Məhkəmə qərarları › İş №2(060)-168/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-168/2021

11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-168/2021 11.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, Cavabdeh1 və X1 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 oğlundan və Cavabdeh2 iddiaçının xeyrinə 1784,96 ABŞ dolları əsas borc, 154,98 ABŞ dolları faiz borcu və 714,62 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2654,56 ABŞ dolları kredit borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus Sumqayıt şəhəri 19cu məhəllədə yerləşən 9\20 nömrəli evin 1 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun bu mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına banka ödənilməsi və əmlak satıldıqdan sonra cavabdehlərin ən geci 1 ay ərzində mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 və X2 işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərini bildirdirdilər. İddiaçı və digər cavabdehlərə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə iddiaçı və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının 30.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsinin geri qaytarılması barədə ərizəsini nəzərə alaraq, habelə cavabdehlər Cavabdeh1 və X1 işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərini, digər cavabdehlərin məhkəmə iclasına gəlməməsini, onların işin mahiyyəti üzrə həll olunmasını tələb etməmələri kimi qiymətləndirərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 162, 259-260, 263-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar