Məhkəmə qərarları › İş №2(059)-645/2023

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-645/2023

25.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-645/2023 25.10.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclası 25 oktyabr 2023-cü il tarixə, saat 10:40-a təyin edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mübahisənin məhkəmədən kənar qaydada həll olunmasını bildirmiş, iddia ərizəsinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş, cavabdeh gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməsə də, İddiaçı məhkəməyə təqdim etdiyi sonuncu ərizəsində hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, sonuncu ərizə təmin edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası MPM-in 170.1ci maddəsinə əsasən iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən iddia ərizəsi üzrə iddiaçı tərəfindən ödənilmiş 105 manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan qaytarılsın. İddia tələbi üzrə ödənilmiş 105 (bir yüz beş) manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar