Məhkəmə qərarları › İş №2(059)-452/2023

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-452/2023

16.06.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-452/2023 16.06.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu İddiaçı cavabdeh Siyəzən şəhər İnteqrasiya X1rşı “həftəlik dərs yükü saatlarının artırılması və həmin saatlara görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı cavabdeh Siyəzən şəhər İnteqrasiya X1rşı “həftəlik dərs yükü saatlarının artırılması və həmin saatlara görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 noyabr 2022-ci il tarixdən etibarən ona hər həftədə 36 saat dərs yükünün verilməsi, həmin saatlara görə əmək haqqının ödənilməsi və mediasiya xərcinin əvəzi olaraq 25 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə yolverilməzliyinə görə qəbul edilməməlidir. Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2(059)-24/2022 saylı qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilməklə, cavabdeh Siyəzən şəhər X3 tipli gimnaziya tərəfindən İddiaçı barəsində verilmiş 26 noyabr 2020-ci il tarixli, 80 saylı əmr ləğv edilməklə, onun həmin gimnaziyanın tərbiyəçisi vəzifəsinə işə bərpa olunması və 26 noyabr 2020-ci il tarixdən etibarən məcburi iş buraxma müddəti üçün ona əmək haqqının ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Eyni zamanda, qanuni qüvvəsini almış həmin qətnamədən görünür ki, İddiaçı cavabdeh Siyəzən şəhər İnteqrasiya X1rşı 11 noyabr 2020-ci il tarixdə icraata qəbul edilmiş ilk tələbində də iddiaçı 36 saat əvəzsiz, tam Tərbiyəçi-müəllim dərs yükünün bərpa edilməsini, 2020-ci ilin sentyabr ayından əmək haqqı məbləğinin 6 saat əvəzçilik tədrisinə görə azalan hissəsi həcmində ona vurulan maddi ziyanın cəmləşdirilmiş məbləğinin tam 36 saat Tərbiyəçi-müəllim kimi dərs yükünün bərpa edilməsinə qədər hesablanıb ödənilməsini xahiş etmiş, lakin tələb bu hissələrdə təmin edilməmişdir. Göründüyü kimi, İddiaçı cavabdeh Siyəzən şəhər İnteqrasiya X1rşı “dərs yükünün bərpa edilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” və “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə baxılmış və hazırkı “həftəlik dərs yükü saatlarının artırılması və həmin saatlara görə əmək haqqının ödənilməsi” iddia tələbi ilə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə həmin iddiaya qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 19 yanvar 2022ci il tarixli qətnaməsi ilə artıq münasibət bildirilmiş və qeyd edilən iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Belə ki, eyni tərəflər arasında olan mülki mübahisə ilə bağlı həm hazırkı iddia ərizəsi, həm də əvvəlki iddia ərizəsi nəzərdən keçirilərkən hər iki iddia tələbinin mahiyyət etibarı ilə eyni əsasla verilməklə, eyni predmeti ehtiva etdiyi məlum olur. Bununla da, hesab edirəm ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilməli və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinin İ cümləsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin tələbinə görə bu kateqoriya işlər üzrə dövlət rüsumunu ödəməkdən azad edilmiş İddiaçı hazırkı tələbə görə dövlət rüsumunu ödəməməsi nəzərə alınmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq, qəraraaldım: İddiaçı cavabdeh Siyəzən şəhər İnteqrasiya X1rşı “həftəlik dərs yükü saatlarının artırılması və həmin saatlara görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən ərizənin yolverilməzliyinə görə imtina edilsin və ərizə ona əlavə olunmuş sənədlərlə birgə icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar