Məhkəmə qərarları › İş №2(060)-1141/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1141/2023

06.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1141/2023 06.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tağızadə Gülnarə Fikrət qızının sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment tələbinə» dair iddia ərizəsinə açıq hazırlıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onların birgə nikahdan olan uşaqları 14 mart 2012-ci il təvəllüdlü qızı X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşağa hər ay 250 manat olmaqla 2 uşağa görə 500 manat sabit pul məbləğində alimentin və mediasiya xərcinin ondan onun nəfinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırlıq iclası baxılması üçün xx.xx.2023-cü il tarixə təyin olunmuş, işdə iştirak edən şəxslərə vaxtında məhkəmənin yeri və vaxtı barədə məlumat verilmişdir. Hazırda İddiaçı ərizə ilə müraciət edərək, işi baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə geri qaytarılır və iddia baxılmamış saxlanılır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişiklirlər edilərək, 5.1.2-ci bəndlərdə aşağıdakı redaksiyada verilimşdir: «Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPMnin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.» Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment tələbinə» dair ərizə baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar