Məhkəmə qərarları › İş №2(059)-525/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-525/2025

30.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-525/2025 30.07.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində alimentin tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində aliment tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə nikahdan doğulmuş 16 avqust 2018-ci il təvəllüdlü X2, 01 avqust 2020-ci il təvəllüdlü X3 və 11 noyabr 2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün məhkəməyə müraciət etdiyi tarixdən hesablanmaqla, hər ay, hər uşağa görə 246 manat olmaqla, cəmi 738 manat sabit pul məbləğində alimentin, eləcə də mediasiya üçün ödənilmiş 60 manat məhkəmə xərcinin cavabdehdən onun xeyrinə tutulub ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, cavabdehlə əvvəl faktiki, 26 oktyabr 2018-ci il tarixdə isə rəsmi nikaha daxil olmaqla evlənmiş və bu nikahdan 16 avqust 2018-ci il tarixdə Züleyxa, 01 avqust 2020-ci il tarixdə Fatimə və 11 noyabr 2024-cü il təvəllüdlü Murad adlı övladları doğulmuş, habelə evliliklərinin ilk aylarında nisbətən mehriban yaşasalar da, bir müddətdən sonra cavabdehin xasiyyətində olan mənfi xüsusiyyətlər özünü büruzə verməyə başlamış və aralarında tez-tez münaqişəli vəziyyətlər yaranmışdır. Bunların səbəbi Yusifin evə, ailəyə baxmaması, uşaqların maddi tələbatları ilə maraqlanmaması olmuşdur. Belə ki, cavabdeh "xxxx" ASC-də işləməklə, yüksək aylıq əmək haqqı almasına baxmayaraq, nə onunla, nə də, övladlarının maddi və mənəvi tələbatları ilə maraqlanmamış, habelə özünün və üç uşağının bütün maddi təminatları bu günədək onun yaxınları tərəfindən ödənilmişdir. Bundan sonra, o, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mediasiya xidmətinə müraciət etmiş və bununla əlaqədar müvafiq rüsum olan 60 manat məbləğində pul ödəmişdir. Mediatorun rəhbərliyi ilə mediasiya prosesi keçirilsə də, cavabdeh ailə münasibətlərindən irəli gələn mübahisə üzrə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bu barədə mediator Mübariz Quliyev tərəfindən ona 24 may 2025-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı qismən müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, 25 iyun 2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasından sonra onunla cavabdeh arasında münaqişələr daha da artmağa başlamışdır. Belə ki, Cavabdeh uşaqların pulunu verəcəyini qeyd edərək, onları istəmədiyini bildirdiyinə görə 27 iyun 2025-ci il tarixdə qarşı tərəfdən faktiki ayrılaraq anasının yanında Siyəzən şəhərinin Hökmulla Talıbov küçəsində yerləşən evində qalmağa başlasa da, bu gün əri onu və övladlarını öz evinə geri gətirmişdir. O, özü nikahın pozulmasını istəsə də, anası və qarşı tərəfin valideynləri razı olmadığına görə qeyd edilən tələblə məhkəməyə müraciət etməmişdir. Həmçinin, o, iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman, yəni bu ilin iyun ayında Cavabdeh "xxxx" ASC-də işləyərək, 380 manat aylıq əmək haqqı almasına baxmayaraq, hazırda sonuncu Siyəzən rayonun ərazisinə daxil olan “Pirin altı” adlanan yerdə yerləşən kiçik kafedə fərdi qaydada kababçı işləyir. Bununla belə, cavabdeh ona və uşaqlarına maddi köməklik göstərmir. Hazırda iddia tələbini qismən müdafiə edərək, hər ay hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutularaq ödənilməsinə razıdır. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, 25 iyun 2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasından sonra iddiaçı birgə nikahdan olan uşaqları ilə birgə ondan faktiki ayrılaraq qayınanasının yanında qalmağa başlasa da, bu gün o, arvadını və övladlarını öz evinə geri gətirmişdir. Habelə, o, bundan sonra ailə münasibətlərini davam etdirmək niyyətindədir. Bundan başqa, əvvəllər "xxxx" ASC-də işləyərək, 380 manat aylıq əmək haqqı almasına baxmayaraq, hazırda Siyəzən rayonun ərazisinə daxil olan “Pirin altı” adlanan yerdə yerləşən kiçik kafedə fərdi qaydada kababçı işləyərək aylıq 600 manat qazanc əldə edir. Eyni zamanda, övladlarının saxlanılması üçün qarşı tərəfin xeyrinə aliment ödəməkdən imtina etməsə də, bu ilin yanvar ayında "xxxx" ASC-dən 3000 manat, təxminən 3-4 ay əvvəl "xxxx" ASC-dən 1500 manat olmaqla, ümumilikdə götürdüyü 4500 manat kreditin ödənişlərinin, eləcə də, mağazalara olan 700-800 manat civarında borcunun qaytarılması zərurəti ilə əlaqədar hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimenti iddiaçının xeyrinə ödəməyə razıdır. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 26 oktyabr 2018-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 257276 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 26 oktyabr 2018-ci il tarixdə, 130 saylı akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə "Məmmədova" soyadı verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 30 avqust 2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 143106 nömrəli, 12 avqust 2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 401583 nömrəli və 19 noyabr 2024-cü il tarixdə verilmiş AZ-V seriyalı 060239 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, müvafiq olaraq atası Cavabdeh, anası Məmmədova (Muradova) Təhminə Arzu qızı olan X5 16 avqust 2018-ci il tarixdə, X6 01 avqust 2020-ci il tarixdə X6 01 avqust 2020-ci il tarixdə, X8 isə 11 noyabr 2024-cü il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan vergi məlumatlarından görünür ki, VÖEN nömrəsi **********2 (fəaliyyətini müvəqqəti dayandırmış), fəaliyyət istiqaməti “şəxsi ev təsərrüfatında fərdi istehlak üçün istehsal edilən xidmətlər” olan Cavabdeh 10 sentyabr 2018-ci il tarixdən fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İşdə olan mötəbər maliyyə sənədindən görünür ki, İddiaçı mediasiya xidmətinin göstərilməsi üçün 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 26 oktyabr 2018-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş və bu nikahdan 16 avqust 2018-ci il tarixdə Züleyxa, 01 avqust 2020-ci il tarixdə Fatimə və 11 noyabr 2024-cü il tarixdə Murad adlı övladları doğulmuşdur. Həmçinin, tərəflər arasında nikah pozulmasa da, onlar faktiki olaraq birgə təsərrüfat idarə etmirlər və iddiaçı hazırda qadın olaraq yetkinlik yaşına çatmayan uşaqlarını maddi cəhətdən təmin etməkdə çətinlik çəkir. Cavabdeh isə övladlarının maddi təminatı ilə yetərincə maraqlanmır. Məhz buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında 25 noyabr 2024-cü il tarixli Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2025-ci il üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında 2025-ci il üçün də minimum aylıq əmək haqqının məbləği 400 manat təşkil etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 16 avqust 2018-ci il təvəllüdlü X2, 01 avqust 2020-ci il təvəllüdlü X3 və 11 noyabr 2024-cü il təvəllüdlü X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.4-1 bəndinə və 8.4-2-cü bəndinin İ cümləsinə əsasən məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Eyni zamanda, iddiaçı əvvəlcə cavabdehdən hər ay hər uşağa görə 246 manat olmaqla, cəmi 738 manat sabit pul məbləğində aliment tələb etməsinə baxmayaraq, sonradan məhkəmə iclasında hər ay hər uşağa görə 100 manat, ümumilikdə 300 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etmiş və qarşı tərəf də bununla razılaşmışdır. Məhkəmə, tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların, əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşaqların valideynlərindən təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, iddia ərizəsinin 2025-ci ildə məhkəməyə təqdim edilməsi nəzərə alınmalı, tərəflərin birgə nikahından doğulmuş üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin məbləği, həmin il ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının müvafiq misli həddinə uyğunlaşdırılmaqla, bir uşağa münasibətdə aylıq alimentin məbləği 400 x 0,25 = 100 manatla hesablanmalı və tərəflərin birgə nikahından doğulmuş 16 avqust 2018-ci il təvəllüdlü X2, 01 avqust 2020-ci il təvəllüdlü X3 və 11 noyabr 2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 02 iyun 2025-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli olmaqla, ümumilikdə 0,75 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsinə münasibətdə qeyd edilir ki, tələb bu hissədə iddiaçı tərəfdən müdafiə edilmədiyindən, eləcə də sübutlarla təsdiq olunmadığından təmin edilməsi istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sözügedən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bu Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin, məhkəmə hesab edir ki İddiaçı ödəməkdən azad edildiyi 108,56 manat dövlət rüsumunun 41%-i, yəni 44,51 (qırx dörd manat 51 qəpik) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üzrə ödənilmiş cəmi 60 manat məhkəmə xərcinin 41%-i, yəni 24,60 (iyirmi dörd manat 60 qəpik) manatı Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 16 avqust 2018-ci il təvəllüdlü X2, 01 avqust 2020-ci il təvəllüdlü X3 və 11 noyabr 2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 02 iyun 2025-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli olmaqla, ümumilikdə 0,75 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə aliment tutulmasına dair hissədə dərhal icraya yönəldilsin. İddiaçı ödəməkdən azad edildiyi 108,56 (bir yüz səkkiz manat 56 qəpik) manat dövlət rüsumunun 41%-i, yəni 44,51 (qırx dörd manat 51 qəpik) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Mediasiya xidmətinin göstərilməsi üzrə ödənilmiş cəmi 60 manat məhkəmə xərcinin 41%-i, yəni 24,60 (iyirmi dörd manat 60 qəpik) manatı Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar