Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1333/2021 06.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı və cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «əmək haqqı tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC adlı hüquqi şəxs tərəfindən qanunvericiliyə əsasən onun haqqının qalıq hissəsini (19169 manat, 2 il məzuniyyət haqqı və sağlamlığa vurulan ziyanın) tam şəkildə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətində operator vəzifəsində çalışırdı. Onun gördüyü işin əmək şəraiti ağır və insan üçün zərərli idi, lakin,çalışdığı müddətdə onun əmək haqqı 1657 manat təşkil edirdi. O, 1657 manatını 6 ay müddətində ala bilmiş, lakin 6 aydan sonra növbəti əmək haqqı rəhbərlik tərəfindən 850 manatadək endirilmişdir. Rəhbərliyə vəsaitin qalıq hissəsinin ödənilməsi ilə bağlı dəfələrlə müraciət etmiş, lakin 31.08.2020-ci ilə qədər idarə tərəfindən əmək haqqının qalan hissəsini ala bilməmişdir. Hal- hazırda, şirkətin ona olan qalıq borcu 19169 manat təşkil edir. Əlavə olaraq 2 il məzuniyyət haqqı da ödənilməyib. Qeyd etdiyi kimi, onun işlədiyi operator vəzifəsi, kimyəvi maddələrdən ibarət olduğuna görə, insan həyatı üçün təhlükəlidir. Qanunvericiliyə əsasən, sağlamlığa vurulan ziyana görə şirkət tərəfindən ona kompensasiya ödənilməlidir. Dəfələrlə idarə rəisi Abışov Əfqana müraciət etmiş, ancaq şirkət tərəfindən müsbət cavab ala bilməmişdir. Qeyd etmək istəyir ki, həttda sərt karantin rejimində şənbə və bazar günlərində də çalışmışdır. Sözügedən müəssisənin rəhbərliyindən mütəmadi olaraq tələb etməyinə baxmayaraq, əmək haqqının qalan hissəsi hələ də ödənilmir. Göstərilənləri nəzərə alaraq“xxxx” MMC adlı hüquqi şəxs tərəfindən qanunvericiliyə əsasən onun haqqının qalıq hissəsini (19169 manat, 2 il məzuniyyət haqqı və sağlamlığa vurulan ziyanın) tam şəkildə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, cavabdeh tərəfindən verilmiş iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı 15 iyul 2014-cü il tarixdə əmək müqaviləsi bağlanmaqla “xxxx” MMC-yə (həmin dövrdə belə adlanırdı) bir ay sınaq müddəti ilə “RS operatoru” vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinə əsasən aylıq tarif maaşı müəssisənin ştat cədvəlinə uyğun olaraq 275 manat müəyyən edilmiş və aylar üzrə əlavələ ödənclərlə birlikdə ödənilmişdir. İşlədiyi dövrdə müəssisənin ştat cədvəlinə uyğun olaraq vəzifə tarif maaşında iki dəfə yəni, 1 mart 2019cu ildə 379 manat, 1 sentyabr 2019-cu ildə 526 manat olmaqla dəyişiklik olmuşdur. Dövr ərzində əmək haqqından sair tutmalar həyat keçirilmişdir ki, bu da mobil nömrələrdən istifadə və 5 may 2014-cü il tarixli məhkəmə əmrinin icrası ilə əlaqədar olmuşdur. işə qəbul olunarkən İddiaçı əmək haqqı əlavələrlə birlikdə 1657 manat olmuşdur, (tarif maaşı 275 manat + 1382 manat əlavə ödənc). Sonradan müəssisənin maliyyə durumu ilə əlaqədar əlavə ödəncdə azalma olmuşdur. İşlədiyi müddət ərzində işəgötürən tərəfindən işçinin əmək haqqına iş həcmindən asılı olaraq müxtəlif məbləğlərdə əlavələr olunmuşdur ki, bu da işəgötürənin vəzifəsi deyil, hüququdur. 1 mart 2019-cu ildə 379 manat, 1 sentyabr 2019-cu ildə 526 manat olmaqla tarif maaşında dəyişiklik olmuşdur. İşin həcmindən asılı olaraq əlavələrdə də müəyyən azalma və ya artımlar olmuşdur. İddiaçı şirkətin ona 19169 manat qalıq borcu olması ilə bağlı göstərdikləri həqiqəti əks etdirmir və onun şəxsi mülahizələrindən irəli gəlir. İddia tələbində həmçinin göstərilmişdir ki, əlavə olaraq iki il məzuniyyət haqqı ödənilməmişdir. Göstərilənlər əsassızdır və bununla bağlı qeyd etmək istəyir ki, işlədiyi dövrdə İddiaçı illər üzrə nəzərdə tutulmuş məzuniyyət haqqı tam ödənilmişdir. 2 noyabr 2020-ci ildə işdən çıxan gün işçinin son haqq hesabı (oktyabr ayının əmək haqqı (tarif maaşı və əlavə), istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiya) tam həcmdə ödənilmişdir. (Bütün bunlar son üç ilin əmək haqqının hesablama cədvəli və ödəniş tapşırıqlarında görünür). Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid X6 bildirdi ki, 01.04.2009-cu ildə müəssisədə işə qəbul edilmiş və 2018-ci ilə qədər orada işləmişdir. O, iddiaçı ilə eyni vəzifədə işləyirdi. İddiaçının müdriyyətlə aralarında hər hansı bir probləmlərinin olmasından məlumatı olmamışdır. İlk aylarda 400 manat maaş veriləcəyi deyilsə də, 570 manat almışdır. Ondan sonra yavaşyavaş maaş qalxaraq 1350 manat olmuşdur. 2018-ci ilin yay aylarında maaşda azalma olmayıb. İşlədiyi müddətdə heç kimin maaşının azalmasını eşitməmişdir. Məhkəmədə şahid X3 bildirdi ki, 2014-cü ildə müəssisəyə işə qəbul olunmuşdur. 2020ci il tarixdə işdən çıxmışdır. 2018-ci ilin yay aylarında nə maaşda nə də işdə azalma olmayıb. 2018-ci ildə 600-700 manat maaş alırdı. İşə girəndə dedilər 350 manat maaş alacaqsan. İddiaçının müdriyyətlə ilk əvvəl yaxşı olmuş, sonra pisləşmişdir. İşdən çıxmağına səbəb isə maaşların gecikdirilməsi olmuşdur. O, Bəhruzun maaşının kəsilməsindən xəbəri olmuşdur. Məhkəmədə şahid Həsənov Namiq Səttar oğlu bildirdi ki, 2016-cı il tarixdə müəssisəyə işə daxil olmuşdur. 2020-ci il tarixə kimi müəssisədə işləmişdir. 2018-ci ilin yay aylarında əmək haqqı və şöbənin işi azalmamışdır. O, 1313 manat maaş alırdı. Maaş kartına oturan tam məbləğ 1313 manat idi. Heç kim onlara heç nə izah etməmişdir. Ora işə düzələndə 1200 manat maaş alırdı. O, müəssisədə texniki emal operator işləmişdir. İddiaçı orda operator işləyib. Onlarda işdən çıxanda maaşı az almışdılar. O, özü də məhkəməyə müraciət edib. Ona idarədə iş zəiflədiyi üçün pulu kəsildiyini bildirmişdilər. Maaşları gecikdirdilər, sonra onları işdən çıxardılar. Bir müddət sonra maaşı alanda görmüşdür ki, maaş az verilmişdir. Bəhruzun pulunun kəsilməsindən xəbəri olub. Bəhruzun heç kimlə münasibəti pis olmamışdır. Məhkəmə İddiaçı və cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil, şahidlər X6, X3 və Həsənov Namiq Səttar oğlunu dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan “Əmək müqaviləsi”nin surətindən görünür ki, “xxxx” MMC-nin icraçı direktoru X8 ilə İddiaçı arasına bağlanmış 15.07.2014-cü il tarixli əmək müqaviləsinə əsasən sonuncu “xxxx” MMC-yə RS operatoru vəzifəsinə işə qəbu edilmişdir. Əmək müqaviləsi 3 ay müddətinə bağlanmışdır. İşin birinci ayı sınaq müddəti hesab edilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin 01.08.2017-ci il tarixli ştat cədvəlinin (çıxarışın) surətindən görünür ki, RS operatorun vəzifə maaşı 275 manat təşkil edir. İş materiallarında olan “xxxx” MMC-nin 01.03.2019-cu il tarixli ştat cədvəlinin (çıxarışın) surətindən görünür ki, Radiqrafiyanın Sınaq operatorun vəzifə maaşı 379 manat təşkil edir. İş materiallarında olan “xxxx” MMC-nin 02.09.2019-cu il tarixli ştat cədvəlinin (çıxarışın) surətindən görünür ki, Radioqrafiya Sınaq operatorun vəzifə maaşı 526 manat təşkil edir. İş materiallarında olan 31.01.2019-cu il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2018-ci il dekabr ayın üçün “xxxx” MMC tərəfindən İddiaçı əmək haqqı kimi 394,16 manat ödənilmişdir. İş materiallarında olan 06.03.2019-cu il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2019-cu il yanvar ayın üçün “xxxx” MMC tərəfindən İddiaçı əmək haqqı kimi 573,96 manat ödənilmişdir. İş materiallarında olan 06.03.2019-cu il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2019-cu il fevral ayına “xxxx” MMC tərəfindən İddiaçı 50% əmək haqqı kimi 370,88 manat ödənilmişdir. İş materiallarında olan 04.04.2019-cu il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2019-cu il fevral ayına “xxxx” MMC tərəfindən İddiaçı 50% əmək haqqı kimi 370,88 manat ödənilmişdir. İş materiallarında olan 14.05.2019-cu il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2019-cu il mart ayı üçün “xxxx” MMC tərəfindən İddiaçı əmək haqqı kimi 737,79 manat ödənilmişdir. İş materiallarında olan 17.05.2019-cu il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2019-cu il aprel ayı üçün “xxxx” MMC tərəfindən İddiaçı əmək haqqı kimi 741,39 manat ödənilmişdir. İş materiallarında olan 23.07.2019-cu il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2019-cu ilin mayı üçün “xxxx” MMC tərəfindən İddiaçı 50% əmək haqqı kimi 368,73 manat ödənilmişdir. İş materiallarında olan 29.07.2019-cu il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2019-cu il may ayı üçün “xxxx” MMC tərəfindən İddiaçı əmək haqqı kimi 741,39 manat ödənilmişdir. İş materiallarında olan 09.08.2019-cu il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2019-cu il iyun ayı üçün “xxxx” MMC tərəfindən İddiaçı əmək haqqı kimi 932,67 manat ödənilmişdir. İş materiallarında olan 06.09.2019-cu il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2019-cu il iyul ayı üçün “xxxx” MMC tərəfindən İddiaçı əmək haqqı kimi 926,08 manat ödənilmişdir. İş materiallarında olan 02.10.2019-cu il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2019-cu il avqust ayı üçün “xxxx” MMC tərəfindən İddiaçı əmək haqqı kimi 945,05 manat ödənilmişdir. İş materiallarında olan 15.11.2019-cu il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2019-cu il sentyabr ayı üçün “xxxx” MMC tərəfindən İddiaçı əmək haqqı kimi 946,32 manat ödənilmişdir. İş materiallarında olan 04.12.2019-cu il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2019-cu il oktyabr ayı üçün “xxxx” MMC tərəfindən İddiaçı əmək haqqı kimi 946,32 manat ödənilmişdir. İş materiallarında olan 29.12.2019-cu il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2019-cu il noyabr ayı üçün “xxxx” MMC tərəfindən İddiaçı əmək haqqı kimi 946,42 manat ödənilmişdir. İş materiallarında olan 31.01.2019-cu il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2018-ci il dekabr ayı üçün “xxxx” MMC tərəfindən İddiaçı əmək haqqı kimi 394,16 manat ödənilmişdir. İş materiallarında olan 06.03.2019-cu il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2019-cu il yanvar ayı üçün “xxxx” MMC tərəfindən İddiaçı əmək haqqı kimi 573,96 manat ödənilmişdir. İş materiallarında olan 19.03.2019-cu il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2019-cu ilin fevral ayı üçün “xxxx” MMC tərəfindən İddiaçı 50% əmək haqqı kimi 370,88 manat ödənilmişdir. İş materiallarında olan 04.04.2019-cu il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2019-cu ilin fevral ayına “xxxx” MMC tərəfindən İddiaçı 50% əmək haqqı kimi 370,87 manat ödənilmişdir. İş materiallarında olan 14.05.2019-cu il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2019-cu il mart ayı üçün “xxxx” MMC tərəfindən İddiaçı əmək haqqı kimi 737,79 manat ödənilmişdir. İş materiallarında olan Qəbələ rayon Məhkəməsinin 2(025)-499/2014 saylı, 05.05.2014-cü il tarixli məhkəmə əmrinin surətindən görünür ki, Qəbələ rayonu Vəndam qəsəbəsində yaşayan İddiaçı məhkəmə əmri icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentinə hesablanmaqla) 1170,36 ABŞ dolları əsas, 39,23 ABŞ dolları faiz və 4,13 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1213,72 ABŞ dolları və dövlət rüsumu olaraq ödənilmiş 20 manat pul tutularaq “xxxx” KB ASC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarının surətlərindən görünür ki, “xxxx” MMC tərəfindən 11.06.2018-ci il tarixdən 13.02.2019-cu il tarixə kimi X1 Qəbələ r/n məhkəmə qərarına əsasən 05.05.2014-cü il tarixli İş №2(025)499/2014 saylı kredit borcu üçün ümumilikdə 2264,43 manat məbləğində kredit borcunu “xxxx” CB Şəki filialına ödəmişdir. İş materiallarında olan 01.02.2018-ci il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2018-ci ilin yanvar ayı üçün “xxxx” MMC tərəfindən İddiaçı əmək haqqı kimi 1200 manat ödənilmişdir. İş materiallarında olan 23.02.2018-ci il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2018-ci ilin yanvar ayı üçün “xxxx” MMC tərəfindən İddiaçı əmək haqqı kimi 126,67 manat ödənilmişdir. İş materiallarında olan 15.03.2018-ci il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2018-ci il fevral ayı üçün “xxxx” MMC tərəfindən İddiaçı əmək haqqı kimi 1327,71 manat ödənilmişdir. İş materiallarında olan 25.04.2018-ci il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2018-ci ilin mart ayı üçün “xxxx” MMC tərəfindən İddiaçı əmək haqqı kimi 1322,74 manat ödənilmişdir. İş materiallarında olan 24.05.2018-ci il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2018-ci il aprel ayı üçün “xxxx” MMC tərəfindən İddiaçı əmək haqqı kimi 2677,09 manat ödənilmişdir. İş materiallarında olan 22.06.2018-ci il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2018-ci il may ayı üçün “xxxx” MMC tərəfindən İddiaçı əmək haqqı kimi 973 manat ödənilmişdir. İş materiallarında olan 24.07.2018-ci il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2018-ci ilin iyun ayı üçün “xxxx” MMC tərəfindən İddiaçı əmək haqqı kimi 1062,21 manat ödənilmişdir. İş materiallarında olan 17.08.2018-ci il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2018-ci il iyul ayı üçün “xxxx” MMC tərəfindən İddiaçı əmək haqqı kimi 1064,12 manat ödənilmişdir. İş materiallarında olan 21.09.2018-ci il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2018-ci il avqust ayı üçün “xxxx” MMC tərəfindən İddiaçı əmək haqqı kimi 467,16 manat ödənilmişdir. İş materiallarında olan 19.10.2018-ci il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2018-ci il sentyabr ayı üçün “xxxx” MMC tərəfindən İddiaçı əmək haqqı kimi 378,85 manat ödənilmişdir. İş materiallarında olan 27.11.2018-ci il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2018-ci il oktyabr ayı üçün “xxxx” MMC tərəfindən İddiaçı əmək haqqı kimi 375 manat ödənilmişdir. İş materiallarında olan 20.12.2018-ci il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2018-ci il noyabr ayı üçün “xxxx” MMC tərəfindən İddiaçı əmək haqqı kimi 357,88 manat ödənilmişdir. İş materiallarında olan 21.12.2018-ci il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2018-ci il dekabr ayı üçün avans köçürmə kimi “xxxx” MMC tərəfindən İddiaçı 500 manat ödənilmişdir. İş materiallarında olan 23.09.2020-ci il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2020-ci il iyul ayı üçün “xxxx” MMC tərəfindən İddiaçı əmək haqqı kimi 200 manat ödənilmişdir. İş materiallarında olan 19.10.2020-ci il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2020-ci il avqust ayı üçün “xxxx” MMC tərəfindən İddiaçı əmək haqqı kimi 150 manat ödənilmişdir. İş materiallarında olan 02.11.2020-ci il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2020-ci il noyabr ayı üçün “xxxx” MMC tərəfindən İddiaçı son haq-hesab kimi 353 manat ödənilmişdir. İş materiallarında olan 03.11.2020-ci il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2020-ci il noyabr son haq-hesab və əmək haqqı üçün “xxxx” MMC tərəfindən İddiaçı kimi 3646,21 manat ödənilmişdir. İş materiallarında olan 01.10.2020-ci il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2020-ci il iyul ayı üçün “xxxx” MMC tərəfindən İddiaçı əmək haqqı kimi 927,97 manat ödənilmişdir. İş materiallarında olan 14.09.2020-ci il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2020-ci il may ayı üçün “xxxx” MMC tərəfindən İddiaçı əmək haqqı kimi 190,97 manat ödənilmişdir. İş materiallarında olan 10.09.2020-cİ il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2020-cİ il iyun ayı üçün “xxxx” MMC tərəfindən İddiaçı əmək haqqı kimi 600 manat ödənilmişdir. İş materiallarında olan 23.07.2020-ci il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2020-ci il may ayı üçün “xxxx” MMC tərəfindən İddiaçı qismən əmək haqqı kimi 1126,09 manat ödənilmişdir. İş materiallarında olan 18.06.2020-ci il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2020-ci il aprel ayı üçün “xxxx” MMC tərəfindən İddiaçı əmək haqqı kimi 1466,67 manat ödənilmişdir. İş materiallarında olan 22.05.2020-ci il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2020-ci il aprel ayı üçün “xxxx” MMC tərəfindən İddiaçı əmək haqqı kimi 1190,23 manat ödənilmişdir. İş materiallarında olan 02.04.2020-ci il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2020-ci il yanvar ayı üçün “xxxx” MMC tərəfindən İddiaçı əmək haqqı kimi 484,77 manat ödənilmişdir. İş materiallarında olan 02.04.2020-ci il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2020-ci il fevral ayı üçün “xxxx” MMC tərəfindən İddiaçı əmək haqqı kimi 484,77 manat ödənilmişdir. İş materiallarında olan 02.04.2020-ci il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2020-ci il mart ayı üçün “xxxx” MMC tərəfindən İddiaçı əmək haqqı kimi 484,77 manat ödənilmişdir. İş materiallarında olan 19.03.2020-ci il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2020-ci il yanvar ayı üçün “xxxx” MMC tərəfindən İddiaçı 50% əmək haqqı kimi 733,90 manat ödənilmişdir. İş materiallarında olan 24.02.2020-ci il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2019-cu il dekabr ayı üçün “xxxx” MMC tərəfindən İddiaçı əmək haqqı kimi 475,76 manat ödənilmişdir. İş materiallarında olan X1 2018-ci il üzrə şəxsi hesabının surətindən görünür ki, 2018ci il üzrə əmək haqqı kartına ümumi maaş üzrə 2356 manat, əlavə əmək haqqı kimi 8801,51 manat, məzuniyyət üzrə 6779,64 manat, ümumilikdə 17937,64 manat pul köçürülmüşdür. İş materiallarında olan X1 2019-cu il üzrə şəxsi hesabının surətindən görünür ki, 2019cu il üzrə əmək haqqı kartına ümumi maaş üzrə 4928 manat, əlavə əmək haqqı kimi 6840 manat, ümumilikdə 11768 manat pul köçürülmüşdür. İş materiallarında olan X1 2020-ci il üzrə şəxsi hesabının surətindən görünür ki, 2020ci il üzrə əmək haqqı kartına ümumi maaş üzrə 5260 manat, əlavə əmək haqqı kimi 5639 manat, mükafat məbləği olaraq 222,66 manat, məzuniyyət üzrə 2546 manat, ümumilikdə 13667,66 manat pul köçürülmüşdür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən hüquq münasibətlərini tənzim etdiyindən məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün əmək qanunvericiliyinin normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 178.1-ci maddəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Həmin Məcəllənin 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. İddiaçı cavabdeh tərəfindən ona ödənilməmiş 19169 manat, 2 il məzuniyyət və sağlamlığa vurulan ziyanın tam ödənilməsini məhkəmədən xahiş etmişdir. Lakin iş materiallarına əlavə edilmiş X1 2018-ci il üzrə şəxsi hesabının surətindən görünür ki, 2018-ci il üzrə əmək haqqı kartına ümumi maaş üzrə 2356 manat, əlavə əmək haqqı kimi 8801,51 manat, məzuniyyət üzrə 6779,64 manat, ümumilikdə 17937,64 manat pul 2019cu il üzrə əmək haqqı kartına ümumi maaş üzrə 4928 manat, əlavə əmək haqqı kimi 6840 manat, ümumilikdə 11768 manat pul və 2020-ci il üzrə əmək haqqı kartına ümumi maaş üzrə 5260 manat, əlavə əmək haqqı kimi 5639 manat, mükafat məbləği olaraq 222,66 manat, məzuniyyət üzrə 2546 manat, ümumilikdə 13667,66 manat pul köçürülmüşdür. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmşdir ki, iddiaçı X4 cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tələb etdiyi məbləğlə bağlı rəsmi qaydada müraciət etməmişdir. Belə olan halda məhkəmədə iddia tələbini əsassız hesab edir. Hesab edir ki, iddiaçı tərəf iddia tələbi üzrə heç bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun İ.Ağayevin şikayəti üzrə 22 yanvar 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» 27.12.2002-ci il taixli qərarı) Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilk və qarşılıqlı iddia əsassız olduğu üçün rədd edilməlidirlər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “xxxx” MMC adlı hüquqi şəxs tərəfindən qanunvericiliyə əsasən onun haqqının qalıq hissəsini (19169 manat, 2 il məzuniyyət haqqı və sağlamlığa vurulan ziyanın) tam şəkildə ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-1333/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1333/2021
06.04.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver