Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-184/2023 17.02.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu ərizəçi İddiaçı cavabdeh X1 qarşı "cavabdehə aid cehiz əşyalarının ona məxsus fərdi yaşayış evindən çıxarılması" tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: Ərizəçi İddiaçı cavabdeh X1 qarşı "cavabdehə aid cehiz əşyalarının ona məxsus fərdi yaşayış evindən çıxarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iş materialları nəzərdən keçirilərkən hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilmədiyi aşkar edilmişdir. Çünki, İddiaçı iddia ərizəsinə qoşmada müvafiq dövlət rüsumunu ödəməsi ilə bağlı qəbzi əlavə etdiyini göstərsə də, iş materialları nəzərdən keçirilərkən belə bir qəbzin olması öz təsdiqini tapmamışdır. Bu isə qeyd olunan iddia ərizəsi üzrə hazırkı dövr üçün dövlət rüsumunun müəyyən edilmiş qaydada və məbləğdə ödənilmədiyinə dəlalət edir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.6-cı maddəsində fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edildikdə 100 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur. Eyni zamanda, iddia ərizəsindən müəyyən edilir ki, İddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş tələbə, yəni sonuncuya aid cehiz əşyalarının ona məxsus fərdi yaşayış evindən çıxarılması iddia icraat qaydasında baxılsa da, o, işdə iştirak edən şəxsin, o cümlədən özünün statusunda yanlışlığa yol vermiş, habelə özünü “iddiaçı” əvəzinə “ərizəçi” kimi göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 46-cı maddəsinə əsasən tərəflər işdə iştirak edən şəxslərdir. Bu Məcəllənin 50.1-ci maddəsinə əsasən isə tərəflər dedikdə, iddiaçı və cavabdeh nəzərdə tutulur. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Bu Məcəllənin 150.1.1-ci maddəsinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Qeyd olunan Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Yenə bu Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, hesab edirəm ki, yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268- 269-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Ərizəçi İddiaçı cavabdeh X1 qarşı "cavabdehə aid cehiz əşyalarının ona məxsus fərdi yaşayış evindən çıxarılması" tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-184/2023
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-184/2023
17.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver