Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1714/2022 01.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh olan 5800 (beş min səkkiz yüz) manat aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5642/2013 saylı, 27 noyabr 2013-cü il tarixli qətnaməsi ilə 14.09.2005-ci il təvəllüdlü X3 və 16.10.2006-cı il təvəllüdlü X11 qızının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 75 manat olmaqla, cəmi 150 manat məbləğində pulun ondan tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 21 iyul 2015-ci il tarixli, 2(060)-7055/2015 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5642/2013 saylı, 27 noyabr 2013-cü il tarixli qətnaməsi ilə 14.09.2005-ci il təvəllüdlü X3 və 16.10.2006-cı il təvəllüdlü X11 qızının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün ondan Cavabdeh xeyrinə ödənilməsi nəzərdə tutulan alimentin miqdarının dəyişdirilməsi, ondan 14.09.2005-ci il təvəllüdlü X3 və 16.10.2006-cı il təvəllüdlü X11 qızının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər il qəbul ediləcək “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna uyğun olaraq uşaqlar üçün nəzərdə tutulmuş məbləğdə alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. X8 və X11 qızı 15.09.2012-ci il tarixdən Sumqayıt şəhər İnternat tipli gimnaziyanın 1-ci sinifinə qəbul olunmuşlar. 13.11.2019-cu ildə həmin gimnaziyanın 8ci sinifini bitirmişlər. X8 və X11 qızı Sumqayıt şəhər İnternat tipli gimnaziyada oxuyarkən həmin gimnaziya tərəfindən bütün sosial təminatları (geyim, qidalanma, tibbi və təhsil) təmin edilmişdir. Bundan əlavə Cavabdeh uşaqlarla birlikdə onunla 6 ay müddətinə bir yerdə yaşamaqlarına baxmayaraq ondan həmin müddətin alimentini də tələb etmişdir. Sözügedən borc məbləği 2015-2020-ci ilə kimi yığılan borc olub. Onun cavabdehə 2000 manat aliment borcu olan zaman borcun əvəzi olaraq maşın vermiş və cavabdeh həmin avtomobili 4500 manata satmışdır. O, həmin avtomobili aliment borcu ilə əvəzləşməsi üçün vermişdir. Cavabeh 2000 manat borcun silinməsi ilə bağlı icra məmurunda ərizəsidə vardır. Göstərilənləri nəzərə alaraq, onunla Cavabdeh olan 5800 (beş min səkkiz yüz) manat aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 300 manat məbləğində alimenti vaxtlı-vaxtında ödəmir, ödəyəndə də 240 manat məbləğində ödəyir. Hazırda iddaçının silinməsini tələb etdiyi aliment borcu 2015-2020-ci illər üzrə olan borcdur. Ona borc əvəzi maşın təklif edilmiş və həmin avtomaşın 4500 manat deyil, 2000 manata satılaraq iddiaçının aliment borcundan çıxılmışdır. Yerdə qalan 3800 manat borcundan ödəniş olunmayıb. Bundan başqa onun övladlarında anadangəlmə problemlər var ki, onlar daima həkim nəzarətində olmalıdır və mütəmadi olaraq müalicə və müayinə lazım olur. Buna isə onun tək maddiyatı imkan vermir. Bu səbəbdən iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmədə yetkinlik yaşına çatmamış X11 qızı valideynlərinin iştirakı ilə dindirilərək bildirdi ki, o, 37 nömrəli məktəbin 10-cu sinif şagirdidir. Atasının aliment borcuna görə verdiyi maşın ağ rəngdə olub və 2000 manata satılmışdır. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt şəhər X5 22.11.2021-ci il tarixli arayışından görünür ki, X8 və X11 qızı həqiqətən 15.09.2012-ci ildə Sumqayıt şəhər İnternat tipli gimnaziyanın 1-ci sinfinə qəbul olunmuş, 13.11.2019-cu ildə həmin gimnaziyanın 8-ci sinfini bitirmişlər. İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin 16.10.2018-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı məxsus olmuş VAZ-21074 markalı ** BR *** qeydiyyat nişanlı avtomaşın 16.09.2016-cı il tarixdə Cavabdeh adına keçmiş və ** DE *** qeydiyyat nişanı verilmişdir. 18.02.2017-ci il tarixdə alqı-satqı (4500 manat) müqaviləsinə əsasən X4 adına keçmişdir. 10.02.2018-ci il tarixdə isə avtomaşın X7 adına keçərək ** MS *** qeydiyyat nişanı almışdır. Hal-hazırda avtomaşın X7 adında qeydiyyatdadır, kompyuter bazasına əsasən etibarnamə ilə X14 və X6 idarə etməsi haqda qeyd vardır. İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin 09.03.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı məxsus “VAZ-21074” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomaşının 18.02.2017-ci il tarixdə aparılmış alqı-satqı müqaviləsinin saxlanma müddəti bitdiyi üçün yandırılmışdır. İş materiallarında olan "xxxx" MMC Tədris Mərkəzinin 05.03.2022-ci il tarixli arayışının surətindən görünür ki, X8 18.08.2021-ci ildən "xxxx" MMC Tədris Mərkəzində “Tibb bacısı” kursunda hər ay 40 manat ödəməklə müqaviləyə əsasən bir illik təhsil alır. İş materiallarında olan "xxxx" MMC Tədris Mərkəzinin 05.03.2022-ci il tarixli arayışının surətindən görünür ki, X11 qızı 18.08.2021-ci ildən "xxxx" MMC Tədris Mərkəzində “Tibb bacısı” kursunda hər ay 40 manat ödəməklə müqaviləyə əsasən bir illik təhsil alır. İş materiallarında olan Abşeron rayon İcra və Probasiya Şöbəsinin 01.04.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 7055/2015 saylı, 21.07.2015-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı 14.09.2005-ci il təvəllüdlü X3 və 16.10.2006-cı il təvəllüdlü X11 qızının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər il üçün qəbul ediləcək Yaşayış Minimumu haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq uşaqlar üçün nəzərdə tutulan məbləğdə aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət olunmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2361/2021 saylı, 03.08.2021-ci il tarixli qətnaməsi ilə aliment aylıq 300 (üç yüz) manat olmaqla sabit pul məbləğində müəyyən edilmişdir. Qeyd olunan icra vərəqələri müvafiq olaraq 10.09.2015-ci il və 10.02.2022-ci il tarixlərdə Abşeron rayon icra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə “İcraata başlamaq haqqında" qərar və bildiriş hər iki tərəfə göndərilmişdir. Lakin borcluya verilmiş “könüllü'' icra müddətinin keçməsinə baxmayaraq borclu İddiaçı tərəfindən tələbkar Cavabdeh xeyrinə heç bir ödəniş edilməmişdir. Borclu fiziki şəxsin Abşeron rayon İcra şöbəsinə gəlməsi üçün yaşadığı-ünvan 1 ünvanına çağırış vərəqəsi göndərilmişdir. Bundan sonra 28.09.2015-ci il tarixdə iş üzrə borclu Bağırov X9 rayon İcra şöbəsinə gəlmiş və ona tərəfimizdən rəsmi qaydada xəbərdarlıq verilmişdir. Sonuncu isə öz növbəsində xəbərdarlığı şəxsən imza edərək qəbul etmiş \ə qısa bir zamanda borcunu tam olaraq bağlayacağım söz vermişdir.Lakin borclu ona verilmiş müddətdə aliment borcunu ödəməmişdir. İddiaçı 17.11.2015-ci il tarixdə Abşeron rayon İcra şöbəsinə dəvət olunmuş və izahatı alınmışdır, izahatında işləməməyini əsas gətirərək aliment borcunu ödəyə bilməyəcəyini bildirmişdir. 12.01.2016-cı il tarixdə borclu təkrarən Abşeron rayon icra şöbəsinə dəvət olunmuş izahatı alınmış yenidən borcu ödəmədiyindən onun barəsində AR İXM-nin 313-1.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və baxılması üçün Abşeron rayon məhkəməsinə təqdim olunmuşdur. Abşeron Rayon Məhkəməsi isə borclunun əməlində AR İXM-nin 313-1.1 -ci maddəsinin tərkibinin olmadığını əsas gətirərək inzibati protokola xitam vermişdir. İddiaçı oğlunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə, AR DİN BDYPİ-nin Sumqayıt RQİTBŞ-yə, AR VN-nin 2 saylı ƏVİ-yə, AR DSMF-nin Abşeron rayon şöbəsinə və AR ƏƏSMN-nin Abşeron rayon ƏSMM-yə və “Kapital Bank” AS_yə sorğular edilmiş və bu zaman AR DİN BDYPİ-nin Sumqayıt RQİTBŞ-nin vermiş olduğu arayışda borclunun adına VAZ-21074 markalı, **-BR-*** dqn avto”olduğu müəyyən edilmişdir. Tərəflərindən 17.11.2015-ci il tarixdə tələbin borclunun əmlakına yönəldilməsi barədə təqdimatla Abşeron rayon məhkəməsinə müraciət olunmuş və Abşeron rayon məhkəməsinin 8(012)-1181/15 saylı 27.11.2015-ci il tarixli qərardadı ilə təmin olunmuş və icra üçün müvafiq icra orqanına göndərilmişdir. 03 fevral 2016-cı il tarixdə borclunu yaşadığı ünvan 2 ünvanında olmuşlar. Bu zaman borcluya məxsus VAZ- 21074 markalı, **-BR-*** avtomobilin borclunun həyətində olduğunu müəyyən etmişlər. İş üzrə borcluya yəni İddiaçı Abşeron rayon məhkəməsinin 8(012)-1181 /2015 saylı, 27.11.2015-ci il tarixli qərardadı yenidən xatırladılaraq bir daha həmin qərarın icrasını könüllü olaraq icra olunması tələb olunmuşdur. O, isə öz növbəsində qeyd edilən avtomobili özü şəxsən idarə edərək AR DİN Siqnal İdarəsinin duracağına yerləşdirmişdir. 15.02.2016-cı il tarixdə borcluya məxsus əmlaka ilkin qiymət qoyulması üçün “İcra haqqında” AR Qanununun 51-ci maddəsinə əsasən tərəflərindən qiymətləndiricinin dəvət edilməsi barədə qərar qəbul olunaraq aidiyyatı üzrə icra olunması üçün "xxxx" MMC-yə göndərilmişdir. Qeyd olunan əmlakın qiymətləndirilməsi ilə bağlı rəyinin gecikməsini nəzərə alaraq tərəflərindən "xxxx" MMC-lə əlaqə saxlanıldı və onların verdiyi məlumata əsasən qiymətləndiricinin xidmətindən istifadə olunması ilə bağlı xərclər ödənilmədiyindən əmlakın qiymətləndirilməsi barədə rəyin verilməsi mümkün olmamışdır. 11.05.2016-cı il tarixdə əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat verilmiş və hesabata əsasən qeyd olunan əmlakın ilkin satış qiyməti 2000 (iki min) manat təşkil etmişdir. 17.05.2016-cı il tarixdə isə əmlakın satışının həyata keçrilməsi üçün tərəflərindən "xxxx" MMC-yə sifariş məktubu göndərilmişdir. "xxxx" MMC-dən 08.06.2016 və 22.06.2016-cı il tarixdə əmlakın hərraca çıxarılması ilə əlaqədar bildirişlər şöbənin icraatına daxil olmuşdur. "xxxx" MMC-dən 2996 saylı 25.07.2016-cı il tarixli məktubdan məlum olurki borcluya məxsus əmlakı açıq hərracda alan olmadığı üçün satılması mümkün olmamışdır. Belə olan halda tələbkarla telefon əlaqəsi saxlanılaraq əmlak ona təklif olunması üçün şöbəyə dəvət edilmiş həmçinin əmlakın təklif olunması barədə məktubla tələbkara rəsmi müraciət olunmuşdur. Həmçinin 01.09.2016-cı il tarixdə borcluya məxsus əmlak tələbkara təklif edilmiş və iş üzrə tələbkar Cavabdeh təklifin qəbul edilməsi barədə ərizə ilə 02.09.2016-cı il tarixdə Abşeron rayon İcra şöbəsinə müraciət etmişdir. 02.09.2016-cı il tarixdə avtomobil açarları və qeydiyyat şəhadətnaməsi ilə birlikdə 2000 (iki min) manat aliment pulu əvəzinə tələbkara təhvil verilmişdir. Aparılmış icra tədbirləri nəticəsində iş üzrə borclunun "xxxx" MMC-də mühafizəçi işlədiyi müəyyən olunmuşdur. Belə olan halda 16.09.2016-cı il tarixdə qeyd olunan icra sənədi “İcra haqqında” AR Qanununun 10.1-ci və 24-cü maddələrinə, əsasən, ərazi aidiyyatı üzrə qərar qəbul olunaraq Sumqayıt şəhər İcra şöbəsinə göndərilmişdir. 11.04.2017-ci il tarixdə borclunun işdən çıxması səbəbindən aliment tutulması dayandırılmış və yenidən icra tədbirlərinin davam etdirilməsi üçün Abşeron rayon icra şöbəsinə göndərilmişdir. Həmin tarixdə də “İcraata başlamaq haqqında” qərar və bildiriş hər iki tərəfə göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə aidiyyatı orqanlara yəni AR DSMF-nin Abşeron rayon şöbəsinə, AR ƏSMM-nin Abşeron rayon şöbəsinə, AR DİN BDYPİ-nin Sumqayıt Regional Qeydiyyat-İmtahan və Texniki baxış şöbəsinə, “Kapital” bankın Abşeron rayon filialına, AR Əmlak məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Abşeron ərazi idarəsinə sorğular edilmişdir. Lakin alınmış cavablara əsasən borclunun adına qeydiyyatda olan və tələbin yönəldilə biləcəyi heç bir əmlakı aşkar olunmamışdır. İddiaçı şöbəyə dəvət olunmasına baxmayaraq hər dəfə bəhanə edərək şöbəyə gəlməkdən yayınmışdır. Belə olan halda 19.07.2017-ci il tarixdə borclunun məcburi gətrilməsi barədə təqdimatla Abşeron rayon məhkəməsinə müraciət olunmuşdur. Məhkəmənin 04.08.2017-ci il tarixli qərardadı ilə təqdimat təmin olunaraq icra olunmaq üçün Abşeron RPİ-nə göndərilmişdir. 20.10.2017-ci il tarixdə borclu məcburi qaydada icra şöbəsinə gətirilmiş izahatı alınmış izahatında o, borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Belə olan halda elə həmin tarixdə onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və baxılması üçün Abşeron rayon məhkəməsinə təqdim olunmuşdur. Abşeron rayon məhkəməsi 20.10.2017-ci il tarixli qərarı ilə borclu 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. 02.22.2017-ci və 14.11.2017-ci il tarixlərdə borcluya xəbərdarlıq verilmişdir. 02.02.2018-ci il tarixdə borclunun sonuncu izahatı alınaraq AR CM-nin 306-cı maddəsinin məsuliyyəti izah olunmuşdur. 29.03.2018-ci il tarixdə İddiaçı AR CM-nin 306-cı maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün müvafiq təqdimatla AR ƏN İBİ-nə müraciət olunmuşdur. Abşeron Rayon Məhkəməsinin l(012)- 376/2018 saylı, 23.09.2018-ci il tarixli hökmü ilə İddiaçı ARCM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfmə 20% məbləğində pul tutulmaqla 2(iki) il müddətində islah işləri cəzası təyin edilmişdir. 29.05.2018-ci il tarixdən tələb borclunun əmək haqqısına yönəlmiş və hazırkı vaxtadək mütamadi olaraq borclunun əmək haqqısından tutmalar aparılır. 13.12.2021-ci il tarixədək borclu tərəfindən tələbkara cəmi 12258 (on iki min iki yüz əlli səkkiz) manat aliment ödənilmişdir. 2022-ci il yanvar, fevral və mart ayının ödənişləri ilə bağlı şöbədə rəsmi məlumat olmadığından (ödəniş qəbzləri təqdim olunmayıb) həmin aylarla bağlı dəqiq məlumat təqdim edə bilmirlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitiasiya Xidməti 12 saylı Tibbi Sosial Ekspert Komissiyasının 06.04.2016-cı il tarixli arayışın surətindən görünür ki, X11 qızı və X8 “uşaqların sağlamlıq imkanlarının məhdudluğu, daxili sekresiya vəzillərinin funksiya çatışmazlığı. Şəkərli diabet (insulindən asılı forması), şəkərsiz diabet, itsenko- Kuşinq xəstəliyi, böyrəküstü vəzin çatışmazlığı (Addison xəstəliyi, total andrenoektomiyadan sonrakı hal, böyrüküstü” diaqnozu ilə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 28.12.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı və Cavabdeh Xırdalan şəhəri Mediasiya Şurasının mediatoru Toğrul Vəliyevin 28.12.2021-ci il tarixində, 12:00 saatında təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Lakin, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödədi. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda, aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. İddiaçı silinməsini tələb etdiyi aliment borcunun qanunda qeyd olunmuş əsaslara görə yaranmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, o, iddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehə aliment borcunun əvəzi olaraq verdiyi avtomobili cavabdeh tərəfindən 4500 manata satıldığını iddia etsə də, iş materiallarında olan Abşeron rayon İcra və Probasiya şöbəsinin məktubunda və cavabdehin verdiyi izahatında həmin avtomobilin 2000 manata satıldığı əks olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək iddiaçının aliment borcundan 2000 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, İddiaçı Cavabdeh olan aliment borcundan 2000 (iki min) manat silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 112-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh olan aliment borcundan 2000 (iki min) manat silinsin. İş üzrə ödənilmiş 28 (iyirmi səkkiz) manat dövlət rüsumu və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat İddiaçı özünə aid edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-1714/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1714/2022
01.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver