Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-464/2021 20.09.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "alimentin tutulması və məbləğinin müəyyən edilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "alimentin tutulması və məbləğinin müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun himayəsində yaşayan 24 oktyabr 2017-ci il təvəllüdlü X2 və Cavabdeh2 himayəsində yaşayan 22 iyul 2005-ci il təvəllüdlü Cavabdeh1 Camal oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün digər Cavabdeh1 əmək haqqı və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində alimentin tutularaq onun və digər Cavabdeh2, eləcə də, 24 oktyabr 2017-ci il təvəllüdlü X2 müayinə və müalicə xərclərinə görə hər ay 200 manat sabit pul məbləğində alimentin Cavabdeh1 tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclası 20 sentyabr 2021-ci il tarixə saat 17:00-a təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 məhkəməyə ərizə ilə müraciət edərək, iddianın baxılmamış saxlanılmasını, habelə iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 da işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirib, mülki işin Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanmasına etiraz etmədi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmiş, həmçinin işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Məhkəmə iclasın Cavabdeh2 iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı tərəf iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən, cavabdehlər işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmçinin, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunmuş şəxslər kateqoriyasından olduğundan, bu hal dövlət rüsumunun ödənilməsinə münasibətdə nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "alimentin tutulması və məbləğinin müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi, ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-464/2021
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-464/2021
20.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver