Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-331/2023 19.06.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçı Həsənova (Əliyeva) Südabə Alik qızının, Cavabdeh iştirakları ilə iddiaçı Həsənova (Əliyeva) Südabə Alik qızının Cavabdeh qarşı "sabit pul məbləğində aliment tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: iddiaçı Həsənova (Əliyeva) Südabə Alik qızı Cavabdeh qarşı "sabit pul məbləğində aliment tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13 may 2017-ci il təvəllüdlü X2 və 09 aprel 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin, eləcə də Mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 55 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o cavabdehlə 19 aprel 2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş və bu nikahdan 13 may 2017-ci il tarixdə Minarə, 09 aprel 2022-ci il tarixdə isə Amir adlı övladları doğulmuşdur. Evləndikdən sonra bir il normal ailə münasibətində yaşasalarda birinci uşaq doğulduqdan sonra münasibətləri pisləşmişdir. Belə ki, cavabdeh bəzən evə gəlməməklə yanaşı, uşaqlarla da maraqlanmamış, hətta evə sərxoş halda gələrək, səbəbsiz münaqişələr yaratmaqla, ona şiddət göstərərək fiziki ağrı yetirmişdir. Beləliklə, cavabdeh 2016-cı ildə ona qarşı fiziki ağrı yetirdiyi üçün o, Siyəzən RPŞ-yə müraciət etmiş, habelə cavabdehə cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Bundan əlavə, cavabdehin başqa bir qadınla qeyri-rəsmi ər-arvad münasibərində olması, bu səbəbdən də ailəsinə qarşı əsassız şiddət göstərməsi sonradan ona məlum olmuşdur. Eyni zamanda, cavabdeh 2018-ci ildə həmin qadına qarşı da fiziki ağrı yetirməsinə görə sonuncunun anasının şikayəti əsasında 15 gün inzibati həbs cəzası almışdır. Bununla belə, o, bu cür qeyri-insani hərəkətlərə məruz qalmasına baxmayaraq, uşaqlarına görə dözmüşdür. Lakin, sonradan cavabdehin başqa qadınla yaşamasına, habelə qazancını uşaqlarına deyil, başqa şəxslərə, eləcə də zərərli vərdişlərinə sərf etməsinə, ona və uşaqlarına qarşı şiddət göstərməsinə görə 23 fevral 2023-cü il tarixdə cavabdehi tərk edərək, ata evinə qayıtmışdır. Hazırda, atası evində yaşayır. Eyni zamanda, atası öldüyü üçün maddi cəhətdən çox çətin durumdadır. Bundan başqa, cavabdeh X9 Sanayi ve Ticaret Anonim Şirketində işləyərək kifayət qədər əmək haqqı alsa da onlara könüllü olaraq yardım etmir. Bu səbəbdən də, o, aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda, o, mediasiya qurumuna müraciət edərək, mediasiya xərcini ödəmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı Həsənova (Əliyeva) Südabə Alik qızı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, o, hazırda ata evində yaşayır. Sonuncu dəfə cavabdeh ona 23 fevral 2023-cü il tarixdə fiziki ağrı yetirmiş, bu səbəbdən də, o, ata evinə gəlmişdir. Qardaşı icazə vermədiyi üçün cavabdehdən polisə şikayətçi olmamışdır. Nikahın pozulmasını istəsə də, hazırda bu tələb ilə məhkəməyə müraciət etməmişdir. Bundan başqa o, cavabdehin qəbul etdiyi aliment miqdarı ilə razılaşmır, habelə iddia üzrə hər ay, hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması istəyir. Eyni zamanda, birgə yaşadıqları dövrdə cavabdehin məvacibi artımdan sonra 480 manat olmuş, habelə sonuncunun bundan başqa gəliri yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, X9 Sanayi ve Ticaret Anonim Şirketində aşpaz köməkçisi işləməklə, aylıq 450 manat əmək haqqı alır. Hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimenti ödəməyə razıdır. Cavabdehin iddia ərizəsində qeyd etdikləri doğru deyildir. Belə ki, subay vaxtı tanıdığı bir xanım ailəsinə müdaxilə etdiyi üçün sonuncuya fiziki ağrı yetirmiş, habelə buna görə də, inzibati qaydada cəzalandırılmışdır. Bundan başqa, o, başqa qadınla ailə həyatı qurmamış, qeyri-rəsmi nikaha daxil olmamışdır. Həmçinin, o mütəmadi olaraq, ailəsinin ərzaq və digər təminatlarını qarşılamışdır. Bundan əlavə, iddiaçı onun anasına cavab qaytardığı üçün bu hal onun xoşuna gəlmədiyindən iddiaçı ilə mübahisə etmiş və həmin tarixdən, yəni 23 fevral 2023-cü il tarixdən ayrı yaşayırlar. Eyni zamanda, o, ayda iki gün istirahət etməklə, iyirmi səkkiz gün saat 08:00-dan 19:00-dək işləsə də, bəzi hallarda işin çox olmasına görə əlavə iş saatlarında da işləyir. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Siyəzən rayon İHB-nin Yenikənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 19 aprel 2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 865974 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 19 aprel 2014-cü il tarixdə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 13 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə "Həsənova" soyadı verilmişdir. İşdə olan Siyəzən RİHB-nin Yenikənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 01 iyun 2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 941839 nömrəli, 24 may 2022-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 662117 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq ataları Cavabdeh, anaları Həsənova (Əliyeva) Südabə Alik qızı olan X4 13 may 2017-ci il tarixdə Quba şəhərində, X6 isə 09 aprel 2022-ci il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, Cavabdeh X9 Sanayi ve Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı filialında fəhlə işləməklə, aylıq 498,29 manat əmək haqqı alır. İşdə olan 13 aprel 2023-cü il tarixli qəbzdən görünür ki, Həsənova (Əliyeva) Südabə Alik qızı mediasiya xidmətinin göstərilməsi üçün 55 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 19 aprel 2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş və bu nikahdan 13 may 2017-ci il tarixdə Minarə, 09 aprel 2022-ci il tarixdə isə Amir adlı övladları doğulmuşdur. Həmçinin, tərəflər arasında nikah pozulmasa da, ailə daxilində münasibətlərin kəskinləşməsi səbəbindən onlar uzun müddət olar faktiki olaraq birgə təsərrüfat idarə etmirlər. İddiaçı hazırda tək qadın olaraq yetkinlik yaşına çatmayan uşaqlarını maddi cəhətdən təmin etməkdə çətinlik çəkir. Cavabdeh isə övladlarının maddi təminatı ilə maraqlanmır. Məhz buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında 09 dekabr 2022-ci il tarixli Qanuna əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2023-cü il üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 13 may 2017-ci il təvəllüdlü X2 və 09 aprel 2022-ci il təvəllüdlü X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. İşin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikasında 2022-ci il üçün uşağa münasibətdə yaşayış minimumunun 220 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin aylıq aldığı 498,29 manat əmək haqqı məbləği, həmçinin bu məbləğlə onun, eləcə də iddiaçının himayəsində olan uşaqların saxlanılması zərurəti, eləcə də tərəflərin diqqətəlayiq maraqları, o cümlədən cavabdehin əlavə işlərdə işləmək imkanının olmaması, eyni zamanda iddiaçının qadın olmaqla, müəyyən işlərdə işləmə imkanının olması nəzərə alınsa, sosial ədalət nöqteyi-nəzərdən qeyd olunan yaşayış minimumunun tutulması məqsədəmüvafiq deyildir. Belə ki, tərəflərin ümumi nikahından doğulmuş uşaqlarının yetkinlik yaşına çatanadək saxlaması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşaqların maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürülməlidir. Məhkəmə, tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların, əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşaqların valideynlərindən təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, tərəflərin birgə nikahından doğulmuş 13 may 2017-ci il təvəllüdlü X2 və 09 aprel 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 26 aprel 2023-cü il tarixdən başlayaraq, Cavabdeh iddiaçı Həsənova (Əliyeva) Südabə Alik qızının xeyrinə hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsi sübutlarla təsdiq olunmadığından əsassız sayılmalı və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə tələbin təmin edilmiş hissəsinin məbləğinə mütənasib olaraq iddiaçı Həsənova (Əliyeva) Südabə Alik qızının azad edildiyi 72,80 manat dövlət rüsumunun 77%-i, yəni 55,44 (əlli beş manat 44 qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 55 (əlli beş) manat xərcin 77%-i, yəni 42,35 (qırx iki manat 35 qəpik) manatı Cavabdeh alınaraq iddiaçı Həsənova (Əliyeva) Südabə Alik qızına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş 13 may 2017-ci il təvəllüdlü X2 və 09 aprel 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 26 aprel 2023-cü il tarixdən başlayaraq, Cavabdeh iddiaçı Həsənova (Əliyeva) Südabə Alik qızının xeyrinə hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. Mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 55 (əlli beş) manat xərcin 77%-i, yəni 42,35 (qırx iki manat 35 qəpik) manatı Cavabdeh alınaraq iddiaçı Həsənova (Əliyeva) Südabə Alik qızına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə təmin edilən hissədə dərhal icraya yönəldilsin. İddiaçı Həsənova (Əliyeva) Südabə Alik qızının azad edildiyi 72,80 manat dövlət rüsumunun 77%-i, yəni 55,44 (əlli beş manat 44 qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-331/2023
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-331/2023
19.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver