Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-614/2024 03.09.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində alimentin tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində alimentin tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən birgə nikahından doğulmuş 13 avqust 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 02 iyun 2019-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmiş, birgə nikahdan 13 avqust 2020-ci il tarixdə Murad adlı oğulları doğulmuşdur. Evləndikdən sonra bir müddət mehriban yaşasalar da, sonradan aralarında tez-tez narazılıqlar, daha sonra isə münaqişələr yaranmağa başlamış, münaqişənin səbəbi isə cavabdehin evə, ailəyə qarşı biganəliyi, ailənin problemləri ilə maraqlanmaması ilə yanaşı, əsas səbəb cavabdehlə evləndikdən sonra yəni, 23 iyul 2019-cu il tarixdə ilkin 12000 manat, hər ay isə 647 manat ödəniş etməklə, habelə 2023-cü ilin dekabr ayınadək cəmi 27528 manat pul ödəməklə, çoxmənzilli kooperativ binadan 1 otaqlı, 39,8 kv.metr yaşayış sahəsi olan mənzilin çıxarışının alınması ilə əlaqədar aralarında yaranan mübahisə olmuşdur. Bu zaman cavabdeh evin çıxarışını anasının adına almaq istədiyini bildirdikdə, o, buna razı olmayaraq, mənzili almaq üçün qızıl-zinət əşyalarını satmasını, habelə ilkin ödənişə görə 3000 manatadək pul verməsini, qalan pulu isə birgə nikah dövründə əldə etmələrini bildirmişdir. Bu səbəbdən də cavabdehlə münasibətləri pozulmuş, 2023-cü ilin noyabr ayından isə cavabdeh nə ona, nə də uşağın saxlanmasına, həmçinin mənzilin kommunal xərclərinə görə heç bir köməklik göstərməmişdir. Cavabdeh Rəşad Əsgərov hal-hazırda Azərbaycan Ordusunda müddətdən artıq xidmət etməsinə, bu yaxınlaradək isə Laçın rayonunda hərbi xidmət keçməklə, aylıq qazancı 1400-1500 manat təşkil etməsinə baxmayaraq, həmin vaxtlar ona və övladına çox yaxşı baxmaqla, ailənin bütün maddi tələbatını tam olaraq təmin etsə də, son dövrdə xidməti yerini dəyişərək, Şəmkir rayonunda Hərbi Hospitalda sürücü kimi hərbi xidmət keçməklə aylıq ***-**** manat qazancı olsa da, onlara heç bir maddi yardım etmir. Bundan başqa, cavabdeh 2024-cü ilin may ayında ona “nikahın pozulması” tələbi barədə mediasiya təklifi ilə rəsmi müraciət etmiş, daha sonra isə Qusar 1 saylı Mediasiya təşkilatına müraciət edərək, 06 iyun 2024cü il tarixdə nikahın pozulması üçün mediasiya sessiyasına çağırılmışdır. Bundan sonra, ona məlum olmuşdur ki, cavabdehin onunla bağlanmış nikahın pozulmasını istəməsi barədə fikri ciddidir. Belə olan halda, o, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mediasiya xidməti göstərən Qusar 1 saylı Mediasiya təşkilatına “aliment və əmlak” tələbi ilə müraciət edərək, bununla əlaqədar müvafiq rüsum olan 60 (altmış) manat məbləğində pul ödəmiş, mediatorun rəhbərliyi ilə ailə münasibətlərindən irəli gələn mübahisə üzrə 13 iyul 2024-cü il tarixdə keçirilmiş X4 isə cavabdeh iştirak etməmişdir. Ona görə bu barədə mediator X3 tərəfindən ona "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanunun 29.3-cü maddəsinə uyğun olaraq “X4 (İMS) X6” MŞQ-MT-027-2024-00962 nömrəli, 13 iyul 2024-cü il tarixli arayış verilmişdir. Cavabdehlə artıq uzun müddətdir bir-birlərindən ayrı yaşayırlar, bundan sonra bir ailə kimi birlikdə yaşamaları mümkün deyildir. Bu səbəbdən də, o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, tərəflərin arasında rəsmi nikahın pozulmamasını, habelə iddiaçının hazırda belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət etmək niyyətinin olmamasını qeyd edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazında göstərmişdir ki, iddiaçı ilə aralarında yaranan narazılıqların əsas səbəbləri heç də iddia ərizəsində göstərildiyi kimi, yaşadıqları evin anasının adına keçirtmək istəyi ilə bağlı deyildir. Ümumiyyətlə, bu barədə qarşı tərəflə aralarında heç bir söhbət olmamış, əksinə, iddiaçı ev məsələsi ilə bağlı onun valideynlərinə təhqiredici sözlər yazmışdır. Bildirir ki, o müharibə iştirakçısı və veteranı olmaqla, hazırda hərbi vəzifədə çalışaraq, qeyd edilən evi də özü təkbaşına almışdır. İllik ödənişi və aylıq krediti də öz əmək haqqı hesabına vermişdir. İddiaçı qeyd edir ki, guya qızıllarını satıb ona köməklik etmişdir. Halbuki, həmin qızılları özü iddiaçıya vermişdir. Onların mübahisələrinin səbəbi iddiaçının ona qarşı saymazyana hərəkətlər etməsidir. Belə ki, 3-4 aydan bir məzuniyyətə gəldikdə qohumlarından iddiaçı barəsində şikayətlər eşidir. Dəfələrlə buna son qoyması ilə bağlı xəbərdarlıq etsə də, iddiaçı buna məhəl qoymur. Xüsusilə də, son bir neçə ayda iddiaçı işlə təmin olunaraq əmək haqqı aldıqdan sonra ona qarşı saymazyana hərəkətləri artmışdır. Belə ki, iddiaçı evdə ayrı-seçkilik yaradaraq, “mən öz pulumla istədiyim kimi edə bilərəm, səndən də icazə almıram” deyirdi. Halbuki, bu günədək o, təkbaşına işləməklə evin bütün maddi ehtiyaclarını ödəmiş, heç vaxt nəyəsə ehtiyac hiss etdirməmişdir. Evi aldıqdan sonra bir neçə məişət əşyası, o cümlədən soyuducu, televizor və qaz sobası almışdır. İddiaçının hərəkətlərini qətiyyən qəbul etməyərək məhkəmə iclasında onun fikirlərinin nəzərə alınmasını xahiş edir. Bildirir ki, o, iddiaçı onu polislə hədələdiyi üçün evinə gedə bilmir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Sumqayıt “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən 02 iyun 2019cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 338902 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 02 iyun 2019-cu il tarixdə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 1468 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə "Əhmədova" soyadı verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 27 avqust 2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 401603 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan X9 13 avqust 2020-ci il tarixdə Quba şəhərində doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, İddiaçı “X11” MMC-də sosial işçi işləməklə, aylıq 345 manat əmək haqqı alır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, Cavabdeh “Vətən Müharibəsi iştirakçısı” olmaqla, aylıq 80 manat pensiya alır. İşdə olan sənədlərdən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasına müraciət edərkən, 60 manat məbləğində mediasiya xərci çəkmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 02 iyun 2019-cu il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş və bu nikahdan 13 avqust 2020-ci il tarixdə Murad adlı övladları doğulmuşdur. Həmçinin, tərəflər arasında nikah pozulmasa da, onlar faktiki olaraq ayrı yaşayır və iddiaçı hazırda qadın olaraq yetkinlik yaşına çatmayan uşağını maddi cəhətdən təmin etməkdə çətinlik çəkir. Cavabdeh isə övladının maddi təminatı ilə ümumiyyətlə maraqlanmır. Məhz buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında 05 dekabr 2023-cü il tarixli Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2024-cü il üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 13 avqust 2020-ci il təvəllüdlü X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. Həmçinin, qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 16(059)-19/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində alimentin tutulması" tələbinə dair iddia ərizəsi üzrə 2(059)-614/2024 saylı mülki işdə məhkəmə qətnaməsi çıxarılanadək, 13 avqust 2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması və alimentin tutulmasının əvvəlinin 18 iyul 2024-cü il tarixdən hesablanması, qərardadın icrasının Siyəzən rayon icra və probasiya şöbəsinə tapşırılması, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun minimum maddi təminatını və uşağın əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşağın minimum maddi təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, tərəflərin birgə nikahından doğulmuş 13 avqust 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 18 iyul 2024-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment (“müvəqqəti təminat tədbirinin tətbiqi barədə” Siyəzən Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 16(059)-19/2024 saylı qərardadı ilə tutulan aliment nəzərə alınmaqla) tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə-iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 60 manat xərcin tutulması həm iddia ərizəsində, həm də məhkəmə iclasında iddiaçı tərəfdən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı azad edildiyi 48,20 (qırx səkkiz manat 20 qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş 13 avqust 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 18 iyul 2024-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment (“müvəqqəti təminat tədbirinin tətbiqi barədə” Siyəzən Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 16(059)-19/2024 saylı qərardadı ilə tutulan aliment nəzərə alınmaqla) tutulsun. Qətnamə dərhal icraya yönəldilsin. İddiaçı azad edildiyi 48,20 (qırx səkkiz manat 20 qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-614/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-614/2024
03.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver