Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1514/2025 16.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X12 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənəvi ziyan tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddiaçıya vurulmuş mənəvi ziyana görə Cavabdeh 10000 manat məbləğində pulun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 120 manat məbləğində dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o -İddiaçı Əlləddin qızı 2019-cu ilin sentyabr ayında Sumqayıt şəhəri, 6-cı mikrorayon, "Kristal Abşeron" yaşayış kompleksində yerləşən mənzilini satdıqdan sonra mənzili alan şəxs ona qohumlarının gəldiyini bildirərək mənzili qısa müddətdə təhvil verməyini tələb etmişdir. Həmin ilin oktyabr ayında Sumqayıt şəhəri, 6-cı mikrorayon. "Kristal Abşeron" yaşayış kompleksinin həyətində tanışı Cavabdeh ilə rastlaşmışdır. Söhbət zamanı o Vüsaləyə mənzilini satdığını, başqa yerdə mənzil aldığını, aldığı mənzilin təmir olunduğunu və hazır olanadək kirayə mənzil tutacağını demişdir. Bu zaman Vüsalə ona özünün tək yaşadığını, onunla birlikdə yaşaya biləcəyini demişdir. O, Cavabdeh Sumqayıt şəhəri. 6-cı mikrorayon. "Kristal Abşeron" yaşayış kompleksində olan mənzilinə köçmüşdür. Birgə yaşadıqları müddətdə Vüsalə ona pula ehtiyacı olduğunu, buna görə də geyinmədiyi yay paltarlarını satmaq qərarına gəldiyini demişdir. O, Vüsalədən 4-5 yay paltarı almışdır. Təxminən 1 aya yaxın Cavabdeh məxsus mənzildə yaşadıqdan sonra ona məxsus olan paltarları və əşyaları götürüb öz mənzilinə köçmüşdür. İddiaçı 2020-ci il yay aylarında "Facebook" sosial şəbəkəsində yay paltarlarında olan şəkillərini paylaşmışdır. Bundan sonra bacısı Şəfəq Xudiyeva ona Cavabdeh "İnstagram" sosial şəbəkəsində olan paylaşımını göndərmişdir. Həmin paylaşımda Cavabdeh onun "Facebook" sosial şəbəkəsində paylaşdığı şəklini götürüb paylaşaraq şəklin üzərində iddiaçının onun paltarını oğurlamağı barədə sözlər yazmışdır. Bundan başqa Cavabdeh bəzi ortaq tanışları ilə olan söhbət zamanı iddiaçının onun paltarını oğurlamağını deyərək ona böhtan atmışdır. O zaman iddiaçı koronavirus xəstəliyinə yoluxmağı səbəbindən onunla üz-üzə danışa bilmədiyi üçün telefon vasitəsi ilə danışaraq paylaşımını silməsini tələb etmişdir. Həmin vaxtdan keçən 4 ildən çox müddət ərzində Cavabdeh paltarla bağlı ona heç bir söz deməmişdir. 2024-cü iln noyabr ayında isə Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək iddiaçının onun evində qaldığı müddətdə 1200 (min iki yüz) manat dəyərində "Swatch" markalı qol saatını və geyim əşyalarını oğurlamağı barədə məlumat vermişdir. Cavabdeh müraciəti əsasında Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsində araşdırma aparılmışdır. Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin təhqiqatçısı X10 tərəfindən aparılmış araşdırma nəticəsində Cavabdeh məxsus əşyaların iddiaçı tərəfindən oğurlanmasını sübuta yetirəcək sübut və dəlillərin olmaması səbəbindən toplanmış təhqiqat materialında cinayət hadisəsinin əlamətlərinin olması öz təsdiqini tapmadığından həmin material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdehin iddiaçını oğurluqda ittiham etməsi onun mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Bütün bunlara görə mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı nümayəndəsi və vəkili Vəkil sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh üzərinə onun tərəfindən yayılmış İddiaçı onun 1200 manat dəyərində “swatch” markalı qol saatını və geyim əşyalarını oğurlaması və tərəflərin ortaq tanışları olan Tahirə adlı şəxslə danışıqlarda iddiaçının yüngül həyat tərzi sürməsi barədə həqiqətə uyğun olmayan, iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatları şifahi qaydada təkzib etməsi və İddiaçı üzr istəməsi vəzifəsi qoyulmaqla, iddiaçıya vurulmuş mənəvi ziyana görə cavabdehdən 10000 manat məbləğində pulun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 120 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ona qarşı iddia tələbi qanunsuz və əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı əsassız olaraq ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı, cavabdehə məxsus mənzildə cavabdehlə birlikdə yaşamışdır. Belə ki, iddiaçı, evini satdığı üçün qalmağa yeri olmadığı üçün cavabdeh onun özü ilə yaşamasına razılıq vermişdir. Cavabdehə məxsus paltarlarının bir qismini də gedərkən özü ilə aparmışdır. Hətta həmin paltarlarda foto şəkillər də paylaşmışdır. Cavabdeh ona hər hansı böhtan atmamış va təhqir etməmişdir. Ona görə də hesab edir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, irəli sürülmüş ittiham öz əksini tapmamışdır. Səs yazıları da təqdim etmişlər. Cavabdehin iddiaçını oğurluqda ittiham etməsi onun mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Tərəflərindən anti-depresant dərmanların qəbul edilməsi ilə bağlı məlumat təqdim olunmuşdur. Cavabdeh bəzi ortaq tanışları ilə olan söhbət zamanı iddiaçının onun paltarını oğurlamağını deyərək ona böhtan atmışdır. Bununla bağlı disk də mövcuddur. O zaman iddiaçı koronavirus xəstəliyinə yoluxmağı səbəbindən onunla üz-üzə danışa bilmədiyi üçün telefon vasitəsi ilə danışaraq paylaşımını silməsini tələb etmişdir. Həmin vaxtdan keçən 4 ildən çox müddət ərzində Cavabdeh paltarla bağlı ona heç bir söz deməmişdir. 2024-cü iln noyabr ayında isə Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək iddiaçının onun evində qaldığı müddətdə 1200 (min iki yüz) manat dəyərində "Swatch" markalı qol saatını və geyim əşyalarını oğurlamağı barədə məlumat vermişdir. Cavabdeh müraciəti əsasında Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsində araşdırma aparılmışdır. İddiaçı və cavabdehin münasibətləri müvafiq hadisə ilə pozulub. Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin təhqiqatçısı X10 tərəfindən aparılmış araşdırma nəticəsində Cavabdeh məxsus əşyaların iddiaçı tərəfindən oğurlanmasını sübuta yetirəcək sübut və dəlillərin olmaması səbəbindən toplanmış təhqiqat materialında cinayət hadisəsinin əlamətlərinin olması öz təsdiqini tapmadığından həmin material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdehin iddiaçını oğurluqda ittiham etməsi onun mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Səs yazılarını Tahirə xanıma Şəhla xanım atmışdır. İddiaçı da sübut edib ki, Elbrus adlı şəxs tərəfindən aldadılıb. Cavabdeh deyir ki, iddiaçı dələduzluq edib. Tərəflərindən daxil olan hökmdən də göründüyü kimi iddiaçı zərərçəkəndir. İddiaçı və cavabdehin münasibətləri 2024-cü ildə cavabdeh müraciət edəndən sonra daha da gərginləşib. Elə ondan sonra da Tahirə xanım səs yazıları atmışdır. Bütün bu yalanlardan sonra məhkəməyə müraciət etməli olmuşlar. Mövcud məsələ ilə bağlı Ali Məhkəmənin Plenum Qərarı da mövcuddur. Vüsalə xanımın Tahir xanıma verdiyi məlumatlar yalan məlumatın yayılması deməkdir. Bütün bunlara əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh izahatında bildirmişdir ki, həkim mövzusu hissəsində iddia tələbini qəbul etmir. Bu şəxs uşaqlıqdan onun qonşusu olmuşdur. Onunla Kristalda rastaşmışdır. Görmüşdür ki, bu əsəbi halda gedir. Soruşmuşdur ki, bəs nə olub. Demişdir ki, bəs evi satmışdır. Ev yiyəsi ona vaxt qoymuşdur. O da insan olaraq demişdir ki, istəyirsə onlarda qalsın. Onun evində qalmışdır. Onun evindən ən bahalı sumkalarını oğurlamışdır. Rəhmətlik yoldaşının ona aldığı saatı belə oğurlamışdır. Özünə dəfələrlə xəbər eləmiş ona demişdir ki, gətirəcəkdir. Bir gün feysbukda qabağına çıxmışdır. Şəkilləri özünə göndərmişdir ki, gətirsin. Gətirəcək deyə-deyə, gah demişdir ki, sistemdədir. Rəfiqəsi ona demişdir ki, ona demişdir ki, o paltarları almışdır. Yay paltarlarını şkafından götürüb, o, işdə olanda ən bahalı paltarını götürüb aparmışdır. O, xaricə tez-tez gedir. Ordan həmin paltarları almışdır. O, heç o paltarları geyinməmişdir. O, üç ay onun evində qalmış, utandığından onu evindən çıxarda bilməmişdir. Bu söhbəti qapı qonşu da bilmişdir. Polisə verməmişdir. Ona dəfələrlə xəbərdarlıq eləmiş, ona demişdir ki, gətirəcəkdir. Qız nevrozdur. Onun evində qalarkən səhər 6 –da yuxudan durub gəlib onu oyatmışdır ki, görsün arıqlamışdır. Özünə demişdir ki, Şəhla onun əsəbləri yerində deyil, uşaq itirmişdir. O, ikicanlı hamilə ola-ola yoldaşı rəhmətə getmişdir. Onun həyatı darmadağındır. Qubadlı Rayon prokurorluğunda dəftərxanada işləmişdir. Onu işdən qovmuşlar. İki nəfərdən də saxta pul alaraq saxta sənəd düzəltmişdir. İki nəfərdən də işə düzəltmə adı ilə pul almışdır. Hal-hazırda prokurorluqda iş gedir. Kimlə iş görmüşdürsə, hal-hazırda onun barəsində iş gedir. Bu şəxsə aid olan hissədə araşdırma gedir. Bu iddianı ona görə qaldırmışdır ki, ondan pul alsın, camaatın pullarını qaytarsın. O, şəkilləri üzü bağlı paylaşmışdır. Sadəcə paltarlara görə etmişdir. O, heç bir qadını kişinin ayağına verəsi qadın deyildir. Saatı o, özü ona taxmağa vermişdir. Onu gətirib qaytarmışdır. Əvvəl onu polisə verməmişdir. Onu məhkəməyə verəndən sonra o da polisə şikayət etmişdir. Hadisə 4 il bundan öncə olmuşdur. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan: İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Sumqayıt ŞPB-nin təhqiqatçısı, polis kapitanı X4 cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 86, 39.1.1 və 212-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, qərarının surətinin məlumat üçün Sumqayıt Şəhər Prokurorluğuna və maraqlı şəxslərə göndərilməsi, toplanmış materialların saxlanılması üçün Sumqayıt ŞPİ-nın 3-cü PB-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, təhqiqat araşdırması zamanı izahatı alınmış Cavabdeh izahatında İddiaçı 20 ildən çoxdur ki, tandığını, 2020-ci il tarixdə Sumqayıt șəhəri, 6-cı mikrorayon ərazisində onunla qarşılaşdığını, söhbət zamanı İddiaçı yaşadığı evi satdığını dediyini, alan şəxsin ona evdən çıxması üçün vaxt qoyduğunu dediyini, Cavabdeh ona tək yaşadığını onunla birlikdə yașaya biləcəyini dediyini, bundan sonra İddiaçı onunla birlikdə yașamağa başladığını, Cavabdeh birlikdə yaşadıqları müddət ərzində istifadə etdiyi müəyyən paltarlarını Ș.Xudiyevaya ona qarşılığında satdığını, İddiaçı onunla birlikdə 1 aya yaxın yașadığını, 1 aydan sonra Ș.Xudiyevanın öz evinə köçüb getdiyini, getdikdən sonra evdən "Swatch" markalı saatının, müxtəlif geyimlərinin yoxa çıxdığını, gördüyünü, bununla bağlı özünə irad bildirdikdə ilk öncə boynuna almadığını, sonradan təkid etdikdə paltarı geri verəcəyini dediyini, daha sonra isa dediyini inkar edərək paltarları pul ilə aldığını qeyd etdiyini, 4 ildən sonra müraciət etməyinin səbəbinin İddiaçı xəstələnməsi, daha sonra hamilə olması, həmçinin müxtəlif bəhanələr gətirərək vədlər verməsi olduğunu, həmçinin "Swatch" markalı saatının 2018-ci il tarixdə 1200 manata alındığını bildirmişdir. Həmin qərardan görünür ki, araşdırma zamanı şahid qismində izahatı alımış X8 izahatında İddiaçı 25 ildir ki, tanıdığını, təxminən 2020-ci il tarixdə İddiaçı ortaq tanışı olan Cavabdeh ona salamı olduğunu dediyini, T.Axundova İddiaçı Cavabdeh ilə nə üçün birlikdə olduğunu soruşduğunu, bu zaman İddiaçı evinin təmirdə olduğunu dediyini, Cavabdeh ilə birlikdə onun evində yaşadığını dediyini, bundan bir neçə ay keçdikdən sonra Cavabdeh ona zəng edərək rəfiqəsi İddiaçı onun evində oğurluq etdiyini dediyini, T. Axundova İddiaçı onunla birlikdə də əvvəllər yaşadığını, onun evindən həmin dövrdə heç bir șeyin yoxa çıxmadığını deyərək inanmadığını bildirdiyini, Cavabdeh də onun saatının geyimlərinin evdən yoxa çıxdığını dediyini, bu zaman Cavabdeh ona şəkillər göndərdiyini, şəkillərdə əvvəllər onun üzərində olan paltarların həmin vaxtı İddiaçı üzərində olmasının əks olunduğunu, bundan sonra İddiaçı zəng edərək nə üçün belə etdiyini soruşduqda o, həmin paltarları Cavabdeh ona pul qarşılığında verdiyini bildirdiyini, İddiaçı həmin paltarları qaytarmasını tələb etdiyini, o da pul verərək aldığını, qaytarmayacağını dediyini, bundan sonra Cavabdeh Prokurorluğa şikayət edəcəyini dedikdə İddiaçı qaytaracağını dediyini, təxminən 2 il bundan qabaq Sumqayıt şəhəri, Bulvar küçəsində İddiaçı ilə gəzən zaman ona paltarları Cavabdeh qaytarıb qaytarmadığını soruşduğunu İddiaçı da qaytardığnı dediyini bildirmişdir. Həmin qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış İddiaçı 2019-cu ilin sentyabr ayında yaşadığı evi satdığın, evi satdıqdan sonra evi alan şəxsin ona az vaxt verdiyini, evi alan şəxsin sonradan qohumunun gəldiyini qeyd edərək evdən onun çıxmağını tələb etdiyini, 2019-cu ilin oktyabr ayında Sumqayit șəhəri, 6-cı mkr-da yerləşən K.Abşeron yaşayış kompleksinin həyətində tanışı Cavabdeh ilə qarşılaşdığını, söhbət zamanı Cavabdeh evi satdığını, başqa ünvanda ev aldığını, aldığı evin təmirdə olduğu üçün kirayə ev tutacağını, ya da bacılarından birinin evində qalmaq istədiyini dediyini, bu zaman Cavabdeh onun başqa yerdə qalmağına ehtiyac olmadığını dediyini, onun tək yașadığını, onunla birlikdə yaşaya biləcəyimi dediyini, 2019-cu ilin oktyabr ayında Cavabdeh Sumqayıt şəhəri, 6-cı mkr-da olan K.Abşeron yaşayış kompleksində olan evinə köçdüyünü, onun evində yaşadığı müddətdə bir qarderobda Cavabdeh ilə onun paltarlarının eyni yerdə olduğunu, birlikdə yaşadiqları müddət ərzində Cavabdeh pula ehtiyacı olduğunu, buna görə də geyinmədiyi yay paltarların satdığını dediyini, ondan 4-5 yay paltarı aldığını, birlikdə qaldığımız müddət ərzində bir-birilərinin paltarın da geyindiklərini, əşyalarından da istifadə etdiklərini, sonradan Cavabdeh sevgilisi olan şəxsin həmin evə gəlib getməsi, evdə mübahisə etmələri səbəbindən evdən çıxmaq qərarına gəldiyini, təxminən 1 aya yaxın Cavabdeh ilə birlikdə yaşadığını, evdən çıxan zaman özünə məxsus olan paltarlarını, əşyalarını götürüb getdiyini, 2020-ci ilin yay aylarında "Facebook" sosial șəbəkəsində yay paltarında olan şəklini paylaşmışdığını, bundan sonra bacısı X14 qizının, Cavabdeh İnstaqram sosial şəbəkəsində olan paylaşıminı ona göndərdiyini, həmin paylaşımda Cavabdeh onun "Facebook” sosial şəbəkəsində olan şəklini götürüb paylaşaraq üzərində onun paltarını oğurlamaqda günahlandınıcı sözlər yazdığını, İddiaçı həmin vaxtlar korona xəstəsi olduğu üçün Cavabdeh həmin şəkili silməsini istədiyini, bu söhbətdən sonra 4 il ərzində Cavabdeh bircə dəfə da olsun nə paltar, nə də geyim ilə bağlı ona heç bir șey demədiyini bildirmişdir. Həmçinin İddiaçı Cavabdeh iddia etdiyi paltarları pul verib ondan aldığını, həmçinin həmin paltar il sosial şabəkədə rahatlıqla şəkil paylaşdığını, T.Axundovanın paltarin Cavabdeh qaytarılması ilə bağlı dediyinin yalan olduğunu, Cavabdeh paltar qaytarmadığını bildirmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-37/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmünə əsasən X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü və 320.1-ci maddələri ilə təqsirli bilinməsi, həmin məcəllənin 178.2.2-ci və 178.2.4-cü maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 320.1-ci maddəsi ilə 08(səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar cinayətlərin məcmusu üzrə qismən toplanılaraq və X9 qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, X11 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzanın əvvəlinin 14 may 2024-cü il tarixdən hesablanması, X11 barəsində seçilmiş "həbs" qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, zərərçəkmiş şəxs X2 mülki iddiasının qismən təmin edilməsi, 11084 manat məbləğində dəymiş ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi 134 manat- ümumilikdə 11218 (on bir min iki yüz on səkkiz) manat pulun Elbrus Səlimovdan alınaraq X6 ödənilməsi, mülki iddianın qalan hissədə təmin edilməməsi, zərərçəkmiş şəxs X1 mülki iddiasının təmin edilərək, 6063 (altı min altmış üç) manat məbləğində dəymiş ziyan məbləği Elbrus Səlimovdan alınaraq X3 ödənilməsi hökm edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında olan mübahisənin nəticəsi olaraq iddiaçının mənəvi iztirab keçirməsinə səbəb olan ifadələrin işlədilməsi üçün əsasların haradan yaranması, ümumiyyətlə, ifadələr işlətməsi üçün mübahisənin yaranması vaxtı və yeri barədə iddiaçı tərəfindən gətirilmiş dəlillər (səs yazısı və sair) işin tədqiq olunan hallarına uyğun olmadığı və təsdiqi üçün inandırıcı sayılmamışdır. Qeyd olunan məlumatların yayılması, sosial şəbəkələrdə yayılması, yayılan məlumatların iddiaçının şərəf və ləyaqətini alçaldan məlumatlar olması müəyyən edilməyərək, qeyd olunanlarla bağlı mötəbər sübutlar məhkəmə mübahisəsinin predmeti olmamışdır. Bundan əlavə iş materiallarında olan cinayət orqanın qərarının iddiaçıya münasibətdə mənəvi sarsıntı keçirməsi hal üçün sübut növündə məhkəməyə təqdim edilməsi, həmin hadisənin üzərindən uzun müddət keçdikdən sonra mübahisələndirməsi məhkəmənin iddia tələbinin əsaslı olması qənaətinə gəlməsi üçün əsas deyil. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Məcəllənin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə mənəvi zərərin ödənilməsi ilə bağlı iddia tələbini iş materiallarında olan sübutlar əsasında qiymətləndirərək hesab edir ki, İddiaçı mənəvi zərər tələb edərkən, onun əsasının hansı hüquqlarının pozulması nəticəsində onda mənəvi sarsıntı keçirməsi və bununla bağlı dəlilləri məhkəmədə öz təsdiqini tapmamışdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 №-li qərarı 35. Bənd 3 Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə iş materiallarını tədqiq edərək bu qənaətə gəlir ki, iddiaçı mənəvi ziyan tələb edərkən onun əsasının nədən ibarət olmasını sübuta yetirə bilməmişdir. İddiaçı 10000 manat mənəvi ziyanın Cavabdeh alınması tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənəvi ziyan tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏTETDİ: İddiaçı Cavabdeh qarşı mənəvi ziyan tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-1514/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1514/2025
16.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver