Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-65/2024 24.01.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Siyəzən rayon icra və probasiya şöbəsinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Əsgərova (İbrahimova) Vüsalə Əlihəsən qızına qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Əsgərova (İbrahimova) Vüsalə Əlihəsən qızına qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclası 24 yanvar 2024-cü il tarixə, saat 11:40-a təyin edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı ərizə ilə müraciət edərək, mübahisə məhkəmədən kənar qaydada həll edildiyi üçün iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Siyəzən rayon icra və probasiya şöbəsinin nümayəndəsi X2 ərizəyə münasibətdə iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə qərardad çıxarılmasına etiraz etmədi. Cavabdeh Vüsalə Əsgərovaya (İbrahimovaya) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. İddiaçı cavabdeh Əsgərova (İbrahimova) Vüsalə Əlihəsən qızına qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-65/2024
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-65/2024
24.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver