Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-67/2023 23.01.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "məhkəmənin müəyyən etdiyi alimentin və aliment borcunun ödənilməsindən azad edilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "məhkəmənin müəyyən etdiyi alimentin və aliment borcunun ödənilməsindən azad edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli, 2(059)-305/2019 saylı icra vərəqəsinə əsasən 30 oktyabr 2007-ci il tarixdə doğulmuş X1 və 11 sentyabr 2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan cavabdehin xeyrinə hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində olmaqla, cəmi 200 manat məbləğində tutulan alimenti, eləcə də, cavabdehə olan 3000 manat aliment borcunu ödəməkdən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Siyəzən Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli icra vərəqəsinə əsasən ondan 19 iyun 2019-cu il tarixdən başlayaraq, 30 oktyabr 2007-ci il təvəllüdlü Nərminin və 11 sentyabr 2010-cu il təvəllüdlü Zümrüdün yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehin xeyrinə hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə cavabdehin xeyrinə alimentin məbləğini müəyyən edərkən o, əvvəlcə "xxxx" ASC-də, daha sonra “BƏRƏKƏT-97“ Firmasında işləməklə, aylıq əmək haqqı formasında gəlirə malik olsa da, sonradan xəstəliyi şiddətləndiyinə görə xəstəxanalara düşmüş, bu səbəbdən də işləyə bilməmiş, habelə hər iki müəssisə onu işdən azad etmişdir. Belə ki, o, 1994-cü ildən X3 Mərkəzi PHŞ-in Poliklinika şöbəsində ruhi-əsəb xəstəsi kimi dispanser qeydiyyatındadır. Qeyd etdiyi kimi ilk illər xəstəliyinə üstün gəlib işləyə və aliment ödəyə bilsə də, sonralar müalicə və müayinəyə maddi imkanı olmadığından xəstəliyi şiddətlənmiş və o, praktiki iş qabiliyyətini itirmiş, bununla da, aliment ödəyə bilmədiyinə görə 3000 manat aliment borcu yaranmışdır. Beləliklə hazırda çox ağır psixoloji durumda olmaqla, onda güclü davranış pozğunluğu inkişaf etməkdədir. Bu səbəbdən də o, özünü idarə edə bilmir. Bundan əlavə, Məşğulluq mərkəzində işaxtaran kimi qeydiyyatda olmasına baxmayaraq, onu işə götürən yoxdur, buna görə də aylıq gəlirə malik deyildir. Bütün bunların əksinə, cavabdeh “Siyəzən Broyler“ ASC-də işləməklə, ayda 600 manat məbləğində əmək haqqı alır və “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında“ Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə əmək qabiliyyətli əhali üçün 220 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edildiyi nəzərə alınsa, hazırda cavabdehin aylıq əmək haqqı məbləği uşaqların və özünün dolanışığını təmin edir. Başqa sözlə, hazırda cavabdehin aylıq əmək haqqı məbləği uşaqlarla birlikdə onların aylıq cəmlənmiş yaşayış minimum hədlərini təmin edir. Lakin, o, bu gün “Psixopatiya, davranışın pozğunluğu” diaqnozlu xəstəliyi səbəbindən heç bir faydalı əməklə məşğul ola bilmir və bununla da, məhkəmənin müəyyən etdiyi məbləğdə aliment öhdəliyini qərəzsiz yerinə yetirə, habelə müalicə və müayinə oluna bilmir. Beləliklə, o, həm uşaqların, həm də özünün maddi təminatını qarşılamaq iqtidarında olmadığına görə hazırkı iddia predmetini təşkil edən “məhkəmənin müəyyən etdiyi alimentin və yığılıb qalan aliment borcunu ödəməkdən azad olunması” tələbinin faktiki əsasları yaranmışdır. Ona görə də hazırda onun xəstəlik səbəbindən ödənilməmiş qalan aliment borcu 3000 manat təşkil edir. Azərbaycan Respublikasının Ailə qanunvericiliyinə görə məhkəmə tərəfindən aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun üzrlü səbəblərə, məsələn xəstəliyə görə əmələ gəldiyi və bu borcu qəsdən deyil, maddi imkansızlığı ucbatından ödəyə bilmədiyi müəyyən olunarsa, şəxs həmin borcları ödəməkdən azad edilə bilər. Qanuna görə uşaqları saxlamaq hər iki valideynin borcudur və valideynlərdən birinin üzərinə qoyulan aliment öhdəliyi onun üçün ağır maddi məhrumiyyətlər yaratmamalıdır, Uşaqların mənafeyi ilə aliment tutulan valideynin maddi imkanları və mənafeyi arasında ədalət tarazlığına riayət olunmalıdır. Beləliklə qeyd edilənlərlə müəyyən olunur ki, yığılıb qalan 3000 manat aliment borcu onun xəstəliyi və əməyə qadir olmaması səbəbindən işləyə bilməməsinə görə yaranmışdır. Bu halda məhkəmə onu yığılıb qalan aliment borcunun ödənilməsindən, eləcə də alimentin ödənilməsindən azad edə bilər. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, o, əvvəllər "xxxx" ASC-də quş tutma sexində fəhlə işləməklə, aylıq 350-450 manat əmək haqqı alsa da, ümumi xəstəlikləri, o cümlədən əsəb, stress, gərginliklə əlaqədar öz ərizəsi əsasında oradan işdən çıxmış, bundan sonra "xxxx" firmasında təxminən 1 ilə yaxın anbardar işləmiş, habelə aylıq təxminən 180-200 manat gəlir əldə etmişdir. Bundan başqa, xəstəliyi ilə əlaqədar "xxxx" firmasında işləyə bilmədiyindən firmanın rəhbərliyi onu özləri işdən çıxartmışlar. Eyni zamanda, adında hər hansı bir daşınar və ya daşınmaz əmlak mövcud olmasa da, anası, qardaşı, bacısı və sonuncunun uşaqları ilə birlikdə atasından miras qalmış, o cümlədən hazırda kimin mülkiyyətində olduğunu dəqiq bilmədiyi Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 29 saylı evin 79-cu mənzilində yaşayır. Digər tərəfdən əvvəllər işləməsinə baxmayaraq, əlilliyi olan şəxs olmasa da, əsəblərinə görə hazırda işləyə bilmədiyindən əlil olan qardaşı maddi cəhətdən ona köməklik göstərir. Odur ki, göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, İddiaçı alimenti ödəməsini tələb edir. Belə ki, iddiaçı sonuncu dəfə 2021-ci ilin dekabr ayında hər dəfə 100 manat olmaqla, ödənişlər etmiş, lakin bu ödənişləri 2022-ci ilin yanvar ayından dayandırmışdır. Buna görə də, iddiaçının ona hazırda təxminən 3600 manata qədər aliment borcu vardır. Halbuki, İddiaçı onlarla birlikdə yaşadığı müddətin üç ayı ərzində "xxxx" ASC-də işləməklə, quşların kəsim sayına görə müvafiq olaraq təxminən 500, 400 və 600 manat məbləğində əmək haqqı almışdır. Bundan əlavə, birgə yaşadıqları dövrdə iddiaçı övladlarının maddi ehtiyaclarını qismən ödəsə də, qazancının qalan hissəsini yeyib-içməyə sərf etmiş, habelə işlədiyi yerdən asılı olmayaraq, hər dəfə sərxoş olduğu üçün işdən çıxarılmışdır. Eyni zamanda, iddiaçı istəsə işləyə bilər, lakin, sonuncunun bu addımı alimenti ödəməkdən yayınmaq niyyətindən irəli gəlir. Sadəcə olaraq, İddiaçı alimenti ödəməsin deyə, işləməkdən imtina edir. Bundan başqa, o, "xxxx" ASC-də quş tutma sexində işləməsinə baxmayaraq, iddia ərizəsində göstərildiyi kimi deyil, quşların kəsimindən asılı olaraq hər ay təxminən 350-400 manat əmək haqqı alır. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 19 iyul 2019-cu il tarixli, 2(059)-305/2019 saylı qətnaməsinin əsasında verilmiş icra vərəqəsinin surətindən görünür ki, 30 oktyabr 2007-ci il təvəllüdlü X1 və 11 sentyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 19 iyun 2019-cu il tarixdən başlayaraq, İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. İşdə olan Siyəzən rayon icra və probasiya şöbəsinin 26 fevral 2021-ci il tarixli, 30Ə/106894/2019-64-3 saylı məktubunun surətindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli, 2(059)-305/2019 saylı icra sənədinə əsasən 550 manat məbləğində aliment borcu olan borclu İddiaçı işlədiyi "xxxx" ASC-dən, borclunun borcu ödənilənə qədər hər ay onun əmək haqqının 70 faiz miqdarının, borc tutulub qurtardıqdan sonra isə hər ay əmək haqqından 200 manat miqdarında aliment pulunun tutularaq, tələbkar Cavabdeh bank hesabına köçürülməsinin təmin olunması xahiş edilmişdir. İşdə olan Siyəzən rayon icra və probasiya şöbəsinin 19 aprel 2022-ci il tarixli, 894/22 saylı məktubunun surətindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli, 2(059)-305/2019 saylı icra sənədinə əsasən 1500 manat məbləğində aliment borcu olan borclu İddiaçı işlədiyi "xxxx" Firmasından, borclunun borcu ödənilənə qədər hər ay onun əmək haqqının 70 faiz miqdarının, borc tutulub qurtardıqdan sonra isə hər ay əmək haqqından 200 manat miqdarında aliment pulunun tutularaq, tələbkar Cavabdeh bank hesabına köçürülməsinin təmin olunması xahiş edilmişdir. İşdə olan Siyəzən rayon icra və probasiya şöbəsinin 07 sentyabr 2022-ci il tarixli, 1752/22-64 saylı məktubundan görünür ki, borclu İddiaçı Siyəzən Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli, 2(059)-305/2019 saylı icra sənədi üzrə tələbkar Cavabdeh olan aliment borcu 2500 manat təşkil edir. Eyni zamanda, bu məktubla İddiaçı səhhətindəki problemlə əlaqədar icra sənədi üzrə yaranmış aliment borcunun silinməsi məqsədilə məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin 12 sentyabr 2022-ci il tarixli, ********** nömrəli məşğulluq haqqında arayışının surətindən görünür ki, İddiaçı 25 iyun 2021-ci il tarixdən 31 dekabr 2022-ci il tarixə kimi 10 saylı Ərazi Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyata alınmışdır. İşdə olan “X3 Mərkəzi” X6 14 noyabr 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı psixopatiya, davranış pozğunluğu diaqnozu ilə “X3 Mərkəzi” X6 Poliklinika şöbəsində ruhiəsəb xəstəsi kimi dispanser qeydiyyatındadır. İşdə olan mötəbər maliyyə sənədlərindən görünür ki, İddiaçı aliment və aliment üzrə borcları ödəməkdən azad etməyə dair mediasiya xidmətinin göstərilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəməklə, yanaşı dövlət rüsumuna görə 50 manat vəsait də sərf etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin faktiki nikah münasibətlərindən 30 oktyabr 2007-ci il tarixdə Nərmin, 11 sentyabr 2010-cu il tarixdə isə Zümrüd adlı iki qız övladları doğulmuş, həmçinin iddiaçı uşaqlarının saxlanması üçün cavabdehə maddi yardım göstərmədiyindən Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 19 iyul 2019-cu il tarixli qətnaməsi ilə onların yetkinlik yaşına çatana qədər saxlanılması üçün 19 iyun 2019-cu il tarixdən başlayaraq, İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmçinin, iddiaçı iddia tələbini “Psixopatiya, davranışın pozğunluğu” diaqnozlu xəstəliyi səbəbindən heç bir faydalı əməklə məşğul ola bilməməsi, bununla da, məhkəmənin müəyyən etdiyi məbləğdə aliment öhdəliyini qərəzsiz yerinə yetirə, habelə müalicə və müayinə oluna bilməməsi, eləcə də Məşğulluq mərkəzində işaxtaran kimi qeydiyyatda olmasına baxmayaraq, işə götürülmədiyindən aylıq gəlirə malik olmaması ilə əsaslandırsa da, iddiaçı səhhətindəki problemin həqiqətən də onun işləməsinə maneə olması ilə bağlı məhkəməyə əsaslı sübutlar təqdim edilməmiş, məhkəmə iclası zamanı iddiaçının söylədikləri kifayət qədər əsaslandırılmamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının səhhətinə görə işləyə bilməməsi səbəbindən maddi vəziyyətinin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəməyə imkan verməməsi hallarını təsdiq edəcək dəlillər də təqdim edilməmişdir. Bundan əlavə, iddiaçının heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşaqları saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir, eyni zamanda iddia tələbində göstərilən hallar onun haqlı olmasına dəlalət etmir. Çünki, iddiaçının maddi durumu ilə bağlı qeyd etdiyi hallar kifayət qədər əsaslandırılmamış, habelə sonuncunun xəstəliyi ilə əlaqədar əmək qabiliyyətinə malik olmaması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci və 8.3-cü bəndlərinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır. Göründüyü kimi məhkəmə araşdırması zamanı iddiaçının maddi vəziyyətinin alimenti ödəməyə imkan verməməsi hallarını təsdiq edəcək dəlillər təqdim edilməmişdir. Hətta, məhkəmə sözügedən qətnaməni qəbul edərkən Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumunun 160 manat müəyyən edilməsinə baxmayaraq, İddiaçı aylıq stabil olmayan qazancını, həmçinin Cavabdeh özünün də "xxxx" ASC-də quş kəsimi sexində fəhlə işləyərək, aylıq 300 manat əmək haqqı almasını nəzərə alıb, sosial ədalət nöqteyi-nəzərdən valideynlər arasında qarşılıqlı balans, kompromislik, habelə tərəflərin hüquq və maraqlarının uzlaşdırılması prinsiplərinin tətbiq edilməsi ilə ağlabatan məbləğin müəyyən edilməsini məqsədəmüvafiq hesab etmiş, bu zaman uşaqların yetkinlik yaşına çatanadək saxlanmasının nəinki atanın, həmçinin ananın da üzərinə düşdüyünü və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasının məhz onların valideynlərinin borcu olduğunu, habelə, bu halın uşaqların maddi və mənəvi cəhətdən təminatının həm atanın, həm də ananın eyni qaydada təmin etməli olduğunu, lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürüldüyünü xüsusilə vurğulamışdır. Həmçinin, qeyd olunur ki, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi qəbul edilərkən qanunvericilikdə 2019-cu il üçün bir uşağa münasibətdə yaşayış minimumunun 160 manat nəzərdə tutulmasını və uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını, habelə bütün əhəmiyyətli halları diqqətə aldıqdan sonra (tərəflərin, eləcə də uşaqların mənafeyi baxımından) qüvvədə olan qətnaməyə əsasən bir uşaq üçün yaşayış minimumundan aşağı həddə 100 manat alimentin müəyyən edilməsini nəzərə alsaq, mövcud reallıqda iddiaçının bu məbləğin ödənilməsindən də azad edilməsi uşaqların maraq və mənafeyi baxımından məqsədəmüvafiq deyildir. Çünki, uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün əvvəlki təminatının səviyyəsi, habelə uşaqların maraqları nəzərə alınmalıdır. Eyni zamanda, məhkəmə iddiaçının qətnamə əsasında müəyyən edilmiş alimentin və onun icrası ilə əlaqədar yaranmış aliment borcunun ödənilməsindən azad edilməsi istəyini, bir valideyn, bir ata kimi sonuncunun qanunvericiliyin onun üzərinə uşaqlarına münasibətdə qoyduğu öhdəliyi (vəzifəni) icra etməkdən yayınmaq niyyəti kimi qiymətləndirmişdir. Belə ki, iddiaçı tələbini 1994-cü ildən X3 Mərkəzi PHŞ-in Poliklinika şöbəsində ruhiəsəb xəstəsi kimi dispanser qeydiyyatında olmaqla, işlədiyi müəssisələrdən məhz bu xəstəliyə görə işdən çıxmağa məcbur qalması ilə əsaslandırsa da, onun əvvəllər işlədiyi "xxxx" ASC-dən və "xxxx" firmasından səhhətindəki problemlə əlaqədar məcbur edilərək, zorla işdən çıxarılması halı məhkəmə iclasında müəyyən edilməmiş, hər iki halda, iddiaçının öz iradəsini sərbəst surətdə ifadə edib, ərizəsi əsasında işdən çıxdığı təsbit edilmişdir. Digər tərəfdən iddiaçının xəstəliyinin onun işləməsinə hər hansı bir formada maneə olmasına dair qeyd-şərt də, məhkəmə iclasında aşkar edilməmiş, əksinə sonuncunun öz fikirlərini emosional narahatlıq keçirmədən, səbirlə və anlaşılır şəkildə ifadə etməsi müşahidə edilmişdir. Bundan əlavə, iddiaçının uzun illər bu xəstəliklə yaşaması onun çalışmasına bu və ya digər formada maneə olmamış, hətta əvvəlki məhkəmə iclasında iddiaçı səhhətindəki narahatçılıq barədə hər hansı bir fikir bildirməmiş, eyni zamanda Siyəzən rayon icra və probasiya şöbəsinin aliment borcunun və alimentin ödənilməsi ilə əlaqədar "xxxx" Firmasına göndərdiyi məktubla iddiaçının 19 aprel 2022-ci il tarixdə həmin müəssisədə işləməsi aydın olmuşdur. Bundan başqa, iddiaçının son dövrlərə, yəni 31 dekabr 2022-ci il tarixə kimi işaxtaran statusuna malik olması da, onun səhhəti ilə əlaqədar işləyə bilməməsi barədə istinad etdiyi halı təkzib etməyə kifayətdir. Qeyd olunan hallar isə iddiaçının səhhətinə görə işləyə bilməməsi, bununla da qazanca malik olmaması ilə bağlı gətirdiyi dəlillərin sonuncunun mülahizələrindən ibarət olduğunu deməyə əsas verir. Bu mənada məhkəmə qeyd edir ki, ailə qanunvericiliyinin qətnamənin mətnində sadalanan normaları baxımından bu cür mübahisələr hər bir halda ilk növbədə uşaqların hüquq və mənafelərinə uyğun həll edilməli, yetkinlik yaşına çatmayan uşaqlar valideynlər arasında yaranmış mübahisə və ədavətin qurbanına çevrilməməlidir. Beləliklə, övladlarının saxlanılmasına kömək etmək İddiaçı üzərinə qanunvericiliklə vəzifə kimi qoyulmuş və uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə İİ bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən “Uşaq hüquqları” haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında 09 dekabr 2022-ci il tarixli Qanuna əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2023-cü il üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bundan başqa, Siyəzən Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli, 2(059)- 305/2019 saylı qətnaməsindən şikayət verilməsi üçün qanunvericiliklə nəzərdə tutulan müddət kifayət qədər olsa da, İddiaçı bu hüququndan istifadə etməmiş, mövcud olan vəziyyətlə razılaşmışdır. Bununla da, qeyd olunur ki, Siyəzən Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli qətnaməsi isə hazırda qüvvədədir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "məhkəmənin müəyyən etdiyi alimentin və aliment borcunun ödənilməsindən azad edilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən mediasiya xidmətinin göstərilməsi və iddia tələbinə məhkəmədə baxılması üçün ayrı-ayrılıqda ödənilmiş 50 manat, cəmi 100 (bir yüz) manat məhkəmə xərci İddiaçı özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı "məhkəmənin müəyyən etdiyi alimentin və aliment borcunun ödənilməsindən azad edilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Mediasiya xidmətinin göstərilməsi və iddia tələbinə məhkəmədə baxılması üçün ayrıayrılıqda ödənilmiş 50 manat, cəmi 100 (bir yüz) manat məhkəmə xərci İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-67/2023
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-67/2023
23.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver