Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1390/2021 23.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən övladları xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 2008-ci il tarixdə faktiki nikah münasibətlərinə daxil olmuşdur. Faktiki nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X5 adlı övladları olmuşdur. Cavabdehin dörd uşağın atası olması Sumqayıt şəhər Qeydiyyat şöbəsinin atalığın müəyyən edilməsi şəhadətnamələri ilə müəyyən edilmişdir. Cavabdeh uşaqların saxlanmalarında heç bir maddi yardım göstərmir və onlarla ümumiyyətlə maraqlanmır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclas zalında izahat verərək bildirdi ki, aliment tələbinə etiraz etmir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin olunub-olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1991-ci ildə, Bakı şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1978-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 7/8, mənzil 24 ünvanında qeydiyyatdadır. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən X3 xx.xx.2009-cu ildə, X4 xx.xx.2010-cu ildə, X1 xx.xx.2018-ci ildə, X5 xx.xx.2012-ci ildə anadan olmuşlar. Uşaqların anası İddiaçı, atası isə Cavabdehdur. Atalığın müəyyən edilməsi haqqında 159307, 218947, 352098 və 149683 nömrəli şəhadətnamələrlə Cavabdeh X9, X10, X6 və X7 atası olması müəyyən olunmuşdur. Ailə Məcəlləsində nəzərdə tutulmuşdur ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur (100.2.). Məhkəmə tərəflərin maddi vəziyyətləri, diqqətəlayiq hallar, yetkinlik yaşına çatmayan uşaqların mənafeyi nəzərə alınmaqla, uşaqların yetkinlik yaşlarına çatana qədər sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilmişdir. Cari il üzrə uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilsə də, iddiaçı iddia ərizəsində hər uşağa görə hər ay 50 manat məbləğində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə iddia tələbindən kənara çıxmayaraq hesab edir ki, aliment barədə iddiaçının tələbi təmin edilməli, hər uşağa görə hər ay 50 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia ərizəsi məhkəməyə xx.xx.2020-ci il tarixində daxil olduğundan alimentin tutulması həmin tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 50 (əlli) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2020-ci il tarixindən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1390/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1390/2021
23.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver