Məhkəmə qərarları › İş №2(060)-13/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-13/2022

16.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-13/2022 16.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh qəyyumu Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçıya verilməsi, iddiaçının hamiləliyi ilə əlaqədar uşaq doğulana kimi ayda 100 manat maddi yardımın cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında dəqiqləşmə verərək, xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X6 adlı övladları vardır. Cavabdeh 1-ci qrup əlildir, pensiyası vardır, lakin pensiya kartı valideynlərində olduğundan cavabdeh ailəyə maddi yardım göstərə bilmir. Maddi cəhətdən uşağı saxlamaqda çətinlik çəkir. Hər iki uşaq onun himayəsindədir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin qəyyumu Qanuni nümayəndə Cavabdeh onun övladı olduğunu, cavabdehin İ qrup əlil olduğunu, cavabdehin cəmi 130 manat aliment ödəyə biləcəyini bildirdi və iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin qəyyumunun izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinin verdiyi nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 2406 nömrəsi ilə qeydiyyat aparılmışdır. - Elektron çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən İ qrup əlillik dərəcəsi təyin olunmuşdur. - Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X6 adlı övladları vardır. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-4010/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, xx.xx.1981-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmiş, həmin qətnamə ilə maraqlarına toxunan şəxs Cavabdeh və müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X5 və Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. -Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6129/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh ilə İddiaçı arasında olan Sumqayıt “ASAN Xidmət” X4 05 noyabr 2015-ci il tarixdə 2406 nömrə ilə qeydə alınmış nikahın pozulması barədə xx.xx.2021-ci il tarixli 75 saylı aktın ləğv edilməsi və nikahın pozulması haqqında AZ-İ № 373679 şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilmişdir. - Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının qəyyum təyin etmə barədə 234 saylı, 13 oktyabr 2020-ci il tarixli sərəncamından görünür ki, Qanuni nümayəndə övladı xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh qəyyumu təyin edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-948/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6129/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. - Nikahın pozulması haqqında AZ-İ 399605 №-li şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli nikah xx.xx.2021-ci ildə ləğv edilmiş və nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 75 nömrəsi ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin pensiya haqqında arayışlarından görünür ki, Cavabdeh əlilliyə görə 247.97 manat pensiya və 130 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Sumqayıt Regional Mədəniyyət İdarəsində ümumi təhsil məktəbində musiqi müəllimi vəzifəsində işləyir. Aylıq əmək haqqı 218.75 manat təşkil edir. - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Sumqayıt Regional Mədəniyyət İdarəsinin xx.xx.2022-ci il tarixli, 305 №-li arayışından görünür ki, İddiaçı Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Qubadlı rayon Ə.Mehdiyev adına uşaq musiqi məktəbində xor müəlliməsi işləyir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli nikah xx.xx.2021-ci ildə ləğv edilmişdir. Tərəflərin birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X6 adlı övladları vardır. Cavabdehə xx.xx.2019-cu il tarixdən İ qrup əlillik dərəcəsi təyin olunmuşdur və o, əlilliyə görə 247.97 manat pensiya və 130 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. Qanuni nümayəndə cavabdehin qəyyumu təyin edilmişdir. İddiaçı Qubadlı rayon Ə.Mehdiyev adına uşaq musiqi məktəbində xor müəlliməsi işləyir və onun aylıq əmək haqqı 218.75 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvadın arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Bu Məcəllənin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub, tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, yaşını, qida və digər zəruri xərclərə tələbatlarını, eləcə də diqqətəlayiq maraqlarını, həmçinin onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduqlarını, iddiaçının müntəzəm gəlirinin olmasını, cavabdehin pensiya almasını, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, hesab edir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdur. Ona görə də iddia bu hissədə qismən təmin edilməli, alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin aliment məbləği minimal standartlara uyğun olmalıdır. Məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 95 manat və dəqiqləşmə ərizəsi verildiyi tarixdən, yəni xx.xx.2022-ci ildən xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 95 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Bu Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Həmin maddədə, onun 09 iyun 2021-ci il tarixli Qanunla yuxarıda göstərilən yeni redaksiyada verilməsinədək, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməsi nəzərdə tutulmuşdur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd edir ki, ödənilmiş tələb məbləğinə mütənasib olaraq, sözügedən normanın yeni redaksiyada qüvvəyə minməsinədək məhkəməyə verilən iddia ilə bağlı 15 manat, həmin dövrdən sonra irəli sürülən tələblə əlaqədar isə 31.4 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixdən etibarən xx.xx.2016-cı il təvəllüdlü X1, xx.xx.2022-ci il tarixdən isə xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər bir uşaq üçün 95 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddianın verilməsinə görə 46.40 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi alimentin tutulması hissədə dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar