Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-152/2021 12.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğvi və maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğvi və maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında olan xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı xeyrinə alqı-satqı müqaviləsinin dəyəri olan 2078 manat pul vəsaitinin, hüquqi yardım üçün ödənilmiş 110 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat, cəmi 2218 manat pul vəsaitinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ərzaq məhsullarının satışı ilə məşğuldur. Onunla Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanılmışdır, həmin müqaviləyə əsasən, satıcı, hazırki iddia üzrə İddiaçı müqavilə əsasında malları 2 gün ərzində alıcıya, hazırki iddia üzrə Cavabdeh göndərməli və mallarla birlikdə təhvil-təslim sənədləri (qaimə-faktura) verilməlidir. Cavabdeh isə təhviltəslim sənədləri (qaimə-faktura) əsasında malları qəbul etməli və malların dəyərini 26 gün ərzində ödəməli, ödəniş cavabdeh tərəfindən köçürmə və nəğd formasında mallar təhvil alınandan sonra 26 iş günü müddətində həyata keçirilməlidir. Müqavilə 2 il müddətinə bağlanmışdır. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixində elektron qaimələrə əsasən 2078 manat dəyərində mal təhvil verilmişdir, lakin bugünə qədər dəyəri ödənilməmişdir. Cavabdeh malı təhvil aldığı vaxtdan artıq 3 ay keçməsinə baxmayaraq, heç bir ödəniş etməmişdir. İddiaçı E.Alakişiyev dəfələrlə ondan borcun ödənilməsini tələb etsə də, cavabdeh götürdüyü borcu qaytarmaqdan yayınır, müxtəlif bəhanələr gətirməklə əlavə müddət istəyir. xx.xx.2020-ci il tarixində İddiaçı Cavabdeh təklif məktubu göndərərək 7 gün ərzində alqı-satqı müqaviləsi üzrə yaranmış borc məbləğini ödəməyi tələb edərək, əks halda alqı-satqı müqaviləsinin ləğvi və dəymiş zərərin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Lakin Cavabdeh tərəfindən ödəniş həyata keçirilməmişdir və məktuba cavab göndərilməmişdir. Nəticə etibarilə İddiaçı Cavabdeh borcu könüllü şəkildə qaytarmayacağına dair əsaslı şübhələr yaranmış və alqısatqı müqaviləsinin ləğvi və dəymiş maddi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh borcu könüllü surətdə vəd edilmiş vaxtda qaytarmadığı üçün iddiaçı bir sıra problemlərlə üzləşib və məhkəmədə iddia qaldırmaq üçün əlavə xərclər çəkib. Belə ki, İddiaçı hüquqi yardıma görə vəkilə 110 manat, iddianın verilməsi üçün məhkəməyə 31 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, iddiaçı göstərilənləri ona vurulmuş maddi zərər kimi qiymətləndirir və ümumilikdə maddi zərərin 141 manat olması qənaətindədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: İddiaçılə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 120 saylı müqavilədən görünür ki, satıcı (İddiaçı) qida məhsullarını alıcıya (Cavabdeh) satmağı, alıcı isə həmin malları qəbul etməyi, razılaşdırılmış müddətlərdə malların haqqını ödəməyi öhdəsinə götürmüşdür.Bu müqavilə iki il müddətinə qüvvədədir. xx.xx.2019-cu il tarixli EBAD seriyalı elektron qaimələrdən görünür ki, Quluzadə Lamiə Oqtay qızı cəmi 2078,18 (167,90+252,20+188,96+308,04+242,20+118,50+22,50+ 200,35+96,50+103,68+247,35+27+103) manat məbləğində qida məhsullarını İddiaçı qəbul etmişdir. Ərizəyə əlavə edilmiş təklifdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 567, 600.1, 385.1, 421, 427, 442, 448-ci maddəsinin tələblərinə əsasən qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, hüquqi xidmət göstərilməsi ilə bağlı iddiaçı tərəfindən 110 manat pul ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi ləğv edilməli, Cavabdeh 2078 manat, hüquqi xidmətə görə ödənilmiş 110 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-230, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh 2078 (iki min yetmiş səkkiz) manat, hüquqi xidmətə görə ödənilmiş 110 (bir yüz on) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-152/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-152/2021
12.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver