odur ki, hüquqlarının müdafiəsi üçün hazırki iddia tələbini irəli sürmüş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları Cavabdeh Siyəzən rayon Beşdam bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin Beşdam bələdiyyəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Siyəzən rayon Beşdam bələdiyyəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini və iddia tələbinə dair dəqiqləşdirilməni müdafiə edərək izahatında, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
83. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqqhesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.
143. Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir.
144. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər. 172-ci maddəsinin İV hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 288-ci maddəsinin “d” hissəsinə əsasən əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli bu Məcəllə ilə nizama salınır. 294-cü maddəsinin birinci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.
Mülki Prosessual Məcəllə
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi
Məhkəmə, iş materiallarını iddiaçının izahatı ilə birlikdə araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı 15 oktyabr 2012ci il tarixdə Siyəzən rayon Beşdam Bələdiyyəsinə xəzinədar vəzifəsinə təyin edilmiş, 10 may 2015-ci il tarixdə öz ərizəsinə əsasən Siyəzən rayon Beşdam Bələdiyyəsinin xəzinədar vəzifəsindən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsinin rəisinin X5 və X2 ünvanlandığı 17 sentyabr 2021-ci il tarixli, 04/kol-342/2 nömrəli məktubundan görünür ki, Beşdam bələdiyyəsi tərəfindən İddiaçı 4590 manat və X2 3740 manat ödənilməmiş əmək haqqı borcunun olduğu qeyd olunmuş, habelə bu borcdan 13 sentyabr 2021-ci il tarixdə adlarına açılmış barat hesaba ayrılıqda 257,80 manat vəsait köçürülmüşdür. Məhkəmənin sorğusu əsasında X9 Xidmətinin Quba regional şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş araşdırma materiallarından müəyyən olunur ki, Siyəzən Rayon Beşdam Bələdiyyəsinin sədri Rəna Quliyeva barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir, ondan ötrü ki, bələdiyyənin işçisi olmuş İddiaçı 09 may 2015-ci ildə işdən azad olunarkən ona çatacaq son haqq-hesab ödənilməmişdir. Bununla da Əmək Məcəlləsinin 83.2 və 172.4-cü maddəsinin tələbləri pozulmuşdur. İnzibati araşdırma dövründə xx.xx.2021-ci il tarixdə Siyəzən Rayon Beşdam Bələdiyyəsinin sədri Rəna Quliyeva X9 Xidmətinin Quba regional şöbəsinə məktub ünvanlayaraq İddiaçı 4590 manat son haqq-hesab məbləği ödənilməli olduğu, lakin xx.xx.2021-ci ildə 257,80 manat vəsait ödənildiyini, qalan məbləğin hissə-hissə ödəniləcəyini bildirmişdir. 01 noyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə X9 Xidmətinin Quba regional şöbəsinin rəisi X1 qərarı ilə Siyəzən rayon Beşdam Bələdiyyəsi sədri X8 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinmiş və ona inzibati tənbeh olaraq 700 manat inzibati cərimə təyin olunmuşdur. İşdə olan 13 sentyabr 2021-ci il tarixli, 11 nömrəli və 12 oktyabr 2021-ci il tarixli, 08 nömrəli ödəniş tapşırıqlarının surətindən görünür ki, Siyəzən Poçt filialı vasitəsi ilə müvafiq olaraq 257,80 manat və 102,70 manat məbləğində vəsait AZ96AZPO******************** nömrəli hesaba köçürülmüşdür. Məhkəmə qeyd edir ki, iş materiallarında olan biri digərini tamamlayan sənədlərdən də müəyyən edildiyi kimi İddiaçı 15 oktyabr 2012-ci il tarixdə Siyəzən rayon Beşdam Bələdiyyəsinə xəzinədar vəzifəsinə işə qəbul edilmiş, 10 may 2015-ci il tarixdə öz ərizəsinə əsasən Siyəzən rayon Beşdam Bələdiyyəsinin xəzinədar vəzifəsindən azad edilmişdir, lakin ona son haqq-hesab ödənilməmişdir. Beşdam Bələdiyyəsi tərəfindən ünvanlanmış məktublardan müəyyən edilir ki, iddiaçıya 4590 manat məbləğində son haqqhesab hesablanmış ondan 13 sentyabr 2021-ci ildə 257,8 manat və 12 oktyabr 2021-ci il tarixdə 102,70 manat pul ödənilmişdir. Məhkəmə tərəfindən məhkəmə hazırlıq iclası bir neçə dəfə təxirə salınıb son haqqhesab sənədlərinin məhkəməyə təqdim edilməsi barədə cavabdehə sorğu ünvanlansa da, cavabdeh orqan məhkəməyə gəlməmiş və sorğuya cavab verməmişdir. Bununla da iddiaçıya son haqq-hesabın ödənildiyinə dair sübutemə vəzifəsini icra etməmişdir. Bundan başqa işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı iddia tələbində 2013-cü ilin mart ayından 2015-ci ilin iyul ayına qədər ödənilməmiş 4232,20 manat məbləğində əmək haqqı borcu, 15 oktyabr 2012-ci il tarixdən işdən çıxan 10 may 2015-ci il tarixinədək istifadə etmədiyi 02 il 07 ay mütənasib əsas məzuniyyətlərinə görə 439 manat pul əvəzi, son haqq-hesab müavinəti olmaqla cəmi 4671,20 manat pul tələb etsə də, sonradan iddia tələbini dəqiqləşdirərək ona ödənilmiş 257,80 manat məbləğ nəzərə alınmaqla cavabdehdən onun xeyrinə 4332,80 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Eyni zamanda məhkəmədə sənədlər araşdırılan zaman iddiaçı tərəfindən ona 12 oktyabr 2021-ci il tarixdə 102,70 manat pul ödənildiyini təsdiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə cavabdeh Siyəzən rayon Beşdam Bələdiyyəsindən iddiaçının xeyrinə 4230,10 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
Məhkəmə xərcləri
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan 21 dekabr 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı müdiasiya şurasına müraciət edərkən 60 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh Siyəzən rayon Beşdam Bələdiyyəsindən 4230,10 manat son haqq-hesab məbləği və 60 manat mediasiya xərci tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə
q ə t e t d i:
İddia qismən təmin edilsin. Cavabdeh Siyəzən rayon Beşdam Bələdiyyəsindən 4230,10 manat son haqq-hesab məbləği və 60 manat mediasiya xərci tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Günel Quluzadə