Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-330/2020 09.09.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx xxxxxx 2007ci il təvəllüdlü X3, xx xxxxxx 2009-cu il təvəllüdlü X2 və xx xxxx 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının yəni, 300 manat miqdarında alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2007-ci il təvəllüdlü X3, xx xxxxxx 2009-cu il təvəllüdlü X2 və xx xxxx 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı oğlu iddia tələbini qismən müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxx 2006-cı il tarixdə iddiaçı Cavabdehla əvvəlcə faktiki nikah münasibətlərinə daxil olmuş, xx xxxxxx 2008-ci il tarixdə isə nikahlarını rəsmiləşdirmiş, bu nikahdan xx xxxxxx 2007-ci il tarixdə Rəvan, xx xxxxxx 2009-cu il tarixdə Yağmur, xx xxxx 2012-ci il tarixdə isə Kəbir adlı övladları doğulmuşdur. Evləndikdən bir müddət sonra ailədaxili problemləri olmuş, hər xırda məsələ ilə bağlı aralarında tez-tez mübahisələr yaranmışdır. Bu səbəbdən də Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxx 2020-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh ilə aralarında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar onun himayəsində və yanında saxlanılmış, habelə uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən onun xeyrinə xx xxxx 2020-ci il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirinin) yarısı miqdarında alimentin tutulması qət edilmişdir. Bununla belə, həmin vaxtdan etibarən cavabdeh uşaqların saxlanılması üçün ona heç bir maddi köməklik göstərməmişdir. Hazırda uşaqları ilə birlikdə Abşeron rayonun Xırdalan şəhərində aylıq 170 manat ödəməklə, kirayədə qalır. Həmçinin, o, gözəllik salonunda işləyərək, aylıq təxminən 300 manat qazanc əldə edir. Qeyd olunan hallar isə uşaqların saxlanılması xərclərinə kifayət etmir və o, uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Belə ki, uşaqlar artıq böyüdüyündən maddi təminatla sırf əhatə olunan sosial qayğıları da artmışdır. Bununla belə, cavabdehin maddi vəziyyətini nəzərə alaraq, sonuncudan onun xeyrinə hər ay hər uşağa görə 56,67 manat olmaqla, cəmi 170 manat sabit pul məbləğində alimentin tutulmasına da etiraz etmir. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxx 2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı ilə aralarında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar, o cümlədən xx xxxxxx 2007-ci il təvəllüdlü Rəvan, xx xxxxxx 2009-cu il təvəllüdlü Yağmur, xx xxxx 2012-ci il təvəllüdlü Kəbir iddiaçının himayəsində və yanında saxlanılmışdır. Bundan əlavə, sözügedən qətnamə ilə onların birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün ondan iddiaçının xeyrinə xx xxxx 2020-ci il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirinin) yarısı miqdarında alimentin tutulması müəyyən edilmişdir. Özü əvvəllər Bakı şəhərində mebel sexində işləsə də, hazırda heç yerdə işləmir. Həmçinin, daxili orqanlarının xəstəliyi ilə əlaqədar ağır işlərdə işləyə bilmir. Bununla belə, uşaqlarının saxlanılması üçün öz gəlirləri çərçivəsində aliment ödəməkdən də yayınmır. Belə ki, hər ay hər uşaq üçün 56,67 manat olmaqla, cəmi 170 manat sabit pul məbləğində alimenti iddiaçının xeyrinə ödəyə bilər. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 197074 nömrəli, Siyəzən rayon Eynibulaq İƏV üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 354013 nömrəli və xx xxxxx 2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 815940 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq ataları Cavabdeh anaları İddiaçı olan X6 xx xxxxxx 2007-ci il tarixdə Siyəzən şəhərində, X5 xx xxxxxx 2009-cu il tarixdə, X7 isə xx xxxx 2012-ci il tarixdə Siyəzən rayonu, Eynibulaq kəndində doğulmuşlar. İşdə olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxx 2020-ci il tarixli, 2(059)-26/2020 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında Siyəzən rayon Eynibulaq İƏV üzrə nümayəndəliyində xx xxxxxx 2008-ci il tarixdə, 01 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, eləcə də onların birgə nikahından doğulmuş xx xxxxxx 2007-ci il təvəllüdlü Rəvanın, xx xxxxxx 2009-cu il təvəllüdlü Yağmurun, xx xxxx 2012-ci il təvəllüdlü Kəbirin anaları İddiaçı himayəsində və yanında saxlanılması, habelə uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə xx xxxx 2020-ci il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirinin) yarısı miqdarında alimentin tutulması və qətnamənin alimentin tutulmasına dair hissədə dərhal icraya yönəldilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəməməklə uşaqlarının artan tələbatını qarşılamır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. X1 "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında xx xxxxxx 2019-cu il tarixli Qanuna əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumu 170 manat müəyyən edilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, xx xxxxxx 2007-ci il təvəllüdlü X3, xx xxxxxx 2009-cu il təvəllüdlü X2 və xx xxxx 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. İşin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumunun 170 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin aylıq qazancı, həmin məbləğin onun, eləcə də iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşaqların saxlanması və digər xərclərinin ödənilməsi üçün sərf edildiyi, həmçinin iddiaçının qadın olmaqla hazırda gözəllik salonunda işləməklə, aylıq təxminən 300 manat qazanc əldə etməsi nəzərə alınsa, bu zaman sosial ədalət nöqteyinəzərdən valideynlər arasında qarşılıqlı balans, kompromislik, habelə tərəflərin hüquq və maraqlarının uzlaşdırılması prinsiplərinin tətbiq edilməsi ilə ağlabatan məbləğin müəyyən edilməsi məqsədəmüvafiqdir. Belə ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşaqların maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosialədalət prinsipi əsas götürülməlidir. Beləliklə, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və uşaqların əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşaqların minimum maddi təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən xx xxxxxx 2007-ci il təvəllüdlü X3, xx xxxxxx 2009-cu il təvəllüdlü X2 və xx xxxx 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(059)-26/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 56,67 manat olmaqla, cəmi 170 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsinə münasibətdə qeyd edilir ki, tələb bu hissədə iddiaçı tərəfdən müdafiə edilmədiyindən, eləcə də sübutlarla təsdiq olunmadığından təmin edilməsi istisna edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il, 8-2/2016 saylı qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə-iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin, məhkəmə hesab edir ki, İddiaçı azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən xx xxxxxx 2007-ci il təvəllüdlü X3, xx xxxxxx 2009-cu il təvəllüdlü X2 və xx xxxx 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(059)-26/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 56,67 (əlli altı manat 67 qəpik) manat olmaqla, cəmi 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-330/2020
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-330/2020
09.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver