Məhkəmə qərarları › İş №2(059)-417/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-417/2023

31.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-417/2023 31.07.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması və onun aliment üzrə borcun ödənilməsindən azad edilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması və onun aliment üzrə borcun ödənilməsindən azad edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(059)-497/2022 saylı qətnaməsi ilə 10 iyul 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ondan cavabdehin xeyrinə hər ay 150 manat sabit pul məbləğində tutulan alimentin miqdarının dəyişdirilərək, azaldılmaqla, uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində alimentin tutulması, eləcə də cavabdehə olan 1000 manat aliment borcunu ödəməkdən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Siyəzən Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(059)-497/2022 saylı qətnaməsi ilə 10 iyul 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 19 fevral 2014-cü il tarixli, 2(059)-65/2014 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, ondan Cavabdeh xeyrinə hər ay 150 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Ona qarşı, cavabdeh tərəfindən yönəldilən “alimentdən boyun qaçırması və aliment ödəməmək bəhanəsi ilə teztez iş yerinin dəyişdirilməsi və həmçinin uşaqla qətiyyən maraqlanmaması” kimi fikirlər tamamilə yanlışdır və ağ yalandır. Belə ki, sübut olaraq ödədiyi aliment qəbzlərini toplayıb Siyəzən rayon icra və probasiya şöbəsinə təqdim etmişdir. Eyni zamanda, o, 2016-cı ilin fevral ayından etibarən rəsmi olaraq işsiz olsa da, daim çalışıb mütəmadi olaraq övladı üçün alimenti köçürməsini qazancına uyğun həyata keçirmişdir. Bununla yanaşı, əlavə olaraq övladını geyim ilə də təmin etmişdir. Buna baxmayaraq,10 ildir Cavabdeh onun övladı Nəzrin ilə normal ünsiyyət qurmasına, tərbiyəsinin inkişaf edilməsində köməklik etməsinə həmişə maneə olmuş, övladının tərbiyəsinin hərtərəfli inkişafına və ləyaqətinə hörmət etməmiş onun psixologiyasına və mənəvi inkişafına həmçinin mənəviyyatının alçaldılmasına mənfi təsirlər göstərmişdir. Belə olduğu təqdirdə, azyaşlı uşağa qarşı qəddarlıq kobudluq və biganəlik yolverilməzdir. Məktəbəqədərki dövrdə ünsiyyət qurmaq məqsədi ilə qızının yanına getsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək, yəni uşağın gah evdə olmamasını, gah da xəstə olmasını bildirmiş, hətta, uşaq üçün aldığı azuqə və hədiyyələri rədd etmiş, habelə uşağa təqdim edilməsində maneə törətmişdir. Bundan əlavə, o, övladı Nəzrinin onunla normal ünsiyyətdə olmasına dair dəfələrlə məhkəmə, icra orqanlarına şikayət etsə də, nəticəsiz qalmışdır. Bununla belə, qızının psixoloji cəhətdən travma almaması üçün icra qurumuna təzyiqlər göstərməmişdir. Beləliklə, uşaqların ataya qarşı namərdcəsinə aqressiv şəkildə böyüdülməsi yolverilməzdir və dözülməz haldır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, o, hazırda usta yanında fəhləliklə, mövsümdə isə meyvə toplamaqla, məşğul olaraq, aylıq təxminən 300-400 manat gəlir əldə edir və hər hansı bir xəstəlikdən əziyyət çəkmir. Bundan başqa, o, birgə yaşadığı Ukrayna Respublikasının vətəndaşı olan xanımla hazırda rəsmi nikaha daxil olmasa da, sonuncu ilə qeyri-rəsmi nikahından uşağı doğulmuşdur. Beləliklə, o, həmin xanımla Ukrayna Respublikasında olarkən faktiki nikaha daxil olmuşdur. Bundan əlavə, o, Bakı şəhərində dərzi kimi işləməklə, orada yaşayan faktiki ailəsinin yanına gedib-gəldiyi üçün Siyəzən Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə tutulan alimenti ödəmək iqtidarında deyildir. Eyni zamanda, qeyri-rəsmi nikahdan doğulmuş uşağının atalığı müəyyən edilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 09 iyun 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, atası İddiaçı, anası X3 olan X2 10 iyul 2011-ci il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 19 fevral 2014-cü il tarixli, 2(059)-65/2014 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında Siyəzən rayon qeydiyyat şöbəsində bağlanmış 19 iyul 2010-cu il tarixli, 128 saylı nikah pozulmuş, eləcə də onların birgə nikahından doğulmuş 10 iyul 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay İddiaçı qazancının və ya başqa gəlirinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq Ağayeva (Nəzərova) Nərmin Bədəl qızının xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 26 sentyabr 2022-ci il tarixli, 2(059)-497/2022 saylı qətnaməsindən görünür ki, qeyd olunan qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan etibarən 10 iyul 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 19 fevral 2014-cü il tarixli, 2(059)- 65/2014 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, İddiaçı Cavabdeh xeyrinə hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, İddiaçı "xxxx" ASC-də fəhlə işləməklə, aylıq 300 manat əmək haqqı alır. İşdə olan mötəbər maliyyə sənədlərindən görünür ki, İddiaçı mediasiya xidmətinin göstərilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəməklə, yanaşı dövlət rüsumuna görə 50 manat vəsait də sərf etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin nikahından 10 iyul 2011-ci il tarixdə Nəzrin adlı övladları doğulmuş, həmçinin onlar arasında münasibətlər kəskinləşdiyindən Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 19 fevral 2014-cü il tarixli qətnaməsi ilə nikahları pozulmaqla, yanaşı Nəzrinin yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı qazancının və ya başqa gəlirinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilsə də, sonradan bu məhkəmənin qanuni qüvvəsini almış 26 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin miqdarı hər ay 150 manat sabit pul məbləğinə dəyişdirilmişdir. İddiaçı tərəf faktiki nikah münasibətlərində olduğu arvadının və atalığı müəyyən edilməsə də, yeni doğulmuş övladının yanına Bakı şəhərinə gedib-gəlməsi ilə əlaqədar Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 26 sentyabr 2022-ci il tarixli qətnaməsini icra etmək iqtidarında olmadığını qeyd etsə də, işin faktiki hallarından da göründüyü kimi bunun həqiqətən də belə olması ilə bağlı iddiaçı tərəfdən məhkəməyə əsaslı sübutlar təqdim edilməmiş, məhkəmə iclası zamanı iddiaçının söylədikləri kifayət qədər əsaslandırmamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının maddi vəziyyətinin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəməyə imkan verməməsi hallarını təsdiq edəcək dəlillər təqdim edilməmişdir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır. Bundan əlavə, məhkəmə iddiaçı tərəfin alimentin hazırkı məbləğinin onun üçün böyük maddi məhrumiyyətlər yaratması ilə əlaqələndirməsinə münasibət bildirməyi zəruri hesab edərək qeyd edir ki, iddia tələbində göstərilən hallar onun haqlı olmasına dəlalət etmir. Çünki, iddiaçının maddi durumu ilə bağlı qeyd etdiyi hallar kifayət qədər əsaslandırılmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının maddi vəziyyətinin alimenti ödəməyə imkan verməməsi hallarını təsdiq edəcək dəlillər təqdim edilməmişdir. Hətta, məhkəmə sözügedən qətnaməni qəbul edərkən Azərbaycan Respublikasında 2022-ci il üçün uşağa münasibətdə yaşayış minimumunun 193 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin himayəsində olan yetkinlik yaşına çatmayan uşağın saxlanması zərurəti, həmçinin cavabdehin qadın olmaqla müəyyən işlərdə işləmə imkanının məhdudluğunu nəzərə almaqla, sosial ədalət nöqteyi-nəzərdən valideynlər arasında qarşılıqlı balans, kompromislik, habelə tərəflərin hüquq və maraqlarının uzlaşdırılması prinsiplərinin tətbiq edilməsi ilə ağlabatan məbləğin müəyyən edilməsini məqsədəmüvafiq hesab etmiş, bu zaman uşağın yetkinlik yaşına çatanadək saxlanmasının nəinki atanın, həmçinin ananın da üzərinə düşdüyünü və uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasının məhz onların valideynlərinin borcu olduğunu, habelə, bu halın uşağın maddi və mənəvi cəhətdən təminatının həm atanın, həm də ananın eyni qaydada təmin etməli olduğunu, lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürüldüyünü xüsusilə vurğulamışdır. Həmçinin qeyd olunur ki, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi qəbul edilərkən qanunvericilikdə 2022-ci il üçün bir uşağa münasibətdə yaşayış minimumunun 193 manat nəzərdə tutulmasını və uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını, habelə bütün əhəmiyyətli halları diqqətə aldıqdan sonra (tərəflərin, eləcə də uşağın mənafeyi baxımından) qüvvədə olan qətnaməyə əsasən bir uşaq üçün yaşayış minimumundan aşağı həddə 150 manat alimentin müəyyən edilməsini nəzərə alsaq, mövcud reallıqda bu məbləğin də azaldılıb, uşağın saxlanması üçün 80 manat təsbit edilməsi məqsədəmüvafiq deyildir. Alimentin həcminin müəyyən edilməsi zamanı uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün əvvəlki təminatının səviyyəsi, habelə uşağın maraqları nəzərə alınmalıdır. Qeyd olunan hallar isə iddiaçının maddi vəziyyəti ilə bağlı gətirdiyi dəlillərin sonuncunun mülahizələrindən ibarət olduğunu deməyə əsas verir. Bundan başqa, İddiaçı Cavabdeh olan 1000 manat aliment borcunu ödəməkdən azad olunmasını da tələb etməsinə baxmayaraq, sonuncu bu borcun xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəlməsinə, həmçinin ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan verməməsinə dair mötəbər sənəd və ya sübutu məhkəməyə təqdim edə bilməmiş, əksinə, məhkəmə iclasında iddiaçının sağlam olması və səhhətində problemlərin olmaması öz təsdiqini tapmaqla, əmək fəaliyyəti ilə məşğul olaraq, qazanc (gəlir) əldə etməsi müəyyən edilmişdir. Beləliklə, övladının saxlanılmasına kömək etmək İddiaçı üzərinə qanunvericiliklə vəzifə kimi qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə İİ bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən “Uşaq hüquqları” haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında 09 dekabr 2022-ci il tarixli Qanuna əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2023-cü il üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bundan başqa, Siyəzən Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(059)- 497/2022 saylı qətnaməsindən şikayət verilməsi üçün qanunvericiliklə nəzərdə tutulan müddət kifayət qədər olsa da, İddiaçı bu hüququndan istifadə etməmiş, mövcud olan vəziyyətlə razılaşmışdır. Bununla da, qeyd olunur ki, Siyəzən Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli qətnaməsi isə hazırda qüvvədədir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması və onun aliment üzrə borcun ödənilməsindən azad edilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən mediasiya xidmətinin göstərilməsi və iddia tələbinə məhkəmədə baxılması üçün ayrı-ayrılıqda ödənilmiş 50 manat, cəmi 100 (bir yüz) manat məhkəmə xərci İddiaçı özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması və onun aliment üzrə borcun ödənilməsindən azad edilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Mediasiya xidmətinin göstərilməsi və iddia tələbinə məhkəmədə baxılması üçün ayrıayrılıqda ödənilmiş 50 manat, cəmi 100 (bir yüz) manat məbləğində məhkəmə xərci İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar