Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-177/2021 03.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh, Onun nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı «qətnamə ilə tutulmuş borcun ipoteka predmetinə yönəldilməsi tələbinə» dair ilkin iddia ərizəsi və Cavabdeh “xxxx” ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə” dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı «qətnamə ilə tutulmuş borcun ipoteka predmetinə yönəldilməsi tələbinə» dair ilkin iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh “xxxx” ASC-nin xeyrinə 09.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə 15480.23 ABŞ dolları əsas borc, 21926.76 ABŞ dolları faiz borcu, 7270.75 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə 09.01.2018-ci il tarixdən 08.06.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 2259.90 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 46937.64 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması, Sumqayıt Apelyasiya Məhkəməsinin 18 may 2017-cı il tarixli, 2(105)-41/2017 saylı qətnaməsi ilə tutulmuş 3119.94 ABŞ dolları əsas, 2523.02 ABŞ dolları faiz borcu olmaqla cəmi 5642.96 ABŞ dolları borcun, həmçinin 15480.23 ABŞ dolları əsas borc, 21926.76 ABŞ dolları faiz borcu, 7270.75 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə 09.01.2018-ci il tarixdən 08.06.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 2259.90 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 46937.64 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun Cavabdeh məxsus 09 yanvar 2015-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir Yol yaşayış massivində yerləşən, 3 otaqlı, 58.21 kv.m ümumi, 37.04 kv.m yaşayış sahəsindən ibarət 1A nömrəli evin 51 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və Sumqayıt Apelyasiya Məhkəməsinin 18 may 2017-cı il tarixli, 2(105)-41/2017 saylı qətnaməsi ilə tutulmuş cəmi 5642.96 ABŞ dolları məbləğində borcun, 08.06.2020-ci il tarixədək olan cəmi 46937.64 ABŞ doları borcun və 30 manat dövlət rüsumunun Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir Yol yaşayış massivində yerləşən, 3 otaqlı, 58.21 kv.m ümumi, 37.04 kv.m yaşayış sahəsindən ibarət 1A nömrəli evin 51 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına “xxxx” ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir Yol yaşayış massivində yerləşən, 3 otaqlı, 58.21 kv.m ümumi, 37.04 kv.m yaşayış sahəsindən ibarət 1A nömrəli evin 51 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh və digər şəxslərin Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir Yol yaşayış massivində yerləşən, 3 otaqlı, 58.21 kv.m ümumi, 37.04 kv.m yaşayış sahəsindən ibarət 1A nömrəli evin 51 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “xxxx” ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (keçmiş İddiaçı X11) ona qarşı “qətnamə ilə tutulmuş borcun ipoteka predmetinə yönəldilməsi” barədə iddia tələblərinin rədd edilməsi, “xxxx” Açıq Səhmdar Cəmiyyətindən şərəf və ləyaqətin alçaldılması ilə bağlı vurulmuş mənəvi iztirab və zərərin əvəzi kimi 80.000 manatın və vicdansızcasına əsassız iddia verdiyi üçün 20.000 manat məbləğin və ödənilmiş 20 manat dövlət rüsumunun tutulub ona ödənilməsi, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019- cu il tarixli Fərmanına əsasən, tərəfindən ipoteka müqaviləsi ilə təmin olunmuş kredit üzrə öhdəliklər tam icra edildiyi üçün bank tərəfindən ipoteka müqaviləsinə xitam verilməklə mövcud daşınmaz əmlakın ipoteka ilə yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi və bu haqda olan çıxarışın ləğv edilərək, həmin Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, D/Y, Y/M, ev 1 A, 51 nömrəli mənzilin onun adına olmuş dövlət reyestr qeydinin bərpa olunması və bu haqda çıxarışın verilməsi üçün Azərbycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə rəsmi məktubun verilməsi öhdəliyinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (keçmiş İddiaçı X11) üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında ilkin iddianı müdafiə etdi və qarşılıqlı iddia tələbini qəbul etməyərək göstərdi ki, Cavabdeh 09 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 25 faizlə 36 ay müddətinə 19.000 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq X7 mülkiyyətindəki Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir Yol yaşayış massivində yerləşən, 3 otaqlı, 58.21 kv.m ümumi, 37.04 kv.m yaşayış sahəsindən ibarət 1A nömrəli evin 51 nömrəli mənzili 09 yanvar 2015-cü il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. “İddiaçı İKB” ASC (“xxxx” ASC) 18.600 ABŞ dolları əsas borc, 4692 ABŞ dolları faiz borcu, 5580 ABŞ dolları cərimə borcu olmaqla cəmi 28872 ABŞ dolları məbləğində borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının borclu Cavabdeh tutulması, tutulacaq məbləğ öhdəliyin təminatı kimi ipoteka müqaviləsi ilə yüklü edilmiş əmlakın hərracdan satışdan əldə olunan məbləğ hesabına iddiaçıya ödənilməsi, ipoteka qoyulmuş Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir Yol yaşayış massivində yerləşən, 3 otaqlı, 58.21 kv.m ümumi, 37.04 kv.m yaşayış sahəsindən ibarət 1A nömrəli evin 51 nömrəli mənzilində qeydiyyatda olan şəxslərin istifadə hüquqlarına xitam verilərək evdən çıxarılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılması üçün Sumqayıt şəhər Məhkəməsinə iddia ərizə ilə müraciət etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 24 noyabr 2015-cı il tarixli, 2(060)- 11419/2015-cı il tarixli qətnaməsi ilə Cavabdeh 18.600 ABŞ dolları əsas borc, 4692 ABŞ dolları faiz borcu, 580 ABŞ dolları cərimə borcu olmaqla cəmi 23875 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının “İddiaçı İKB” ASC-nin xeyrinə (“xxxx” ASC ) tutulması və tutmanın Cavabdeh məxsus olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir Yol yaşayış massivində yerləşən, 3 otaqlı, 58.21 kv.m ümumi, 37.04 kv.m yaşayış sahəsindən ibarət 1A nömrəli evin 51 nömrəli mənzilinə yönəldilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 18 may 2017-ci il tarixli, 2(105)-41 /2017 saylı qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin 24 noyabr 2015-ci il tarixli, 2(060)-11419/2015 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh bankın xeyrinə 3119.94 ABŞ dolları əsas, 2523.02 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5642.96 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı məbləğində pulun tutulması qət edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Göstərilənlərə əsasən ilkin iddianın təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında ilkin iddia tələbini qəbul etmədi və qarşılıqlı iddia tələbini müdafiə edərək göstərdi ki, bu məsələ üzrə qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Belə ki, Sumqayıt şəhər Məhkəməsinin 24 noyabr 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı X2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbi barədə” iddiası qismən təmin edilmiş, İddiaçı X11 ilə onun arasında bağlanmış 09 yanvar 2015-ci il tarixli, 19-G-1-0-21-15 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 09 oktyabr 2015-ci il tarixinədək hesablanmış 18.600 ABŞ dolları əsas, 4.692 ABŞ dolları faiz, 580 ABŞ dolları dəbbə, cəmi 23.875 ABŞ dolları, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmər haqqı ondan İddiaçı X6 xeyrinə tutulması, tutmanın ona məxsus olan Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, D/Y, Y/M, ev 1 A, 51 nömrəli mənzilə yönəldilməsi, ona məxsus olan Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, D/Y, Y/M, ev 1 A, 51 nömrəli mənzilin ilkin satış qiymətinin 44.000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması, Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, D/Y, Y/M, ev 1 A, 51 nömrəli mənzil açıq hərrac vasitəsilə satıldıqdan sonra Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, D/Y, Y/M, ev 1 A, 51 nömrəli mənzildə qeydiyyatda olan o və mərhum həyat yoldaşı X8 istifadə hüquqlarının itirilmiş hesab olunması və onların həmin yaşayış sahəsindən ən geci bir ay müddətinə çıxarılmaları, satışdan əldə olunan pul vəsaiti onun İddiaçı İKB-nə olan borcun qaytarılmasına yönəldilməklə, borc ödənildikdən sonra, evin satışından artıq qalan məbləğin ona qaytarılması qət edilmişdir. O, Sumqayıt şəhər məhkəməsinin 24 noyabr 2015-ci il tarixli qətnaməsini əsassız və qeyri-qanuni hesab etdiyi üçün Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermiş və Sumqayıt Apelyasiya Məhkəməsi 18 may 2017-ci il tarixli qətnaməsi ilə onun apelyasiya şikayətini qismən təmin etmiş və Sumqayıt şəhər Məhkəməsinin 24 noyabr 2015-ci il tarixli qətnaməsini ləğv edərək iş üzrə yeni qətnamə qəbul etmişdir. İddiaçı X6 iddia tələbi qismən təmin edilmiş, ondan İddiaçı X6 xeyrinə 09 yanvar 2015-ci il tarixli, 19-G-1-0-21-15 saylı kredit müqaviləsi üzrə 09 oktyabr 2015-ci il tarixədək ödənilməmiş 3119,94 ABŞ dolları əsas, 2523,02 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5642,96 ABŞ dolları və iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat məbləğində pulun tutulması, mühasibatlıq ekspertizası üzrə 50 manat ekspertiza xərcinin 25 manatının İddiaçı X5, 25 manatının isə ondan tutularaq Az.MEM Dövlət Xəzinədarllığnın müvafiq hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə, yəni İddiaçı X11 ilə onun arasında 09 yanvar 2015-ci il tarixli, 19-G-1-0-21-15 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 09 oktyabr 2015-ci il tarixinədək hesablanmış 18.600 ABŞ dolları əsas, 4.692 ABŞ dolları faiz, 580 ABŞ dolları dəbbə, cəmi 23.875 ABŞ dolları ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmər haqqının ondan İddiaçı X6 xeyrinə tutulması, tutmanın ona məxsus olan Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, D/Y, Y/M, ev 1 A, 51 nömrəli mənzilə yönəldilməsi, ona məxsus olan Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, D/Y, Y/M, ev 1 A, 51 nömrəli mənzilin ilkin satış qiymətinin 44.000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması, Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, D/Y, Y/M, ev 1 A, 51 nömrəli mənzil açıq hərrac vasitəsilə satıldıqdan sonra Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, D/Y, Y/M, ev 1 A, 51 nömrəli mənzildə qeydiyyatda olan o və mərhum həyat yoldaşı X8 istifadə hüquqlarının itirilmiş hesab olunması və onların həmin yaşayış sahəsindən ən geci bir ay müddətinə çıxarılmaları, satışdan əldə olunan pul vəsaiti onun İddiaçı İKB-nə olan borcun qaytarılmasına yönəldilməklə, borc ödənildikdən sonra, evin satışından artıq qalan məbləğin ona qaytarılması hissəsində təmin edilməmişdir. Qətnamə 18 iyul 2017-ci il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Üstündən 3 il keçdikdən sonra yenidən bank eyni predmetlə məhkəməyə müraciət etmişdir. Ona görə də, hesab edir ki, həmin iddia tələbləri rədd edilməli onun iddia tələbləri “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu İl tarixli Fərmanına əsasən, fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə Fərmanda müəyyən edilmiş qaydada ödənilməsinin müəyyən edildiyini nəzərə alaraq və bu Fərmana əsasən, onun banka heç bir borcunun faktiki olmadığını nəzərə alaraq, tərəfindən ipoteka müqaviləsi ilə təmin olunmuş kredit üzrə öhdəliklər tam icra edildiyi üçün bank tərəfindən ipoteka müqaviləsinə xitam verilməklə mövcud daşınmaz əmlakın ipoteka ilə yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi və bu haqda olan çıxarışın ləğv edilərək, həmin Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, D/Y, Y/M, ev 1 A, 51 nömrəli mənzilin onun adına olmuş dövlət reyestr qeydinin bərpa olunması və bu haqda çıxarışın verilməsi üçün Azərbycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə rəsmi məktubun verilməsi öhdəliyinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (keçmiş İddiaçı X11) üzərinə qoyulması iddiaçının yenidən 2-ci dəfə eyni iddia tələbləri ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən, vicdansızcasına əsassız iddia verməsini nəzərə alaraq, ondan 20.000 manat məbləğin tutulub ona ödənilməsi, həyat yoldaşı mərhum Nəsir Hüseynovun 25 may 2015-ci il tarixdə uzun sürən ağır xəstəlikdən sonra “sol mədəcik çatmamazlığf’ndan vəfat etməsinə baxmayaraq iddiaçının ölmüş şəxsin mənzildən istifadə hüququnun itirilmiş hesab olunması və həmin yaşayış sahəsindən ən geci bir ay müddətinə çıxarılması barədə tələb irəli sürməsi həyat yoldaşının vəfat etməsinə baxmayaraq iddiaçı ona şərəf və ləyaqətini alçaltmaqla ağır mənəvi zərər yetirmiş və bunun əvəzi kimi iddiaçıdan 80.000 manatın tutulub ona verilməsi təmin edilməlidir. İddiaçı itərəfındən bir insan kimi onun şərəf və ləyaqətinin təhqir edilərək alçaldılması, eləcə də, işgüzar nüfuzunu ləkələməsi nəticəsində onun neçə illik nüfuzuna kölgə salınmış, nəticədə ona mənəvi iztirablar verilməklə 100.000 manat məbləğində mənəvi və maddii zərər yetirilmişdir. İddiaçı tərəfindən ona edilmiş haqsızlıqlar və iztirablar onu dözülməz həddə çatdırmışdır. Bu ötən illər ərzində dəfələrlə onu get-gələ salaraq aldatmış və qeyd olunan Fərmanı icra etməyərək evinin sənədlərini ona verməkdən imtina etmişdir. Qeyd edilənlərə əsasən ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X9 məhkəmə iclasında ilkin iddia tələbini əsassız hesab edərək, ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddia tələbinin isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, Cavabdeh 09 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 25 faizlə 36 ay müddətinə 19.000 ABŞ dolları kredit götürmüşdür. İş materiallarında olan ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq Cavabdeh mülkiyyətindəki Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir Yol yaşayış massivində yerləşən, 3 otaqlı, 58.21 kv.m ümumi, 37.04 kv.m yaşayış sahəsindən ibarət 1A nömrəli evin 51 nömrəli mənzili 09 yanvar 2015-cü il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir Yol yaşayış massivində yerləşən 1A nömrəli evin, 51 nömrəli mənzili Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan bildiriş məktubundan görünür ki, Cavabdeh ipoteka predmetinə tutmanın yönəldilməsi üçün xəbərdar edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-11419/2015 saylı, 24.11.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı” X11 ilə Cavabdeh arasında 09 yanvar 2015-ci il tarixli, 19-G-1-0-21-15 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 09 oktyabr 2015-ci il tarixinədək hesablanmış 18.600 ABŞ dolları əsas, 4.692 ABŞ dolları faiz, 580 ABŞ dolları dəbbə, cəmi 23.875 ABŞ dollarının ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının Cavabdeh İddiaçı X6 xeyrinə tutulması, tutmanın Cavabdeh qızma məxsus olan Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, D/Y, Y/M, ev lA-da yerləşən 51 saylı mənzilə yönəldilməsi, Cavabdeh məxsus olan Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, D/Y, Y/M, ev 1A-da yerləşən 51 saylı mənzilin ilkin satış qiymətinin 44.000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsi ilə satılması, Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, D/Y, Y/M, ev 1 A-da yerləşən 51 saylı mənzilin açıq hərrac vasitəsilə satıldıqdan sonra Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, D/Y, Y/M, ev 1 A-da yerləşən 51 saylı mənzildə qeydiyyatda olan Cavabdeh və X8 istifadə hüquqlarının itirilmiş hesab olunması və onların həmin yaşayış sahəsindən ən geci 1 ay müddətinə çıxarılmaları, satışdan əladə olunan pul vəsaitinin Cavabdeh İddiaçı İKB-nə olan borcunun qaytarılmasına yönəldilməsi, borc ödənildikdən sonra, evin satışından artıq qalan məbləğin Cavabdeh qaytarılması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-41/2017 saylı, 18.05.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 24 noyabr 2015-ci il tarixli, 2(060)- 11419/2015 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İddiaçı X6 xeyrinə 09 yanvar 2015-ci il tarixli 19-G-1-0-21-15 saylı kredit müqaviləsi üzrə 09 oktyabr 2015-ci il tarixədək ödənilməmiş 3119,94 ABŞ dolları əsas, 2523,02 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5642,96 ABŞ dolları və iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, mühasibatlıq ekspertizası üzrə 50 manat ekspertiza xərcinin 25 manatının İddiaçı İKB-dən, 25 manatının isə Cavabdeh tutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC tərəfindən verilmiş 12.02.2021-il tarixli, H/03-PLS saylı rəydən görünür ki, Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, D/Y, Y/M, ev 1A-da yerləşən 51 saylı mənzilin bazar dəyəri, 55.000 manat, mənzilin likvid qiyməti isə 46.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsində göstərilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd edilən Qanunun 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər və həmin Məcəllənin 319.1. maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir və həmin Məcəllənin 319.6. maddəsinin tələbinə əsasən əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalı, çatışmayan məbləğ borclu tərəfindən ipoteka saxlayana ödənilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 7270.75 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 50 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Məhkəmə Cavabdeh “xxxx” ASC-yə qarşı “ipoteka müqaviləsinin və dövlət reyestr xidmətindən çıxarışın ləğv edilməsi və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsinə gəldikdə isə hesab edir ki, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən şərəf və ləyaqətin alçaldılması ilə bağlı vurulmuş mənəvi iztirab və zərərin əvəzi kimi 80.000 manatın və vicdansızcasına əsassız iddia verdiyi üçün 20.000 manat məbləğin və ödənilmiş 20 manat dövlət rüsumunun tutulub ona ödənilməsi, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019- cu il tarixli Fərmanına əsasən, tərəfindən ipoteka müqaviləsi ilə təmin olunmuş kredit üzrə öhdəliklər tam icra edildiyi üçün bank tərəfindən ipoteka müqaviləsinə xitam verilməklə mövcud daşınmaz əmlakın ipoteka ilə yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi və bu haqda olan çıxarışın ləğv edilərək, həmin Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, D/Y, Y/M, ev 1 A, 51 nömrəli mənzilin onun adına olmuş dövlət reyestr qeydinin bərpa olunması və bu haqda çıxarışın verilməsi üçün Azərbycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə rəsmi məktubun verilməsi öhdəliyinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (keçmiş İddiaçı X11) üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etsə də, qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cu maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh “xxxx” ASC-nin xeyrinə 09.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə 15480.23 ABŞ dolları əsas borc, 21926.76 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə 09.01.2018-ci il tarixdən 08.06.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 2259.90 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 39.716,89 ABŞ dolları borc və 30 manat dövlət rüsumu tutulmalı, Sumqayıt Apelyasiya Məhkəməsinin 18 may 2017-cı il tarixli, 2(105)-41/2017 saylı qətnaməsi ilə tutulmuş 3119.94 ABŞ dolları əsas, 2523.02 ABŞ dolları faiz borcu olmaqla cəmi 5642.96 ABŞ dolları borcun, həmçinin 15480.23 ABŞ dolları əsas borc, 21926.76 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə 09.01.2018-ci il tarixdən 08.06.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 2259.90 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 39.716,89 ABŞ dolları borc və 30 manat dövlət rüsumunun Cavabdeh məxsus 09 yanvar 2015-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir Yol yaşayış massivində yerləşən, 3 otaqlı, 58.21 kv.m ümumi, 37.04 kv.m yaşayış sahəsindən ibarət 1A nömrəli evin, 51 nömrəli mənzilinə yönəldilməli, həmin mənzilin likvid qiyməti 46.000 manat müəyyən edilməli, mənzil açıq hərracdan satılmalı və Sumqayıt Apelyasiya Məhkəməsinin 18 may 2017-cı il tarixli 2(105)-41/2017 saylı qətnaməsi ilə tutulmuş cəmi 5642.96 ABŞ dolları məbləğində borc, 08.06.2020-ci il tarixədək olan cəmi 39.716,89 ABŞ doları borc və 30 manat dövlət rüsumu Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir Yol yaşayış massivində yerləşən, 3 otaqlı, 58.21 kv.m ümumi, 37.04 kv.m yaşayış sahəsindən ibarət 1A nömrəli evin 51 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına “xxxx” ASC-yə ödənilməli, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, Cavabdeh Myrad qızına məxsus olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir Yol yaşayış massivində yerləşən, 3 otaqlı, 58.21 kv.m ümumi, 37.04 kv.m yaşayış sahəsindən ibarət 1A nömrəli evin 51 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh həmin mənzildən çıxarılmalı, mənzil boşaldılmalı, ilkin iddia tələbi qalan hissədə və Cavabdeh “xxxx” ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə” dair qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh “xxxx” ASC-nin xeyrinə 09.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə 15480.23 ABŞ dolları əsas borc, 21926.76 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə 09.01.2018-ci il tarixdən 08.06.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 2259.90 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 39.716,89 ABŞ dolları borc və 30 manat dövlət rüsumu tutulsun. Sumqayıt Apelyasiya Məhkəməsinin 18 may 2017-ci il tarixli, 2(105)-41/2017 saylı qətnaməsi ilə tutulmuş 3119.94 ABŞ dolları əsas, 2523.02 ABŞ dolları faiz borcu olmaqla cəmi 5642.96 ABŞ dolları borcun, həmçinin 15480.23 ABŞ dolları əsas borc, 21926.76 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə 09.01.2018-ci il tarixdən 08.06.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 2259.90 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 39.716,89 ABŞ dolları borc və 30 manat dövlət rüsumu Cavabdeh məxsus 09 yanvar 2015-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir Yol yaşayış massivində yerləşən, 3 otaqlı, 58.21 kv.m ümumi, 37.04 kv.m yaşayış sahəsindən ibarət 1A nömrəli evin 51 nömrəli mənzilinə yönəldilsin, həmin mənzilin likvid qiyməti 46.000 manat müəyyən edilsin, mənzil açıq hərracdan satılsın və Sumqayıt Apelyasiya Məhkəməsinin 18 may 2017-cı il tarixli, 2(105)-41/2017 saylı qətnaməsi ilə tutulmuş cəmi 5642.96 ABŞ dolları məbləğində borc, 08.06.2020-ci il tarixədək olan cəmi 39.716,89 ABŞ doları borc və 30 manat dövlət rüsumu Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir Yol yaşayış massivində yerləşən, 3 otaqlı, 58.21 kv.m ümumi, 37.04 kv.m yaşayış sahəsindən ibarət 1A nömrəli evin 51 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına “xxxx” ASC-yə ödənilsin. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Cavabdeh məxsus olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir Yol yaşayış massivində yerləşən, 3 otaqlı, 58.21 kv.m ümumi, 37.04 kv.m yaşayış sahəsindən ibarət 1A nömrəli evin, 51 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh həmin mənzildən çıxarılsın və mənzil boşaldılsın. İlkin iddia tələbi qalan hissədə və Cavabdeh “xxxx” ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə” dair qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-177/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-177/2021
03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver