Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1225/2023 01.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı "aliment tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı "aliment tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 17 aprel 2015-ci il tarixdə el adət-ənənəsi ilə ailə həyatı qurmuşdur. 18 noyabr 2015-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan 20 noyabr 2015-ci il təvəllüdlü X5 və 04 noyabr 2017-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Tərəflərin əvvəllər münasibətləri normal olsa da, sonralar bu münasibət kəskinləşmişdir. İddiaçı hazırda övladları ilə birlikdə müxtəlif ünvanlarda yaşayır, ailə münasibətlərini bərpa etməyə çalışır. Cavabdeh isə onlara nə maddi, nə də mənəvi dəstək olmur. Göstərilənlərə əsasən Cavabdeh 20 noyabr 2015-ci il təvəllüdlü X5 və 04 noyabr 2017-ci il təvəllüdlü X1 ötrü hər ay, hər uşaq üçün 220 manat, ümumilikdə 440 manat məbləğində alimentin tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, bildirmişdir ki, cavabdeh “Turan” restoranında işləyir, aylıq qazancı yay aylarında 600, qış aylarında isə 500 manat təşkil edir. Uşaqlarının azyaşlı olması, böyük qızının müalicəyə ehtiyacının olması, özünün heç bir yerdə işləməməsi, həmçinin hal-hazırda aldığı sosial yardımın müddətinin may ayında bitməsi hallarının nəzərə alınaraq cavabdehdən birgə nikahdan olan uşaqların saxlanması üçün onun xeyrinə 440 manat alimentin tutulmasını xahiş edir. Eyni zamanda qeyd etmişdir ki, cavabdehdən hər ay, hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat alimentin tutulmasına etiraz etmir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Belə ki, hər ay, hər uşağa görə 150 manat aliment ödəməyə etiraz etmir. İddiaçı uşaqlara baxa bilmədiyi təqdirdə, uşaqların öz yanında qalmasına etirazı yoxdur. Hal-hazırda məhkəməyə təqdim edilən arayışda qeyd olunan yerdə işləməklə, aylıq gəliri 173 manat təşkil edir.
5. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin izahatına uyğun məzmunlu izahat verərək iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Belə ki, iş materiallarında Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 18 noyabr 2015-ci il tarixdə verilmiş AZ-İİ № 072736 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X6 18 noyabr 2015-ci ildə nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 2514 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Şirinova soyadı verilmişdir.
8. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 22 fevral 2016-cı il tarixində verilmiş AZ-İİİ № 705076 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 20 noyabr 2015-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.
9. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 29 noyabr 2017-ci il tarixində verilmiş AZ-İV № 046577 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 04 noyabr 2017-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.
10. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/6-6587 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Şirinov Cavabdeh Könül Əkbər qızı tərəfindən təsvir edildiyi kimi ailə mübahisəsi üzrə xx.xx.2022-ci il tarixində 15:20-15:40 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir.
11. İş materiallarında olan “Turan” restoranı tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh həqiqətən xx.xx.2021-ci il tarixindən “Turan” restoranında yarımştat olaraq “texnik” peşəsində işləyir və aylıq əmək haqqı 173 manat təşkil edir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər 18 noyabr 2015-ci il tarixində rəsmi nikah bağlayaraq ailə qurmuşlar, birgə nikahdan iki övladları vardır. İddiaçı Cavabdeh birgə nikahdan olan uşaqların saxlanılması üçün aliment tələb edir. Cavabdeh iddia tələbini qismən qəbul edir.
b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
14. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
15. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
16. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında yetkinlik yaşına çatmayan uşaqlara alimentin ödənilməsi barədə saziş yoxdur, cavabdehin aylıq vəzifə maaşı 173 manat təşkil edir. İddiaçı uşaqların saxlanılması üçün aliment miqdarını hər ay, hər uşağa görə 200 manat olmaqla, 400 manat məbləğində təyin edilməsinə etiraz etmir.
17. Alimentin məbləği ilə bağlı olaraq ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
18. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”.
20. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.
21. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Bununla əlaqədar məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan X3 və X2 üçün tələb edilən alimentin miqdarı sabit pul məbləğində müəyyən edilməlidir.
22. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, iddiaçının və cavabdehin izahatlarını, eyni zamanda uşaqların mənafelərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 20 noyabr 2015-ci il təvəllüdlü X3 və 04 noyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi ədalətlidir.
23. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.
24. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
25. Məhkəmə həmçinin hesab edir ki, aliment tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan – 17 yanvar 2023-cü il tarixindən başlanılmalıdır.
26. Qeyd olunanlara əsasən məhkəmə tərəflərin ailə və maddi vəziyyətini, uşaqların üstün mənafelərini, uşaqların saxlanılmasının hər iki valideynin borcu olması ilə bağlı qanunvericiliyin tələblərini, uşaqların qanunla nəzərdə tutulmuş minimum maddi təminat almaq hüququnu olması kimi halları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 17 yanvar 2023-cü il tarixindən başlayaraq 20 noyabr 2015-ci il təvəllüdlü X3 və 04 noyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. 27.Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
28. Məhkəmə habelə hesab edir ki, alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməlidir.
29. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
30. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
31. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
32. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. (400 x 12 = 4800 manat. 3800 x 1% = 38 manat. 30+38= 68 manat)
33. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1000 manatdan çox olduğundan, cavabdehdən 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu tutulmaqla dövlət gəlirlərinə alınmalıdır.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 17 yanvar 2023-cü il tarixindən başlayaraq 20 noyabr 2015-ci il təvəllüdlü X3 və 04 noyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Ödənilməmiş dövlət rüsumu olaraq 68 (altmış səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva