Məhkəmə qərarları › İş №2(060)-1513/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1513/2025

01.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1513/2025 01.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi yardım tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı maddi yardım tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ilə birgə qeyri-rəsmi ailə həyatlarından dünyaya gəlmiş xx.xx.2024-cü il təvəllüdlü X2 üç yaşına çatanadək saxlanması üçün aliment məbləğindən əlavə 100 (bir yüz) manat məbləğində pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə birgə qeyrirəsmi ailə həyatlarından xx.xx.2024-cü il təvəllüdlü X3 dünyaya gəlmişdir. Bildirir ki, uzun müddətdir ki, ailə kimi yaşayıblar, lakin övladları dünyaya gəldikdən sonra cavabdeh onlardan uzaqlaşmağa qərar vermişdir. Aliment tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdi. Aliment tələbinə dair iddiası təmin edilmişdir. Qeyd edir ki, övladı azyaşlıdır, bir yaşı belə hələ tamam olmamışdır. Onun saxlanması üçün 3 yaşına qədər aliment məbləğindən əlavə 100 (bir yüz) manat məbləğində pulun cavabdehdən alınması zərurəti yaranmışdır. Bu səbəbdən mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlib. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: a)Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, uşağının saxlanılması üçün aliment alır. Buna baxmayaraq uşağının minimum xərclərini çatdıra bilmir. Belə ki, banka kredit borcu var. Cavabdeh hərbi qulluqçudur və daxili qoşunlarda xidmət edir. Əmək haqqının məbləği yaxşıdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə dair izahat verərək bildirmişdir ki, hazırda 1100 manat kredit ödənişi edir. O uşağına atalıq da vermişdir, onun saxlanılmasından boyun qaçırmır. Lakin tələb edilən maddi yardımın məbləği çoxdur. Cavabdeh maddi yardımın məbləği təyin edilərkən bu halın nəzərə alınmasını xahiş etdi.

6. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

a) Mülki işin materialları: 7.İşdə olan AZ-İV 970885 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə münasibətlərindən xx.xx.2024-cü il təvəllüdlü X3 anadan olmuşdur. 8.İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 5674/2024 saylı qətnamənin surətindən görünür ki, həmin qətnamə iddia təmin edilmiş, Cavabdeh xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılm ası üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) bir hissəsi miqdarında alimentin xx.xx.2024-cü il tarixdən başlayaraq tutulub İddiaçı verilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun alınıb dövlət nəfinə ödənilməsi qət edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 9.Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər qeyri-rəsmi nikah münasibətlərindən xx.xx.2024-cü il təvəllüdlü X3 adlı yetkinlik yaşına çatmayan bir uşaqları vardır. Hazırda iddiaçı uşağının üç yaşına çatanadək saxlanması üçün aliment məbləğindən əlavə 100 (bir yüz) manat məbləğində pulun cavabdehdən tutulmasını istəyir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə

10. Belə ki, nikah pozulduqdan sonra keçmiş ərin (arvadın) aliment almaq hüququnun əsasları Ailə Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuşdur.

11. Məcəllənin 85.1-ci maddəsinə əsasən, aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 1) hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; 2) sağlamlıq imkanları məhdud ümumi uşağa və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı İ qrup əlil olan ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); 3) nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); 4) ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad).

12. Ailə Məcəlləsinin 85.2-ci maddəsinə müvafiq olaraq, alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər.

13. Göründüyü kimi, keçmiş ərin (arvadın) aliment almaq hüququnun əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Ailə Məcəlləsinin 85.1ci maddəsində sadalanan əsasları birləşdirən amil keçmiş ərin (arvadın) müəyyən səbəblərə görə işləmək imkanının olmaması və ya məhdud olması və aliment ödəməsi tələb olunan keçmiş ərin (arvadın) bunun üçün zəruri vəsaitə malik olmasıdır.

14. Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə gəldikdə isə qeyd olunmalıdır ki, Məcəllənin 85.1.2-85.1.4-cü maddələrində göstərilən əsaslardan fərqli olaraq, bu maddədə keçmiş ərin (arvadın) aliment almaq hüququnun yaranması onun maddi yardıma ehtiyacının olubolmamasından asılı deyildir. Bununla belə, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinin mənasına görə, bu maddə ilə müəyyən edilən alimentin ödənilməsi ümumi uşaqların 3 yaşına çatması ilə məhdudlaşır.

15. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.

16. Məcəllənin 85 və 86-cı maddələri sistemli əlaqədə olaraq aliment münasibətlərinin hər iki tərəfinin maraqlarının tarazlığını təmin etmək şərti ilə, istər aliment alanın, istərsə də onu ödəyənin zəruri həyat səviyyəsinin saxlanılmasına yönəlmişdir.

17. Belə tənzimləmə Konstitusiyanın 34-cü maddəsinin İİİ hissəsinə müvafiq olaraq dövlətin analığın və uşaqlığın mühafizəsi ilə bağlı vəzifələrindən, habelə Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində təsbit edilmiş mütənasiblik prinsipindən irəli gəlir. 18.Məhkəmə xx.xx.2024-cü il təvəllüdlü X1 olmasını (təxminən 1 yaş), ana qayğısına daha çox ehtiyacının olmasını, körpə uşağına qulluqla əlaqədar İddiaçı işləmək imkanının məhdud olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il təvəllüdlü X2 3 yaşına çatanadək hər ay əlavə olaraq Cavabdeh İddiaçı oğlunun xeyrinə 30 manat məbləğində aliment tutulmalıdır. 19.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. 20.Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi: 21.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2024-cü il təvəllüdlü X3 3 (üç) yaşına çatanadək hər ay 30 (otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar