Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1274/2023 18.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh Həbibova Mətanət Sabir qızının və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və Həbibova Mətanət Sabir qızına qarşı qonşu tərəfindən yaradılan qanunsuz təsirlərin qadağan edilməsi və kompensasiya tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 17 saylı evin 39 saylı mənzilinin mülkiyyətçisi olan Cavabdeh mənzilində mütəmadi təkrarlanan səs-küy nəticəsində qonşuluq münasibətlərinə zidd təsirlərin qadağan edilməsi və 2021-ci ilin dekabr ayından davam edən bu hərəkətlər nəticəsində ona vurulmuş mənəvi ziyana görə 7000 manat məbləğində kompensasiyanın, ödənilmiş dövlət rüsumu və məhkəmə xərclərinin cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2023-cü ildə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə dəqiqləşmə verərək, Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 17 saylı evin 39 saylı mənzilinin mülkiyyətçisi Həbibova Mətanət Sabir qızının mənzilində mütəmadi təkrarlanan səs-küy nəticəsində qonşuluq münasibətlərinə zidd təsirlərin ona qadağan edilməsi və 2021-ci ilin dekabr ayından davam edən bu hərəkətlər nəticəsində ona vurulmuş mənəvi ziyana görə Həbibova Mətanət Sabir qızından və mənzilin keçmiş mülkiyyətçisi olmuş Cavabdeh 7000 manat məbləğində kompensasiyanın, ödənilmiş dövlət rüsumu və məhkəmə xərclərinin cavabdehlərdən müştərək qaydada alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 17 saylı evin 39 saylı mənzilinin mülkiyyətçisidir. O, Sumqayıt şəhər X13 Xəstəxanasının terapiya şöbəsində 32 ildir ki, növbəlilik əsasında tibb bacısı vəzifəsində işləyir, evə işdən gələndən sonra mənzilində rahatlıq tapmaq, axşam saatlarında yatmaq və dincəlmək istəyir. Lakin qonşuluqda-yaşadığı mənzilin altında, 2-ci mərtəbədə yaşayan mənzil sahibi Cavabdeh həmin mənzildə yaşamasa da özünün Rusiya Federasiyası vətəndaşı olan qohumlarını - Həbibova Mətanət Sabir qızını və X1 və artıq 1 ildən çoxdur ki, bu şəxslər qeyd edilən mənzildə yaşayırlar. M.Həbibov ruhi xəstədir, hər axşam o yatmaq istədikdə həmin mənzildə olan hay-küy, qorxunc qışqırtı və bağırtı səsləri üzündən səhərə kimi yuxusuz qalır, yata bilmir, bu da onun iş əhvalına və səhhətinə ağır təsir edir. O, göz təzyiqi xəstəliyindən əziyyət çəkir və yuxusuz qaldığı halda bu xəstəlik daha inkişaf edir, bir sözlə o, mülkiyyətində olan mənzildə bu səbəbdən rahatlıq tapa bilmir. O, bir neçə dəfə cavabdehin öz mülkiyyətində olan bu mənzilə köçürtdüyü qadınla bu barədə danışmış və ondan qonşuluq münasibətlərinə hörmət etmələrini və xəstə olan oğluna nəzarət etməsini, onun dərman preparatı ilə sakitləşdirilməsini xahiş etmiş, lakin sonuncu buna məhəl qoymamışdır. Bundan sonra o, bu barədə bir sıra ali dövlət qurumlarına, Sumqayıt şəhər İcra Hakimiyyətinə, Polis İdarəsinə dəfələrlə şikayət ərizələri ilə müraciət etmiş, lakin yenə də cavabdehin barəsində hər hansı bir tədbir görülməmişdir və bu vəziyyət bu gün də davam edir, ona yalnız izah etmişlər ki, bu məsələ ilə bağlı məhkəməyə müraciət edə bilər. İddiaçı xx.xx.2023-cü ildə məhkəməyə verdiyi ərizədə göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə məhkəmə prosesində Cavabdeh nümayəndəsi məhkəməyə çıxarış təqdim edərək bildirmişdir ki, artıq iddia tələbində qeyd edilən halların baş verdiyi mənzilin mülkiyyətçisi 2023-cü ilin yanvar ayından Həbibova Mətanət Sabir qızının adına keçirilmişdir və bu səbəbdən də iddia tələbinə M.Həbibova cavab verməlidir. Bununla bağlı bildirir ki, iddia ərizəsində göstərilən hadisələr cərəyan edən vaxt mənzilin mülkiyyətçisi Cavabdeh olmuşdur və hazırda mənzilin sahibi olan M.Həbibova da iddia tələbinə cavab verən şəxs kimi tanınmalıdır və bu hadisələrin baş verməsinə görə həm Cavabdeh və M.Həbibova cavabdehlik daşıyır. Cavabdeh Həbibova Mətanət Sabir qızı məhkəməyə iddia tələbinə etiraz edilməsi barədə yazılı ərizə təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddianı qəbul etmir. Belə ki, övladı - xx.xx.1991-ci il təvəllüdlü X5 anadangəlmə İ qrup əlildir. O, ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasında yaşamış, bu illər ərzində mülkiyyətində olan mənzilə arada gəlmişdir. 2021-ci ilin dekabr ayından övladı ilə birlikdə həmin mənzilə köçüb yaşayır. Bu müddət ərzində onun digər qonşularla heç bir mübahisəsi olmamışdır. İddiaçının iddia tələbi tamamilə qanunsuzdur. Belə ki, onun övladının heç bir kəsə ziyanı yoxdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. O, eyni zamanda qeyd etdi ki, yaşadığı mənzilin altında 2-ci mərtəbədə yaşayan mənzil sahibi Cavabdeh həmin mənzildə yaşamasa da Rusiya Federasiyası vətəndaşı olan qohumlarını həmin mənzilə köçürmüş və onlar 1 ildən artıq müddətdir ki, orada yaşayırlar. Mənzildə yaşayan Mirhəbib Həbibov ruhi xəstədir, hər axşam mənzildə hay-küy, qorxunc qışqırtı və bağırtı səsləri çıxarır. Orada yaşamaq dözülməzdir. Məhkəmə iclasında cavabdeh Həbibova Mətanət Sabir qızı etiraz ərizəsində göstərdiklərini müdafiə edərək, etiraz ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. O, eyni zamanda qeyd etdi ki, 2 il ərzində cəmi 3 dəfə belə narahatlıq yaşanmışdır və buna görə iddiaçıdan üzr istəmişdir. Belə ki, həmin vaxt oğlunun dişləri ağrayırdı. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. Həmin mənzildə yaşayan Mətanət onun mərhum yoldaşının bacısıdır. Onlar daha öncə Rusiya Federasiyasında yaşamışlar. Mətanətin yoldaşı rəhmətə getdikdən sonra onlar Azərbaycana gələrək həmin mənzildə yaşamağa başlamışlar. Həmin mənzil onlarındır. Sadəcə mənzil alınarkən onun mərhum yoldaşının adına rəsmiləşdirilmiş, daha sonra yoldaşı vəfat etdiyindən vərəsəlik qaydasında qızına keçmişdir. Qızı da öz növbəsində həmin mənzili əsl sahiblərinə bağışlamışdır. Məhkəmə, iddiaçının, cavabdeh Həbibova Mətanət Sabir qızının və Cavabdeh nümayəndəsi Nümayəndə izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin məktublarından görünür ki, bölməyə daxil olmuş İddiaçı ərizələrinə baxılmış, ərizədə göstərilən xüsusatlar mülki xarakter daşıdığından mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. - Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 15 saylı Mənzil-Kommunal Səhəsinin xx.xx.2022-ci il tarixli, 290 №-li arayışından görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 17 saylı evin 39 saylı mənzilinin ev sahibi Cavabdehdır. Mənzildə Həbibova Mətanət Sabir qızı və X6 qeydiyyatsız yaşayırlar. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12in 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 17 ünvanında yerləşən 39 saylı mənzil Sumqayıt şəhər ZDS tərəfindən verilmiş xx.xx.1988ci il tarixli, 1376 nömrəli order, Sumqayıt şəhər 15 saylı MİS tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 1530 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında X8 adına xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 4 saylı notariat kontorunun xüsusi notariusunun təsdiq etdiyi xx.xx.2014-cü il tarixli, 4Ə-1771 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən daşınmaz əmlak X4 adına qeydiyyata alınaraq xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 2V-511 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında sözügedən mənzil Cavabdeh adına qeydiyyata alınmış və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. -Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında qəyyumluq və himayəçilik komissiyasının İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, ünvan 2 ünvanında yaşayan qonşusu – xx.xx.1991ci il təvəllüdlü X2 Federasiyası, Moskva şəhəri, Mərkəzi Çertanov rayon Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli sərəncamına əsasən anası xx.xx.1960-cı il təvəllüdlü Qəribova Mətanət Sabir qızının qəyyumluğuna verilmişdir. - Rusiya Federasiyasının Səhiyyə və Sosial İnkişaf Nazirliyi Federal dövlət müəssisəsi “Moskva şəhəri üzrə Tibbi-Sosial Ekspertizasının Baş Bürosu” 92 nömrəli filialının MSE ******* №-li arayışından görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X5 birinci qrup əlildir. Əlilliyin səbəbi uşaqlıqdan əlillik (USİ nəticəsində əlillik) qeyd olunmuşdur. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” “Sumqayıt Tibbi Mərkəzi” X12 X13 Stansiyasının xx.xx.2023-cü il tarixli, 835 №-li arayışından görünür ki, ünvan 2 ünvanında yaşayan 1991-ci il təvəllüdlü X5 adına çağırışlar daxil olmuşdur. Xəstəyə tibbi yardım göstərilmişdir. - Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 15 saylı Mənzil-Kommunal Səhəsinin Həbibova Mətanət Sabir qızı barəsində verdiyi xx.xx.2023cü il tarixli xasiyyətnamədən görünür ki, Həbibova Mətanət Sabir qızı ünvan 2 ünvanında yaşayır. Həbibova Mətanət Sabir qızından 15 saylı Mənzil-Kommunal Səhəsinə qonşusu Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 17, mənzil 41-də yaşayan İddiaçı başqa heç kim və heç bir qonşu tərəfindən şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının mənzilindən bir mərtəbə aşağıda cavabdeh Həbibova Mətanət Sabir qızı İ qrup əlil olan övladı X5 ilə birlikdə yaşayır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qərarda eyni zamanda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri - əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı cavabdeh Həbibova Mətanət Sabir qızının mənzilində mütəmadi təkrarlanan səs-küy nəticəsində qonşuluq münasibətlərinə zidd təsirlərin yarandığını sübuta yetirə bilmədiyindən, habelə bu hal işin faktiki halları və sübutlarla təsdiqlənmədiyindən iddia əsassızdır. Məhkəmə verilmiş tələb daxilində işə baxaraq, məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş faktiki hallarına qiymət verərək bu nəticəyə gəlir ki, iddia Cavabdeh münasibətdə iddiaya cavab verməli olmayan şəxsə qarşı verilmişdir. Odur ki, Cavabdeh iddiaçı qarşısında hazırki tələb üzrə öhdəlik daşımadığından iddia ona münasibətdə həm də buna görə əsassızdır. Həmçinin, məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumu və məhkəmə xərclərinin cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya qaytarılması hissəsi ilə bağlı hesab edir ki, qeyd edilən tələb qonşu tərəfindən yaradılan qanunsuz təsirlərin qadağan edilməsi və mənəvi zərərin ödənilməsinə dair əsas tələbdən törəmə tələb olduğundan və əsas tələb üzrə iddia tələbi təmin edilmədiyindən, bu hissədə də iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh və Həbibova Mətanət Sabir qızına qarşı qonşu tərəfindən yaradılan qanunsuz təsirlərin qadağan edilməsi və pul tələbinə dair iddiası təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh və Həbibova Mətanət Sabir qızına qarşı qonşu tərəfindən yaradılan qanunsuz təsirlərin qadağan edilməsi və kompensasiya tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-1274/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1274/2023
18.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver