Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Sumqayıt şəhəri İş № 2(060)-1838/2021 14.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Ələkbərov Əfqan Qəzənfər oğlu, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 24 ünvanında yerləşən kreditor “xxxx” MMC-nin Borclu qarşı əmr icraatı qaydasında pul tələbi barədə ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, müəyyən etdi: Kreditor “xxxx” MMC Borclu qarşı «əmr icraatı qaydasında pul tələbi» barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu 606 manat əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 626 manat məbləğində pul vəsaitinin alınaraq “xxxx” MMC -nin ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, Borclu xx xxxx 2020-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” MMC -dən dəyəri 706 manat olan məişət avadanlığı əldə etmişdir. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 606 manat borcu qalmışdır. Odur ki, borcludan 606 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 626 manat məbləğində pul vəsaitinin alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılması zəruridir. İş materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən, müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə sadələşdirilmiş qaydasında yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə görə, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Məhkəmə MPM-nın 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280-284-cü maddələrini rəhbər tutaraq, əmr etdi: xx.xx.1984-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu “xxxx” MMC-nin xeyrinə 606 manat əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 626 manat tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-1838/2021
Sumqayıt Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(060)-1838/2021
14.01.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver