Məhkəmə qərarları › İş №2(060)-121/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-121/2022

29.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-121/2022 29.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiasına dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan 02.10.2014-cü il təvəllüdlü X7 və 07.04.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 175 manat ümumilikdə 350 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir Cavabdeh nikahın pozulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə onun arasında bağlanmış 07.11.2013-cü il tarixli nikah qeydinin pozulmasına dair qətnamə qət edilməsini xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 07.11.2013-cü il tarixində rəsmi nikahla ailə həyatı qurmuşlar. Birgə nikahdan 02.10.2014-cü il təvəllüdlü X7 və 07.04.2018-ci il təvəllüdlü X6 adlı iki övladları var. Nikahlarının ilk vaxtlarında münasibətləri normal olmuşdur. Sonradan aralarında münasibət gərginləşmişdir. Cavabdeh hərbiçidir. Artıq uzun müddətdir ki, birlikdə yaşamırlar, bu vaxt ərzində cavabdeh uşaqları ilə maraqlanmamış və maddi yardım göstərməmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı ilə 07.11.2013-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan 02.10.2014-cü il təvəllüdlü X7 və 07.04.2018-ci il təvəllüdlü X6 adlı iki övladları var. Nikahlarının ilk vaxtlarında bir-birilərini başa düşərək birgə təsərrüfatı idarə etməklə normal yaşamışlar. Daha sonra tədricən aralarındakı münasibət pisləşmişdir. Artıq bir müddətdir ki, birlikdə yaşamırlar. Birlikdə yaşamaqları mümkün deyildir. Ailə formal xarakter daşıyır. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. İddaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil2 iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh arasında olan 07.11.2013-cü il tarixli nikahın pozulması, nikahdan olan 02.10.2014-cü il təvəllüdlü X7 və 07.04.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə aylıq 193 (yüz doxsan üç) manat, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini müdafiə etdi. İddia ərizəsində qeyd olunanları təsdiq etdi. Cavabdeh ilə aralarında olan nikahın pozulması, nikahdan olan yetkinlik yaşına çatmayan övladlarının saxlanması üçün Cavabdeh hər uşağa görə 193 manat olmaqla cəmi 386 manat alimentin tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil2 İddiaçı ilə Cavabdeh arasında olan 07.11.2013-cü il tarixli nikahın pozulması, nikahdan olan 02.10.2014-cü il təvəllüdlü X7 və 07.04.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə aylıq 193 (yüz doxsan üç) manat, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulmasına dair qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 qarşılıqlı iddia tələbini müdafiə etdi. Tərəflər arasında olan nikahın pozulmasına və nikahdan olan yetkinlik yaşına çatmayan uşaqların anaları ilə qalmaqlarına razı olduqlarını bildirdi. İddianın aliment tələbinə dair hissəsində cavabdehin gəliri nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin aylıq gəliri barədə arayış təqdim etdi. Cavabdehin gəliri nəzərə alınaraq alimentin qanuna uyğun olaraq aylıq gəlirinin 1/3 hissəsinin tutulmasını xahiş etdi. Əlavə olaraq cavabdehin aylıq əmək haqqı məbləğindən əlavə gəliri olmadığını bildirdi. Qətnamə qəbul edilərkən bütün bu halların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil2, cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 izahatını və iş materiallarını tədqiq edərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı iddia tələbi qismən, iddiaçı Cavabdeh İddiaçı qarşı iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, iş materiallarında olan: - Sumqayıt “Asan Xidmət” X5 tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 07.11.2013cü il tarixdə nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 997 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Əzimli soyadı verilmişdir. - doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin nikahından 02.10.2014-cü il təvəllüdlü X7 və 07.04.2018-ci il təvəllüdlü X6 adlı övladları vardır. - Sumqayıt şəhəri İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 07.02.2022-ci il tarixli 30 saylı rəyindən görünür ki, komissiya digər valideyni ilə ünsiyyətinə maneçilik yaradılmaması şərtilə, 02.10.2014-cü il təvəllüdlü X7 və 07.04.2018-ci il təvəllüdlü X2 anaları İddiaçı himayəsində saxlanılmasnı məqsədəuyğun hesab etmişdir. - Sumqayıt şəhəri İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 07.02.2022-ci il tarixli 30 saylı müayinə aktından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6416/2021 nömrəli, 22.10.2021-ci il tarixli qərardadının icrası ilə əlaqədar Cavabdeh mənzil-məişət və həyat şəraiti müayinə edilmişdir. Müəyyən olunmuşdur ki, Cavabdeh mülkiyyət hüququ atasına məxsus olan ünvan 1 ünvanında yaşayır. Evin ümumi sahəsi 75 m2 olmaqla, 3 otaqdan, mətbəxdən və sanitar qovşağından ibarətdir. Mənzil orta təmirlidir, kombi, məbel və digər zəruri əşyalarla təhciz dimişdir. Evin su, qaz, işıq və kanalizasiya sistemləri yaşayış normalarına uyğundur. Mənzildə S. Əzimli ilə birgə atası - X8 (1965) və anası X1 (1971) yaşayır. Mənzildə yaşayan şəxslər uşaqların onlarla yaşamasına etirazı olmadıqlarını, onları çox sevdiklərini bildirmişlər. Cavabdeh hazırda N saylı Hərbi hissə МАХЕ də çalışır. Cavabdeh atası hazırda işləmir. Cavabdeh anası X10 Xəstəxanasında tibb bacısı vəzifəsində çalışır. Cavabdeh və onun valideyinlərinin davranışı və mənəvi-əxlaqi keyfiyyətləri uşqaların onun himayəsinə verilməsinə zidd ola biləcək hal baş verməmişdir. Ailə səmimi, mehriban və qarşılıqlı hörmət şəraitində yaşayır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi 877 saylı Hərbi Hissə tərəfindən verilmiş 21.10.2021-ci il tarixli, 8622 saylı arayışdan görünür ki, hərbi qulluqçu Cavabdeh aylkıq pul təminatı bütün növ vergilər tutulduqdan sonra 539,49 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər 07.11.2013-cü ildə nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Nikahdan 02.10.2014-cü il təvəllüdlü X7 və 07.04.2018-ci il təvəllüdlü X6 adlı iki övladları vardır. Tərəflərin boşanma səbəbi xasiyyətlərinin uyğun gəlməməsidir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməli, iddiaçı və cavabdeh arasında 07.11.2013-cü il tarixdə bağlanmış, 997 nömrəsi ilə qeydə alınmış nikah hər iki tərəf razı olduğundan pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvadın arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə nikahdan olan 02.10.2014-cü il təvəllüdlü X7 və 07.04.2018-ci il təvəllüdlü X2 azyaşlı olmasını, Cavabdeh uşaqların anaları ilə qalması barədə razılığını və digər diqqətəlayiq olan digər halları nəzərə alıb nikahdan doğulmuş uşaqların ana qayğısına daha çox ehtiyacı olmasını, uşağın inkişaf və tərbiyəsi üçün şərait yaradılması məqsədi ilə hesab edir ki, 02.10.2014-cü il təvəllüdlü X7 və 07.04.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında qalmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iddianın aliment tələbi ilə bağlı olan hissəsini araşdıraraq, hesab edir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi və məbləği barədə razılıq olmadığı üçün alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin tələb edilən aliment məbləği minimal standartlara uyğun olmalıdır və ona görə bu hissədə də iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı iddia tələbi qismən, iddiaçı Cavabdeh İddiaçı qarşı iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında Sumqayıt “ASAN xidmət” X5ndə 07.11.2013-cü il tarixdə bağlanmış, 997 nömrəsi ilə qeydə alınmış nikah pozulmalı, 02.10.2014-ci il təvəllüdlü X7 və 07.04.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər anaları İddiaçı yanında qalmalı, 02.10.2014-ci il təvəllüdlü X7 və 07.04.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla 300 (üç yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, İddiaçı Cavabdeh qarşı iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı iddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı iddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Sumqayıt “ASAN xidmət” X5ndə 07.11.2013-cü il tarixdə bağlanmış, 997 nömrəsi ilə qeydə alınmış nikah pozulsun. 02.10.2014-ci il təvəllüdlü X7 və 07.04.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər anaları İddiaçı yanında qalsınlar. 02.10.2014-ci il təvəllüdlü X7 və 07.04.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaqa görə 150 manat olmaqla 300 (üç yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçı Cavabdeh qarşı iddia tələbi qalan hissədə rədd edilsin. Alimentin tutulmasının əvvəli 09 iyul 2021-ci il tarixdən hesablansın. Qətnamə aliment tələbinə dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar