Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1114/2023 14.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əmlaklarının mənzildən çıxarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus cehiz əmlaklarının (divan - 1 ədəd, kreslo - 2 ədəd, qabaq stolu - 1 ədəd, stul - 4 ədəd, televizor - 1 ədəd, 4 qapılı şkaf - 1 ədəd, döşək - 4 ədəd, yorğan - 4 ədəd, yastıq - 6 ədəd, tək nəfərlik çarpayı - 2 ədəd, mətbəx stolu - 1 ədəd, kilim xalça - 2 ədəd, xalça - 1 ədəd, soyuducu - 1 ədəd, ətçəkən - 1 ədəd, çaydan - 1 ədəd, tozsoran - 1 ədəd, elektrikli çörək sobası - 1 ədəd) ünvan 1 ünvanında yerləşən 14 saylı mənzildən çıxarılması, eləcə də 50 manat mediasiya xərci və 50 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 14 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun keçmiş gəlinidir. Cavabdeh onun oğlu Şaiq Fərəməzov ilə xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Bir müddət mehriban yaşasalar da sonradan münasibətləri pozulmuş, ailə faktiki olaraq dağılmışdır. Uzun müddət ayrı yaşadıqdan sonra Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah rəsmi qaydada pozulmuşdur. Cavabdeh boşanma ilə bağlı iddia qaldırmazdan əvvəl mənzili tərk etmiş, lakin cehiz əmlaklarını çıxarmamışdır. Aralarındakı nikah pozulduqdan sonra dəfələrlə cehizini çıxarmasını tələb etsə də heç bir nəticəsi olmamışdır. Hazırda mülkiyyətində olan ünvanda cavabdehə məxsus cehiz əmlakları vardır. Artıq oğlu ilə cavabdeh arasında faktiki olaraq ər-arvad münasibəti mövcud deyildir, ailə faktiki olaraq dağılmışdır. Cavabdehə müraciət edərək cehiz əmlaklarının mənzildən çıxarılmasını xahiş etsə də, cavabdeh xahişə məhəl qoymamışdır. Ona görə də məcbur olub hazırkı iddia ilə məhkəməyə müraciət edir. Hesab edir ki, artıq heç bir ailə bağlılığı qalmayan cavabdehə məxsus cehiz əşyalarının onun evində qalması mülkiyyət hüququnu pozur. İddiaçı və nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdilər və onun təmin olunmasını xahiş etdilər. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı və nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3928/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, X4 ilə Cavabdeh arasında Sumqayıt şəhər nikah evində xx.xx.2004-cü il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər anası Cavabdeh yanında qalmaları və xx.xx.2022-ci il tarixdən etibarən uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat miqdarında alimentin X1 tutularaq Cavabdeh verilməsi qət edilmişdir. - İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı mediasiyaya dair 50 manat xərci ödəmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 12 saylı evin 14 saylı mənzilinin (Yeni qaydalarla: AZ5008, Sumqayıt şəhəri, Çerkassi küçəsi, 195, M2, m2) mülkiyyətçisi İddiaçıdur və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 12 saylı evin 14 saylı mənzili xx.xx.2022-ci il tarixdən İddiaçı məxsusdur. Cavabdeh iddiaçının keçmiş gəlinidir. İddiaçının övladı Şaiq Fərəməzov ilə cavabdeh arasında olan nikah xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Cavabdehə məxsus müəyyən cehiz əmlakı iddiaçıya məxsus mənzildədir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Bu Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının mübahisəli mənzil üzərindəki hüquqları mülkiyyət hüquqlarının müdafiəsi kontekstindən qorunmalıdır. Belə ki, həmin əşyaların iddiaçıya məxsus evdə yerləşməsi, onun əmlakından sərbəst istifadəsini məhdudlaşdırmaqla, sahibliyini və sərəncam verməsini əngəlləyir, mülkiyyət hüququnu pozur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının ona məxsus evdən cavabdehin əşyalarının çıxarılmasına dair iddiası əsaslıdır. Məhkəmə iddianın məhkəmə xərcləri ilə bağlı hissəsinə münasibətdə hesab edir ki, cavabdehdən iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu və 25 manat mediasiya xərci iddiaçının xeyrinə tutulmalıdır. Odur ki, iddia bu hissədə qismən təmin edilməlidir. Beləliklə, məhkəmə, hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehə məxsus olan cehiz əmlakları (divan - 1 ədəd, kreslo - 2 ədəd, qabaq stolu - 1 ədəd, stul - 4 ədəd, televizor - 1 ədəd, 4 qapılı şkaf - 1 ədəd, döşək - 4 ədəd, yorğan - 4 ədəd, yastıq - 6 ədəd, tək nəfərlik çarpayı - 2 ədəd, mətbəx stolu - 1 ədəd, kilim xalça - 2 ədəd, xalça - 1 ədəd, soyuducu - 1 ədəd, ətçəkən - 1 ədəd, çaydan - 1 ədəd, tozsoran - 1 ədəd, elektrikli çörək sobası - 1 ədəd) iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 12 saylı evin 14 saylı mənzilindən (Yeni qaydalarla: AZ5008, Sumqayıt şəhəri, Çerkassi küçəsi, 195, M2, m2) çıxarılmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və AR MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh məxsus olan cehiz əmlakları (divan - 1 ədəd, kreslo - 2 ədəd, qabaq stolu - 1 ədəd, stul - 4 ədəd, televizor - 1 ədəd, 4 qapılı şkaf - 1 ədəd, döşək - 4 ədəd, yorğan - 4 ədəd, yastıq - 6 ədəd, tək nəfərlik çarpayı - 2 ədəd, mətbəx stolu - 1 ədəd, kilim xalça - 2 ədəd, xalça - 1 ədəd, soyuducu - 1 ədəd, ətçəkən - 1 ədəd, çaydan - 1 ədəd, tozsoran - 1 ədəd, elektrikli çörək sobası - 1 ədəd) Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 12 saylı evin 14 saylı mənzilindən (Yeni qaydalarla: AZ5008, Sumqayıt şəhəri, Çerkassi küçəsi, 195, M2, m2) çıxarılsın. Cavabdeh ödənilmiş 50 manat dövlət rüsumu və 25 manat mediasiya xərci İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-1114/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1114/2023
14.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver