Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1787/2022 28.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qızına qarşı «sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qızına qarşı «sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh məhkəmə qətnaməsinə əsasən onun himayəsinə verilmiş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin onun nəfinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, iddiaçı cavabdehlə 2008-ci ildə faktiki olaraq ailə qurmuş və nikahlarını 08.12.2010-cu ildə rəsmiləşdirmişlər. Birgə nikahdan 21.12.2009-cu il təvəllüdlü əkiz uşaqları- X9 və X10 anadan olmuşlar. Sumqayıt şəhər məhkəməsinin 19.04.2021-ci il tarixli qətnaməsinə əsasən aralarında bağlanmış nikah ləğv edilmiş, nikah ləğv olunarkən qızı X9 cavabdehin, oğlu X10 isə iddiaçının himayəsində qalmış və qızlarının saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə 170 manat sabit pul məbləğində aliment tutulmuşdur. İddiaçı aliment üzrə ödənişləri həyata keçirir,lakin cavabdeh iddiaçının himayəsində olan oğlu X1 yardım göstərmir, aliment ödəmir, halbuki uşağın maddi tələbatı ilbəil artır və cavabdeh də bir valideyn kimi uşağın saxlanılmasında iştirak etməli və aliment ödəməlidir. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh qızı məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, birgə nikahdan anadan olmuş əkiz uşaqların nikah pozulduqdan sonra Sumqayıt şəhər Məhkəməsinin 19.04.2021-ci il tarixli qətnaməsi ilə-21 dekabr 2009-cu il təvəllüdlü X9 onun və 21 dekabr 2009cu il təvəllüdlü X4 isə iddiaçının yanında saxlanması qət edilmişdir. O, valideynlərinin himayəsində azyaşlı qızı Ayşə ilə yaşayır. İşləmir, digər bir yerdən qazancı yoxdur. Lakin iddiaçı işləyir və qazancı kifayət qədərdir. İddiaçı onun oğlu Ömər ilə görüşməsinə imkan vermir. O və valideynləri oğlu Öməri çətinliklə böyütmüşlər. Ömərin bütün xərclərini o və validenyləri qarşılayıb. Lakin iddiaçı oğlunun onunla və valideynləri ilə ünsiyyətdə olmasına əngəl törədir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah 22.07.2021-ci il tarixdə pozulmuş və akt qeydləri kitabında 577 nomrəli qeyd aparılmışdır. Nikah pozulduqdan sonra arvada “Əsgərova” soyadı verilmişdir. İş materiallarında olan arayışdan görünür ki, tərəflərin birgə nikahlarından olan 21.12.2009-cu il təvəllüdlü X4 atası İddiaçı, anası isə Cavabdehdır. Sumqayıt şəhər Məhkəməsinin 19.04.2021-ci İ tarixli, 2(060)-264/2021 saylı qətnaməsi ilə İddiaçı ilə X5 arasında 08.12.2010-cu il tarixdə Qazax rayon Qeydiyyat şöbəsində 448 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 21.12.2009-cu iİ təvəllüdlü X6 anası X8 ilə qalması, 21.12.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 09.07.2020-ci il tarixdən başlayaraq İddiaçı X2 xeyrinə hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması və 21.12.2009-cu il təvəllüdlü X4 atası İddiaçı ilə qalması qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» 01 yanvar 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün ölkə üzrə 2022-ci ildə yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını, Sumqayıt şəhər Məhkəməsinin 19.04.2021-ci il tarixli, 2(060)-264/2021 saylı qətnaməsi ilə 170 manat aliment tutulmasını nəzərə alaraq, hesab edir ki, 21.12.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment tutulmalıdır. Eyni zamanda, məhkəmə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 01.02.2022-ci il tarixdən başlayaraq tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin qeyd olunan maddəsinin göstərişinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3. maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bundan başqa, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda, həmin Qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, cavabdehdən 40.40 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 01.02.2022-ci il tarixdən başlayaraq, 21.12.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Cavabdeh 40.40 (qırx manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-1787/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1787/2022
28.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver