Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1287/2021 31.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 iştirakı ilə İddiacı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun geriyə tələb edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 436,02 (dörd yüz otuz altı manat, sıfır iki qəpik) manat sığorta ödənişi məbləğinin, 1600,00 (bir min altı yüz) manat işlərin görülməsi xərcinin və 30,00 (otuz) manat dövlət rüsumunun, cəmi 2 066,02 (iki min altmış altı manat, sıfır iki qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx” ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “xxxx” ASC ilə X8 arasında 28.07.2017- ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Mercedes Benz C200” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 11.04.2018-ci il tarixdə “Mercedes Benz C200” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, S.Vurğun küçəsində yolnəqliyyat hadisəsi törətmiş və “Honda CR-V” markalı, ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün “xxxx” ASC 436,02 (dörd yüz otuz altı manat, 02 qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı DYPİ-nin “xxxx” ASC-yə təqdim etdiyi 14.04.2018-ci il tarixli, 046- 14775 saylı arayışa əsasən Cavabdeh yolnəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Hadisə ilə bağlı tərtib olunmuş İnzibati xəta haqqında Protokolda Cavabdeh hadisə vaxtı “Mercedes Benz C200” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobili nikah haqqında şəhadətnamə əsasında idarə etdiyi qeyd olunmuşdur. Cəmiyətə təqdim olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz C200” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3r. Cavabdeh isə “Mercedes Benz C200” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə verməmişdir. Odur ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt cavabdeh “Mercedes Benz C200” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnamə olmadan idarə etmişdir. Göstərilənləri nəzərə alaraq, 436,02 (dörd yüz otuz altı manat, sıfır iki qəpik) manat sığorta ödənişi məbləğinin, 1 600,00 (bir min altı yüz) manat işlərin görülməsi xərcinin və 30,00 (otuz) manat dövlət rüsumunun, cəmi 2 066,02 (iki min altmış altı manat, sıfır iki qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək gələcək iclaslarda işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan “İcbari Sığorta müqaviləsinə dair məlumat”ın surətindən müəyyən olunur ki, “Mercedes Benz C200” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil 28.07.2017-ci ildən 27.07.2018-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə PAA********** saylı sığorta şəhadətnaməsi ilə X6 adına “xxxx” ASC-də sığortalanmışdır. İş materiallarında olan 13.06.2019-cu il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, “xxxx” ASC tərəfindən “xxxx” ASC-yə 436 (dörd yüz otuz altı) manat 02 (iki) qəpik məbləğində sığorta ödənişi etmişdir. İş materiallarında olan, 12.06.2019-cu il tarixli 19-05439/06/AA-3827/19 saylı “sığorta akt”ından müəyyən edilir ki, 11 aprel 2018-ci il tarixində «Mercedes Benz C200» makralı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmış “Honda CR-V” markalı ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Maddi ziyanın ümumi məbləği 436 (dörd yüz otuz altı) manat 02 (iki) qəpikdir. İş materiallarında olan “xxxx” MMC-nin “Qüsur aktın”ın surətindən görünür ki, 11.04.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, “Honda CR-V” markalı ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün tədqiq edilən zədələnmiş avtomobilin dəyişilməli ehtiyyat hissələrinin və təmir-bərpa işlərinin adları aşağıdakı kimi olmuşdur: Ön bufer s.y+alt qara hissəsinin dəyişilməsi-24 manat, ön buferin aşağı hissəsi-229,35 manat, ön ablicovkanın s.y-8,16 manat, ön buferin rensi-96 manat, oblicovkanın təmiri-369,51 manat, yekun məbləğ 436,02 manat. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin TYP 086591 №li 11.04.2018-ci il tarixli inzibati xəta haqqında qərarın surətindən görünür ki, Cavabdeh 04.11.2018-ci il tarixdə saat 11:00-da idarə etdiyi “Mercedes Benz C200” markalı, **-DX-*** dövlət nömrə nişanlı avtomaşınla S.Vurğun küçəsində manevr edərkən “Honda CR-V” markalı, ** MJ *** dövlət nömrə nişanlı avtomaşına toqquşaraq sahibinə maddi ziyan vurmuşdur. İş materiallarında olan AD seriyalı 071420 №li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz C200” markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3r. İş materiallarında olan AZ-İ № 835863 saylı 19.03.2013-cü il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən müəyyən edilir ki, Cavabdeh ilə X5 arasında olan nikah Sumqayıt şəhər qeydiyyat şöbəsində 19 mart 2013-cü il tarixdə bağlanmış və 423 nömrə qeyd olunmaqla, sonuncuya “Məmmədova” soyadı verilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında yaranır; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.2-ci madəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Hazırda iddiaçı cavabdehin törətdiyi mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş ziyanın əvəzi kimi ödənilmiş 436,02 manat məbləğində sığorta ödənişinin əvəzinin ona ödənilməsini subroqasiya qaydasında cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmədə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəf cavabdehdən görülən işlərin xərci kimi 1600 manat məbləğində pul tələb etsə də, həmin xərcin yaranmasına səbəb olan hər hansı bir sənəd məhkəməyə təqdim etmədiyi üçün məhkəmə iddia tələbini həmin hissədə təmin etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mönasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş özrə ödənilmiş dövlət rösumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə Cavabdeh 436 (dörd yüz otuz altı) manat 02 (iki) qəpik sığorta ödənişi məbləğinin və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat, cəmi 466 (dörd yüz altmış altı) manat 02 (iki) qəpik məbləğində pulun alınıb “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Müki Məcəlləsinin 936, 1097, 1108-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 436 (dörd yüz otuz altı) manat 02 (iki) qəpik sığorta ödənişi məbləğinin və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat, cəmi 466 (dörd yüz altmış altı) manat 02 (iki) qəpik məbləğində pulun alınıb “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-1287/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1287/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver