Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-134/2023 26.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maneələr yaratmasının qadağan edilməsi və öhdəliyin qoyulması tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı öhdəliyin qoyulması və maddi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maneələr yaratmasının qadağan edilməsi və öhdəliyin qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Ceyranbatan qəsəbəsi Körpü ərazisi deyilən yerdə yerləşən fərdi yaşayış evinin sağ tərəfində yerləşən boş torpaq sahəsində quraşdırdığı dəmir darvaza və digər əşyaların öz hesabına sökülməsi və cavabdehə onun pəncərəsinin önünü bağlaması və mənzilindən istifadə etməsinə digər qaydada maneələr yaratmasının qadağan edilməsi və ona məxsus evdən sökdüyü kondisioneri quraşdırmaq öhdəliyinin onun üzərinə qoyulması və dövlət rüsumu kimi ödənilən 100 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ceyranbatan qəsəbəsində Körpü ərazisi adlanan yerdə iddiaçıya məxsus olan bir mərtəbəli fərdi yaşayış yeri vardır. Həmin fərdi yaşayış evinin sağ hissəsində boş torpaq sahəsi olmuşdur. İddiaçıya məxsus olan evin isə həmin torpaq sahəsinə baxan pəncərəsi olmuşdur, həmçinin evin həmin hissəsinə iddiaçı kondisioner yerləşdirmişdir. Lakin Cavabdeh həmin torpaq sahəsini zəbt etmiş, hasara alaraq darvaza quraşdırmış, iddiaçıya məxsus olan kondisioneri sökmüş və evin pəncərələrinin önünü tamamilə bağlamışdır. İddiaçı dəfərlərlə Cavabdeh müraciət etsə də, cavabdeh quraşdırma və tikinti işlərini dayandırmamışdır. İddiaçı da buna görə məhkəməyə müraciət etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı ilkin iddiasının rədd edilməsi, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Körpü ərazisi adlanan istiqamətdə yerləşən yaşayış sahəsində cavabdeh İddiaçı istifadəsində olan fərdi yaşayış evində qonşu həyətə baxan istiqamətdə açılmış pəncərənin cavabdeh tərəfindən bağlanmasının təmin edilməsi, cavabdehlə aralarında olan arakəsmə üçün zərurətlə bağlı tərəfindən alınmış materialların ümumi dəyəri 1366 manat və iddianın verilməsi üçün dövlət rüsumu olaraq tərəfindən ödənilmiş 100 manat, ümumilikdə 1466 manat vəsaitin İddiaçı tutularaq ona ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ailəsi ilə birlikdə 2011-ci ilin əvvəllərindən Sumqayıt şəhəri, Ceyranabatan qəsəbəsi, Körpü adlanan ərazidə öz hesabına fərdi yaşayış evi tikmişlər, bugünədək həmin ünvanda yaşayırlar. Yaşadıqları müddət ərzində xx.xx.2013-cü ildən işıq, xx.xx.2014-cü ildən su, qaz sayğacı Cavabdeh adına qeydiyyata alınaraq, kommunal xidmətlərdən istifadə etmişlər. Bugünədək qonşu ilə heç bir problemi olmamış, əksinə, ehtiyacı olan qonşusuna bacardığı qədər köməklik göstərməyə çalışmışdır. Cavabdeh şəxs divar qonşusu olmaqla, evində xəstə olmasını əsas gətirərək müvəqqəti olaraq iddiaçının həyətinə baxan divardan pəncərə açılmasına razılıq verilməsini xahiş etmişdir. İddiaçı da müvəqqəti olduğu üçün buna etiraz etməmişdir. Bir müddət sonra pəncərənin bağlanılmasını tələb etdikdə, cavabdeh imtina etmiş və tələbinə əhəmiyyət verməmişdir. Nəticədə iddiaçı məcbur qalmış, qonşu ilə öz həyətinə aid hissədə ara divarı qaldıraraq qonşu ilə aralarında sədd yaratmalı olmuşdur. Qeyd edilən ərazidə 2011-ci ildən bu yana iddiaçı heç kəsin mülkiyyətinə və ya torpaq sahəsinə müdaxilə etməmişdir. Kimsəyə məxsus avadanlığı sahibinin icazəsi olmadan istifadə etməmiş, başqa şəxslərə verməmişdir. Cavabdehin xahişi əsasında pəncərənin müvəqqəti açılmasına icazə verməklə yanaşı, sonradan bağlanmayan pəncərənin qarşısını kəsmək məqsədilə, yüngül konstruksiyalı elementlərdən istifadə edərək, həyətinin bir hissəsində, həmçinin həyətinə düşən istiqamətdə qonşunun pəncərəsinin qarşısı iddiaçı tərəfindən zərurətdən irəli gələrək örtülmüşdür. Bundan əlavə, qonşunun damının su kanalları həyətinə istiqamətləndiyi üçün öz hesabına qonşunun damının su kanallarının yönləndirilməsi məqsədilə əlavə təmir işləri görülmüşdür. Belə ki, tikinti materiallarının alınması, daşınması və quraşdırılması üçün 1366 manat vəsait iddiaçı tərəfindən ödənilmiş cavabdehin damının suları tənzimlənmiş və əlavə olaraq aralarında sədd quraşdırılmışdır. Cavabdehin iddia ərizəsində qeyd etdiyi darvaza uzun müddət öncə həyətdə quraşdırılmış və iddiaçı tərəfindən istifadə olunmaqdadır. Pəncərənin açılmasına icazə verilən zaman darvaza artıq istifadə olunmuşdur. Mübahisəli məsələ ilə bağlı ərazidə mövcud tikililər sənədsiz olmaqla, mülkiyyət sənədləri və torpaq sahələrinin sərhədləri müəyyən edilməmişdir. Hazırki şəraitdə cavabdehin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə yaradılmış şəraitlə əlaqədar iddiaçı tərəfindən görülmüş işlərə görə İddiaçı tərəfindən iddiaçıya 1366 manat vəsaitin ödənilməsi və tikilinin söküldüyü halda quraşdırılmış pəncərə sökülərək yerinin bağlanması təmin olunmalıdır. Buna görə də hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qəbul etməyərək bildirdi ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində Körpü ərazi adlanan yerdə özünə məxsus olan birmərtəbəli fərdi yaşayış yeri vardır. Həmin fərdi yaşayış evinin sağ hissəsində boş torpaq sahəsinə baxan pəncərə olmuşdur. Həmçinin evin həmin hissəsində kondisioner mövcud olmuşdur. Lakin cavabdeh həmin torpaq sahəsini zəbt etmiş, hasara alaraq darvaza quraşdırmış, kondisioneri sökmüş və evin pəncərələrinin önünü tamamilə bağlamışdır. Bununla bağlı dəfələrlə cavabdehə müraciət edilsə də, cavabdeh quraşdırma və tikinti işlərini dayandırmamışdır. Buna görə də hazırki iddia ilə məhkəməyə müraiət etmişdir. İlkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edəərk bildirdi ki, Cavabdeh şəxs divar qonşusu olmaqla, evində xəstə olmasını əsas gətirərək müvəqqəti olaraq iddiaçının həyətinə baxan divardan pəncərə açılmasına razılıq verilməsini xahiş etmişdir. İddiaçı da müvəqqəti olduğu üçün buna etiraz etməmişdir. Bir müddət sonra pəncərənin bağlanılmasını tələb etdikdə, cavabdeh imtina etmiş və tələbinə əhəmiyyət verməmişdir. Nəticədə məcbur qalaraq, qonşu ilə öz həyətinə aid hissədə ara divarı qaldıraraq qonşu ilə aralarında sədd yaratmalı olmuşdur. Qeyd edilən ərazidə 2011-ci ildən bu yana iddiaçı heç kəsin mülkiyyətinə və ya torpaq sahəsinə müdaxilə etməmişdir. Kimsəyə məxsus avadanlığı sahibinin icazəsi olmadan istifadə etməmiş, başqa şəxslərə verməmişdir. Cavabdehin xahişi əsasında pəncərənin müvəqqəti açılmasına icazə verməklə yanaşı, sonradan bağlanmayan pəncərənin qarşısını kəsmək məqsədilə, yüngül konstruksiyalı elementlərdən istifadə edərək, həyətinin bir hissəsində, həmçinin həyətinə düşən istiqamətdə qonşunun pəncərəsinin qarşısı iddiaçı tərəfindən zərurətdən irəli gələrək örtülmüşdür. Bundan əlavə, qonşunun damının su kanalları həyətinə istiqamətləndiyi üçün öz hesabına qonşunun damının su kanallarının yönləndirilməsi məqsədilə əlavə təmir işləri görülmüşdür. Belə ki, tikinti materiallarının alınması, daşınması və quraşdırılması üçün 1366 manat vəsait iddiaçı tərəfindən ödənilmiş cavabdehin damının suları tənzimlənmiş və əlavə olaraq aralarında sədd quraşdırılmışdır. Cavabdehin iddia ərizəsində qeyd etdiyi darvaza uzun müddət öncə həyətdə quraşdırılmış və iddiaçı tərəfindən istifadə olunmaqdadır. Pəncərənin açılmasına icazə verilən zaman darvaza artıq istifadə olunmuşdur. Mübahisəli məsələ ilə bağlı ərazidə mövcud tikililər sənədsiz olmaqla, mülkiyyət sənədləri və torpaq sahələrinin sərhədləri müəyyən edilməmişdir. Hazırki şəraitdə cavabdehin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə yaradılmış şəraitlə əlaqədar iddiaçı tərəfindən görülmüş işlərə görə İddiaçı tərəfindən iddiaçıya 1366 manat vəsaitin ödənilməsi və tikilinin söküldüyü halda quraşdırılmış pəncərə sökülərək yerinin bağlanması təmin olunmalıdır. Buna görə də ilkin iddia rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2021-ci il tarixli Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, X1 209/A ünvanında Su təchizatı və tullantı sularının axıdılması xidmətləri göstərilir, istehlakçı İddiaçıdır. - xx.xx.2021-ci il tarixli Enerjitəchizatı müəssisəsi ilə İddiaçı arasında bağlanan müqavilədən görünür ki, İddiaçı yaşadığı evdə elektrik enerjisindən istifadə olunur, abonent İddiaçıdır. - ünvan 2 803 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Ceyranbatan-1 ünvanında yaşayır. - ünvan 2 804 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Ceyranbatan-1 ünvanında yaşayır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7066 №-li, 23 yanvar 2023-cü il tarixli ekspert rəyindən görünür ki, faktiki vəziyyətdə cavabdehin istifadəsində olan torpaq sahəsinin 3 tərəfdən qonşu sahələrlə, yalnız bir tərəfdən küçə yolu ilə (faktiki giriş-çıxış qapısının olduğu hissə) əhatə olunduğunu nəzərə alaraq, hazırda mövcud olan giriş-çıxış qapısının bağlanıb digər tərəfdən açılması mümkün deyildir. Cavabdeh tərəfindən inşa olunmuş hasarın hümdürlüyünün 4 metr olduğunu nəzərə alaraq, həmin hasarın Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin, 73.1-ci bəndinin tələbinə uyğun olmadığı müəyyən olunmuşdur. Həmçinin qərardadın sualının digər hissəsi (sanitar-gigiyenik qaydalar və yanğın təhlükəsizliyi qaydaları) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin müvafiq mütəxəssis rəyləri daxil olduqdan sonra cavablandırıla bilər. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1927 №-li, 19 may 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Ceyranbatan qəsəbəsi, Körpü ərazisi deyilən yerdə Cavabdeh inşa etdiyi fərdi yaşayış evinin hazırda hasara aldığı həyətyanı sahəsinin İddiaçı inşa etdiyi evə tərəf olan hasarın hündürlüyü Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinin tələbinə uyğun, yəni 2,2 m-dən hündür olmayacağı halda İddiaçı inşa etdiyi fərdi evin Cavabdeh həyətyanı sahə kimi nəzərdə tutduğu sahəyə baxan pəncərələri Cavabdeh inşa etdiyi fərdi evə və həyətyanı ərazisinə texniki maneələr yaradıb yaratmaması tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid deyildir. Odur ki, qərardadın sualını cavablandırmaq mümkün olmamışdır. - Fotoşəkillərdən görünür ki, İddiaçı istifadəsində olan evin qarşısında Cavabdeh tərəfindən ara divarı quraşdırılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt şəhəri. Ceyranbatan qəsəbəsində Körpü ərazisi adlanan yerdə yerləşən birmərtəbəli yaşayış evi İddiaçı istifadəsindədir. Həmin yaşayış evi tikilən zaman iddiaçı tərəfindən qonşunun həyətinə baxan pəncərə quraşdırılmışdır. Həmçinin evin həmin hissəsində iddiaçıya məxsus kondisioner mövcud olmuşdur. Bundan sonra Cavabdeh İddiaçı ilə aralarında olan həyətin ona aid hissəsində yüngül konstruksiyalı elementlərdən istifadə edərək, həyətinin bir hissəsində, həmçinin həyətinə düşən istiqamətdə qonşunun pəncərəsinin qarşısını 4 metr hüdürlükdə hasarla örtmüşdür. Bununla yanaşı, Cavabdeh pəncərənin qarşısını hasar inşa edərkən orada olan İddiaçı məxsus kondisioneri, sahibinin icazəsi olmadan çıxardaraq kənara atmışdır. İddiaçı iddia tələbini müdafiə edərək qarşılıqlı iddia tələbinin rədd edilməsini, Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək, ilkin iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə ilkin iddia tələbinə münasibətdə qeyd edir ki, ekspert rəyində qeyd olunduğu kimi faktiki vəziyyətdə cavabdehin istifadəsində olan torpaq sahəsinin 3 tərəfdən qonşu sahələrlə, yalnız bir tərəfdən küçə yolu ilə (faktiki giriş-çıxış qapısının olduğu hissə) əhatə olunduğunu nəzərə alaraq, hazırda mövcud olan giriş-çıxış qapısının bağlanıb digər tərəfdən açılması mümkün deyildir. Cavabdeh tərəfindən inşa olunmuş hasarın hündürlüyünün 4 metr olduğunu nəzərə alaraq, həmin hasarın Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin, 73.1-ci bəndinin tələbinə uyğun olmadığı müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin, 73.1-ci bəndinin tələbinə uyğun olaraq metal konstruksiyalı hasarın, ilkin iddia üzrə iddiaçının fərdi yaşayış evi istiqamətdə inşa etdiyi hasarın 2 metr 20 santimetrdən yuxarı hissəsi Cavabdeh tərəfindən sökülməlidir. Bununla yanaşı, Cavabdeh tərəfindən sökülmüş kondisioner yerinə bərpa edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, Cavabdeh tələbində qeyd etdiyi Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Körpü ərazisi adlanan istiqamətdə yerləşən yaşayış sahəsində cavabdeh İddiaçı istifadəsində olan fərdi yaşayış evində qonşu həyətə baxan istiqamətdə açılmış pəncərənin bağlanması zərurəti yoxdur. Belə ki, həmin fərdi yaşayış evi tikilərkən orada pəncərə açılmasına razılığı Cavabdeh vermişdir. Həmin pəncərələrin hazırda Rami Hüseynovun fərdi evinə münasibətdə texniki maneələr yaradıb yaratmaması müəyyən edilmir. Bundan başqa qarşılıqlı iddia tələbində qeyd edilən Cavabdeh tərəfindən alınmış materialların ümumi dəyərinin 1366 manatın tələb edilməsidə əsasızdır belə ki, həmin vəsaitin Cavabdeh tərəfindən xərxlənməsinə İddiaçı hər hansı hərəkət və ya hərəkətsizliyi səbəb olmamışdır. Qeyd edilənlərə əsasən qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən - Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 171.1-ci maddəsinə əsasən- Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2-ci maddəsinə əsasən Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 176.1-ci maddəsinə əsasən Hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. 176.2-ci maddəsinə əsasən Torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən - Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən iddiaçının Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Körpü ərazisi deyilən yerdə yerləşən fərdi yaşayış evinin pəncərəsi önündə inşa edilmiş metal konstruksiyalı hasarın 2 metr 20 santimetrdən yuxarı hissəsi Cavabdeh öz hesabına sökülməli, Cavabdeh tərəfindən sökülmüş kondisioner yerinə bərpa edilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən iddiaçının Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Körpü ərazisi deyilən yerdə yerləşən fərdi yaşayış evinin pəncərəsi önündə inşa edilmiş metal konstruksiyalı hasarın 2 metr 20 santimetrdən yuxarı hissəsi Cavabdeh öz hesabına sökülsün. Cavabdeh tərəfindən sökülmüş İddiaçı məxsus kondisioner Cavabdeh tərəfindən yerinə bərpa edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. İlkin iddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Körpü ərazisi adlanan istiqamətdə yerləşən yaşayış sahəsində cavabdeh İddiaçı istifadəsində olan fərdi yaşayış evində qonşu həyətə baxan istiqamətdə açılmış pəncərənin cavabdeh tərəfindən bağlanmasının təmin edilməsi, cavabdehlə aralarında olan arakəsmə üçün zərurətlə bağlı tərəfindən alınmış materialların ümumi dəyəri 1366 manat və iddianın verilməsi üçün dövlət rüsumu olaraq tərəfindən ödənilmiş 100 manat, ümumilikdə 1466 manat vəsaitin İddiaçı tutularaq ona ödənilməsinin təmin edilməsi barədə qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-134/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-134/2023
26.07.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver