Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1541/2020 29.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü Aydan və Fidana münasibətdə atalığının müəyyən edilməsi və cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o Cavabdeh ilə 2016-cı ildə qeyri-rəsmi nikahla ailə həyatı qurmuş və birgə nikahlarından iki əkiz övladı anadan olmuşdur: xx.xx.2017-ci il təvəllüdlü Aydan və xx.xx.2017-ci il təvəllüdlü Fidan. Uşaqları rəsmi nikah olmadan doğulduğundan və cavabdeh tərəfindən atalığın etiraf edilməsi barədə ərizə verilmədiyindən o uşaqların adına doğum haqqında şəhadətnamə ala bilmir, dəfələrlə cavabdehə gəlib ərizə verməsini təklif etmiş, lakin o hər dəfə bir bəhanə gətirməklə bunu etməmişdir. Görünür o bu hərəkətləri ilə valideynlik vəzifələrindən yayınmaq istəyir. Cavabdehin xx.xx.2017-ci il təvəllüdlü Aydan və xx.xx.2017-ci il təvəllüdlü Fidanın bioloji atası olmasını təsdiq edən kifayət qədər sübutları var. O hazırda uşaqlarını saxlamaqda maddi cəhətdən çox çətinlik çəkir. Cavabdeh bir valideyn kimi uşaqların maddi təminatında, saxlanılmasında iştirak etməlidir. Onun fərdi işlərdə çalışdığını və qazanc və gəlirinin qeyri-müntəzəm, dəyişkən olduğunu nəzərə alaraq hər ay hər uşağa 200 manat olmaqla iki uşağa görə 400 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəuyğun bilir. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabı icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq, işə qiyabi icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmədə şahid qismində dindirilən X3 bildirdi ki, Şərifov Aağacanın valideynləri ilə çox yaxın qonşuluq münasibətləri olmuşdur. Cavabdeh birinci arvadı ilə yola getmədiyindən məhkəmə qaydasında boşanmışdır. Həmin nikahdan olan uşağı üçün məhkəmə tərəfindən müəyyən edilən alimenti də ödəyir. Ağacanla Xatirənin nişan və toy mərasimində o və ailə üzvləri iştirak etmişdir, hətta onların uşaqları doğulduqdan sonra həyat yoldaşı ilə birlikdə uşaqları görmək üçün onların evinə də getmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan 3 nömrəli X7 tərəfindən verilmiş **********98 və **********08 saylı xx.xx.2017-ci il tarixli doğum haqqında tibbi şəhadətnamələrdən görünür ki, xx.xx.2017-ci il tarixdə qadın cinsinə məxsus iki əkiz uşaq doğulmuşdur. Uşaqların anası İddiaçıdır. Uşaqların atası haqqında məlumat yoxdur. İş materiallarında olan Bakı şəhər Baş Səhiyyə İdarəsi 21 nömrəli şəhər poliklinikasından verilmiş xx.xx.2019-cu il tarixli tibbi arayışdan görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 xx.xx.2017-ci il tarixdən 21 nömrəli şəhər poliklinikasında tibbi qeydiyyatdadırlar. Hal-hazırda uşaqlar sağlamdır. Məhkəmə iddiaçını və şahidi dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə toy etməklə ailə qurmuş, lakin nikahlarını rəsmiləşdirməmişdir. Onların qeyri-rəsmi nikah münasibətlərindən xx.xx.2017-ci il təvəllüdlü Aydan və xx.xx.2017-ci il təvəllüdlü Fidan adlı iki əkiz uşaqları olmuşdur. Bu fakt iş materialları, işdə olan cd-disk, fotoşəkillər və şahid ifadəsi ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45-ci maddəsinə görə uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Məcəllənin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Həmin Məcəllənin 188-ci maddəsinə əsasən atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, atalığın müəyyən edilməsi hissəsində iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü Aydan və xx.xx.2017-ci il təvəllüdlü Fidanın atası olması müəyyən edilməlidir. Məhkəmə iddianın alimentlə bağlı hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Məhkəmə hesab edir ki, Cavabdeh daimi işi olması barədə məhkəməyə sənəd təqdim edilmədiyindən ondan tutulan aliment sabit pul məbləğində müəyyən edilməlidir. Sabit pul məbləğində tutulan alimentin məbləği ilə bağlı isə məhkəmə qeyd edir ki, cavabdehdən tutulan alimentin məbləği hər ay bir uşağa görə 200 manat olmaqla, cəmi 400 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, aliment xx xxxxxx 2019-cu il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş Aydan və Fidanın atası olması müəyyən edilsin. xx xxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxxxx 2017-ci il təvəllüdlü X1 və xx xxxxxx 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay Cavabdeh hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verməyə haqlıdır. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-1541/2020
Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-1541/2020
29.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver