Məhkəmə qərarları › İş №2(059)-338/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-338/2021

30.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-338/2021 30.09.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi X2 iştirakları ilə İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair ilk, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair ilk, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan doğulmuş övladı 23 oktyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaşı üçün Cavabdeh bütün növ aylıq qazanc və gəlirlərinin ¼ hisəsi miqdarında alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 08 oktyabr 2015-ci il tarixdə, 2125 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini isə qəbul etməyərək izahatında göstərdi ki, cavabdehlə əvvəlcə faktiki, 08 oktyabr 2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş, birgə nikahlarından 23 oktyabr 2015-ci il tarixdə Nihat adlı bir oğulları doğulmuşdur. Onlar cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan aralarında mübahisələr və münaqişələr yaranmağa başlamışdır. Buna səbəb ailələrinə qaynatası Şahnarın və baldızının yersiz müdaxilələri olmuşdur. 20 mart 2021-ci il tarixdə ərinin atası və bacısı tərəfindən olunmuş müdaxilələrdən sonra əri evə gəlməmiş, onlarla maraqlanmamış, həmin vaxtdan ayrı yaşamağa başlamışlar. Bu ilin aprel ayında cavabdehin evə ərzaq almadığını görüb atasının evinə qayıtmaq məcburiyyətində qalmış, həmin vaxtdan da, övladı ilə birgə valideynlərinin himayəsində yaşayır. Cavabdeh hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Qusar şəhərində yerləşən N saylı hərbi hissəsində müddətdən artıq hərbi qulluqçu kimi xidmət keçməklə, aylıq kifayət qədər yüksək, yəni 900 manat məbləğində əmək haqqı (əmək haqqında əlavələr də olur) alsa da, onlara heç bir maddi yardım göstərmir. Buna səbəb əvvəldən qeyd etdiyi kimi ərinə qohumları tərəfindən göstərilən təzyiqlərlə bağlıdır. Cavabdehlə birgə yaşadıqları dövrdə səmimi ailə münasibətləri olmuşdur. Eyni zamanda, onunla cavabdehə məhkəmə tərəfindən barışmaları üçün 3 ay müddət verilməsinə baxmayaraq, bu müddət ərzində də barışıq olmamışdır. Odur ki, ilk iddia tələbinin təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X5 qarşılıqlı iddia tələbini müdafiə, ilk iddia tələbini isə qəbul edərək izahatında göstərdi ki, tərəflər əvvəlcə faktiki, 08 oktyabr 2015-ci il tarixdə isə rəsmi nikaha daxil olmaqla evlənmiş, bu nikahdan 23 oktyabr 2015-ci il tarixdə Nihat adlı bir oğulları doğulmuşdur. Tərəflər arasında münasibətlər bir müddət olar pisləşib və oğlu Osman ailənin bərpasını mümkün hesab etmir. Belə ki, 20 aprel 2021-ci il tarixdə oğlu Osman bibisi qızı Xədicə Həsənova ilə faktiki nikah münasibətlərinə daxil olmuşdur. Bununla belə, ilk iddianı qəbul edirlər. Belə ki, oğlu rəsmi qaydada işləyir və tələb olunan alimenti övladı üçün ilk iddia üzrə iddiaçının xeyrinə ödəyə bilər, hətta, məhkəmə tərəfindən müvəqqəti qaydada tutulmuş alimenti də qarşı tərəfə ödəyir. Eyni zamanda, tərəflərə məhkəmə tərəfindən barışmaları üçün 3 ay müddət verilməsinə baxmayaraq, bu müddət ərzində də barışıq olmamışdır. Odur ki, ilk iddia tələbinin təmin edilməsinə etiraz etməyərək, qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə, ilk iddia tələbini qəbul edərək izahatında göstərdi ki, o, atasının fikirləri ilə razıdır. Bundan əlavə, o, 20 aprel 2021-ci il tarixdə bibisi qızı Xədicə Həsənova ilə faktiki nikah münasibətlərinə daxil olmuş, habelə bu münasibətlərin geri dönüşü yoxdur. Bununla belə, ilk iddianı qəbul edir. Eyni zamanda, onunla İddiaçı məhkəmə tərəfindən barışmaları üçün 3 ay müddət verilməsinə baxmayaraq, bu müddət ərzində də barışıq olmamışdır. Odur ki, ilk iddia və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk və qarşılıqlı iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd edilən normalarına əsaslanaraq hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh münasibətdə qətnamənin əsaslandırıcı hissəsində ilk iddianın etiraf edilməsi və onun qəbul edilməsi ilə kifayətlənmək olsa belə, aşağıdakıların qeyd edilməsi zəruridir. Belə ki, Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 08 oktyabr 2015-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 076276 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 08 oktyabr 2015-ci il tarixdə, 2125 saylı akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra ər öz soyadında qalsa da, arvada "Fleydanova" soyadı verilmişdir. İşdə olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 21 noyabr 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 657757 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan X6 23 oktyabr 2015-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. İşdə olan 09 iyun 2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh məhkəməyə müraciət edərkən 20 (iyirmi) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə görə, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda, nikah məhkəmə qaydasında pozulur. Bu Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.2-ci hissəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. İşdən görünür ki, Siyəzən Rayon Məhkəməsi tərəfindən 30 iyun 2021-ci il tarixdə tərəflərə barışmaları üçün 3 (üç) ay vaxt verilməklə işin baxılması təxirə salınmış, lakin onlar nikah münasibətlərini bərpa etmək üçün kifayət qədər cəhd göstərməmişlər. Bununla da, təsdiq olunur ki, iddiaçı ilə cavabdeh arasında ər-arvad münasibətləri faktiki olaraq kəsilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.1-ci və 22.2.2-ci maddələrinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Adı çəkilən Məcəllənin 100.2-ci maddəsinə görə isə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında 29 dekabr 2020-ci il tarixli Qanuna əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumu 175 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, 23 oktyabr 2015-ci il təvəllüdlü X1 üçün qarşılıqlı iddiaçının üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. Həmçinin, Siyəzən Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(059)-338/2021 saylı qərardadı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair ilk, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə məhkəmə qətnaməsi çıxarılanadək, 23 oktyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaşı üçün Cavabdeh İddiaçı xeyrinə hər ay Cavabdeh qazancının (başqa gəlirinin) 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin tutulması və alimentin tutulmasının əvvəlinin 26 may 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə, tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun minimum maddi təminatını və əvvəlki vəziyyətdə saxlanılması vacibliyini nəzərə alaraq hesab edir ki, ilk və qarşılıqlı iddia tələbləri əsaslı olduğundan təmin edilməli, 23 oktyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə 30 sentyabr 2021-ci il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirinin) dörddə bir hissəsi miqdarında aliment tutulmalı, Məhkəmənin 07 iyul 2021-ci il tarixli, 2(059)-338/2021 saylı qərardadı ilə tutulan aliment dayandırılmalı, həmçinin qətnamə aliment tutulmasına dair hissədə dərhal icra edilməlidir. Eyni zamanda, tərəflər arasında Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 08 oktyabr 2015-ci il tarixdə, 2125 saylı akt qeydi ilə bağlanmış nikah pozulmalı, onların birgə nikahından doğulmuş 23 oktyabr 2015-ci il təvəllüdlü X6 anası, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı himayəsində və yanında saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə-iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı azad edildiyi 30 (otuz) manat dövlət rüsumu üçün ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsasən qarşılıqlı iddia üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu qarşılıqlı iddia ərizəsində və məhkəmə baxışında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehdən tələb edilmədiyindən həmin məbləğ ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qət etdi: İlk iddia təmin edilsin. 23 oktyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə 30 sentyabr 2021-ci il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirinin) dörddə bir hissəsi miqdarında aliment tutulsun və Məhkəmənin 07 iyul 2021-ci il tarixli, 2(059)-338/2021 saylı qərardadı ilə tutulan aliment dayandırılsın. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icraya yönəldilsin. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı azad edildiyi 30 (otuz) manat dövlət rüsumu üçün ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qarşılıqlı iddia təmin edilsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 08 oktyabr 2015-ci il tarixdə, 2125 saylı akt qeydi ilə bağlanmış nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş 23 oktyabr 2015-ci il təvəllüdlü X6 anası, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı himayəsində və yanında saxlanılsın. İlk iddia üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar