Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-537/2023 27.07.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu Kreditor "xxxx" MMC-nin Borclu qarşı nisyə alqı-satqısı müqaviləsi üzrə öhdəliklərin icrasına dair məhkəmə əmrinin verilməsi barədə ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyənetdim: Kreditor "xxxx" MMC Borclu qarşı nisyə alqı-satqısı müqaviləsi üzrə öhdəliklərin icrasına dair məhkəmə əmrinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə əmrinin verilməsi barədə ərizəni nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-150-ci və 278-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, məhkəmə əmrinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərkən kreditor MMC tərəfdən 100 manat dövlət rüsumunun ödənilməli olmasına baxmayaraq, ərizə üzrə 43 manat rüsumun ödənildiyi aşkar edilmişdir. Halbuki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsində məhkəmə əmri haqqında ərizənin verilməsinə görə 100 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası MPM-nin 278.4-cü maddəsinə əsasən ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Bu Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Odur ki, yuxarıda göstərilənlərə əsasən ərizənin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Kreditora izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi barədə ərizə üzrə kreditor tərəfindən ödənilmiş 43 (qırx üç) manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268- 269-cu və 278-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Kreditor "xxxx" MMC-nin Borclu qarşı nisyə alqı-satqısı müqaviləsi üzrə öhdəliklərin icrasına dair məhkəmə əmrinin verilməsinə dair ərizəsi, ona əlavə olunmuş sənədlər və ödənilmiş 43 (qırx üç) manat dövlət rüsumu ilə birgə icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-537/2023
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-537/2023
27.07.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver