Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-10011/2021 13.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Hüseynov Elmir Xoşbəxt oğlu, Kreditor MMC-nin Borclu qanunu nümayəndəsi Qanuni nümayəndə qarşı borcun tutulması tələbi barədə məhkəmə əmrinin verilməsi haqqında ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyən etdi: Kreditor MMC Borclu valideyni (qanuni nümayəndəsi) Qanuni nümayəndə Kreditor MMC-nin xeyrinə ümumilikdə 3000 (üç min) manat, o cümlədən 2500 (iki min beş yüz) manat əsas borcun, 450 (dörd yüz əlli) manat dəbbə pulunun və 50 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir. Həmin Məcəllənin 279.2.3-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa, imtina üçün əsasdır. Belə ki, iş materiallarından göründüyü kimi kreditorun öz ərizəsində əsaslandırdığı hallar barədə mübahisə vardır. Məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası MPM-nin 279.2.3-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə olduğuna görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.2.3, 279.3, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Kreditor MMC-nin Borclu qanunu nümayəndəsi Qanuni nümayəndə qarşı borcun tutulması tələbi barədə məhkəmə əmrinin verilməsi haqqında ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-10011/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-10011/2021
13.12.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver